KÖHNƏ VERSİYA            

Mətbuat Şurasında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi keçirildi - FOTO

Image

Dekabrın 18-də Azərbaycan Mətbuat Şurasında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi keçirilib. Şuranın və Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşmiş toplantını giriş sözü ilə MŞ sədri Rəşad Məcid açıb. 

R.Məcid bildirib ki, ADU-nun Elm və Təhsil Nazirliyi ilə birlikdə ərsəyə gətirdiyi kitabın layihə rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır. 

MŞ sədri müzakirəsi keçirilən nəşrdə 1993-2003-cü illərdə müxtəlif ölkələrdəki ingilisdilli mətbuatda Azərbaycan haqqında yayımlanmış məqalələrin yer aldığını vurğulayaraq, onların toplanıb bir araya gətirilməsi işinin yaxın tariximizin öyrənilməsinə əvəzsiz töhfə kimi qiymətləndirib. O bildirib ki, kitabda Heydər Əliyevin Prezident kimi həyata keçirdiyi daxili və xarici siyasi kursun çətinliyi ingilisdilli media orqanlarının təqdimatlarında aşkar görünməkdədir. Eyni zamanda, ötən əsrin 90-cı illərində düçar olduğumuz acınacaqlı vəziyyətlə bağlı epizodlar də kitabda yer almaqdadır ki, bu isə tariximizə fərqli baxışın ortaya qoyulması nöqteyi-nəzərdən müstəsna əhəmiyyətə malikdir. 

Kitabın ibrətamizliyini vurğulayan R.Məcid deyib ki, Azərbaycan xarici jurnalistlərin nəşrdə toplanmış təsvirlərindəki məğlubiyyətə uğramış xalq təqdimatlarının ağırlığını 2020-ci ilin İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Zəfərlə aradan qaldırmağı bacardı. Bu isə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa, xüsusən də Qarabağ davasına Prezident İlham Əliyevin sadiqliyinin göstəricisidir. 

MŞ sədri çıxışında, həmçinin, müzakirəsi aparılan kitabda toplanmış materialları Qərb jurnalistikasının spesifik yanaşma tərzinin öyrənilməsi baxımından da mühüm mənbə olduğunu vurğulayıb. O, media təmsilçilərimizin, eləcə də ali məktəblərin jurnalistika fakültələrinin tələbələrinin ona marağını şərtləndirən məqamlara diqqət çəkib. 

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının media ictimaiyyətində müzakirəsinin əhəmiyyətindən söz açıb. O, nəşrə jurnalist baxışının zəruriliyini əsaslandırıb. Akademik çıxışında, habelə, kitabdakı ayrı-ayrı materiallara əsasən haqqında bəhs edilən dövrü iki hissəyə bölüb: Birincisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, ölkədəki çətin durumu aradan qaldırmaq yönümlü fəaliyyəti. İkincisi isə Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması. M.İmanov bu iki mərhələyə münasibətdə xarici mediadakı jurnalist yanaşmalarının həmin dövrlə bağlı dolğun nəticələr çıxarmağa imkan yaratdığını diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxışına müzakirəsi keçirilən nəşrlə bağlı rəhbərlik etdiyi qəzetin 17 dekabr 2023-cü il tarixli sayında məqalənin yayımlandığına dair məlumat verməklə başlayıb. O bildirib ki, kitab “Heydər Əliyev ili”nə ən böyük töhfələrdən biridir, Ümummilli liderin Azərbaycan naminə nəhəng xidmətlərinə dəyərin göstəricisi olmaqla, yüksək qədirbilənlik nümunəsidir. 

Ə.Amaşov çıxışında, eyni zamanda, 1993-2003-cü illər dövrü ilə bağlı ingilisdilli mətbuatla yanaşı, digər dillərdəki media orqanlarının materiallarının toplanmasına ehtiyacın duyulduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, ADU akademik Kamal Abdullanın rəhbərliyi ilə bu işi də yüksək səviyyədə həyata keçirəcək.

MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, müzakirəsi aparılan kitabdakı materiallarla tanışlıq gözlər önündə Azərbaycanın çətin və məhrumiyyətli dövrünü canlandırır. Bu mərhələdə ölkəmizin informasiya blokadası şəraitində olduğunu xatırladan A.Aşırlı deyib ki, həmin zaman kəsiyinin tarix kimi öyrənilməsi üçün mövcud istiqamətdəki xarici mənbələrin də nəzərdən keçirilməsi mütləqdir. O, müzakirəsi keçirilən nəşrin bu baxımdan müstəsna əhəmiyyətinin olduğunu vurğulayıb. 

Tanınmış teleaparıcı, politoloq Tofiq Abbasov 1993-cü ildə Azərbaycanın informasiya baxımından geriliyinin ayrı-ayrı məqamlarına diqqət çəkərək bildirib ki, o dövrdə beynəlxalq mediada Azərbaycanla bağlı həqiqətələr təhrifə məruz qalırdı. Ulu öndər Heydər Əliyev isə vəziyyəti dəyişmək üçün böyük səy göstərirdi. 

Ümummillik liderin həm xarici səfərlərdə, həm də daxildə jurnalistlərlə daimi təmas saxladığından söz açan T.Abbasov vurğulayıb ki, Heydər Əliyev şəxsiyyəti ölkəmizə dair reallıqları, Qarabağ həqiqətlərini usanmadan beynəlxalq ictimaiyyətə çatdırdığı kimi, Prezident İlham Əliyev də 44 günlük müharibə müddətində eyni addımı atdı. Beləliklə, hər iki müharibə kontekstində Azərbaycan informasiya blokadasından qurtuldu. 

Politoloq, eyni zamanda deyib ki, “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı respublikamızın on illik semantikasına işıq salan dolğun materiallar toplusu kimi böyük əhəmiyyətə malikdir. 

ADU-nun prorektoru, Azərbaycanın sabiq baş naziri Novruz Məmmədov çıxışında ulu öndər Heydər Əliyevin idarəçilik dövrünə ekskurs edərək bildirib ki, bu dahi şəxsiyyət həmin illərdə çox böyük çətinliklərə sinə gərib. Dahi liderin yorulmaz əməyinin, misilsiz xidmətlərinin nəticəsi idi ki, ölkəmiz beynəlxalq miqyasda tanındı. Müzakirəsi keçirilən nəşrdəki materiallar da tanınmanın məziyyətli anlarının təsvirlərindən ibarət olmaqla, Heydər Əliyevin ruhuna dərin ehtiramın nümunəsidir. 

ADU-nun “Azərbaycan obrazı” Elmi Tədqiqat Laboratoriyasının müdiri, dosent Aqil Şahmuradov çıxışında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının ərsəyə gəlməsi ilə bağlı məziyyətlərdən söz açıb, mövcud istiqamətdəki fəaliyyətin xüsusiyyətlərini diqqətə çatdırıb. 

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filalogiya üzrə fəlsəfə doktoru Aynurə Hüseynova da nümayiş etdirdiyi slaydda kitabın hazırlanması ilə əlaqədar işlərin müxtəlif spesifik tərəfləri barədə məlumat verib, beynəlxalq medianın Azərbaycana 1993-2003-cü illərdəki yanaşması ilə hazırkı dövrdəki baxışın müqayisəli təhlilini diqqətə çatdırıb. 

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı layihəsinin icraçı koordinatoru, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə   doktoru Aqşin Rüstəmovun çıxışında da nəşrin ərsəyə gəlməsindəki ayrı-ayrı məqamlar yada salınıb. O, həmçinin, ADU-nun rektoru, akademik Kamal Abdullanın aparılan işə yüksək diqqət göstərdiyini bildirib, bunu uğurun təminatı kimi dəyərləndirib. 

ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı isə çıxışında informasiya savaşının mühüm xüsusiyyətlərindən söz açaraq, Birinci və İkinci Qarabağ müharibəsinə mövcud nöqteyi-nəzərdən yanaşmalardakı xarakterik cəhətləri sadalayıb.








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 17:00
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

10.01.2025 | 09:10
Bu filmin yayım tarixi açıqlandı

10.01.2025 | 09:05
"Real" qalib gəldi, "Barselona"ya rəqib oldu

10.01.2025 | 08:59
Çində korrupsiya qalmaqalı - 822 milyon rüşvət alan məmura hökm oxunacaq

10.01.2025 | 08:37
Filologiya üzrə doktorlar texnika doktorlarını üstələdi – bu, Azərbaycanda baş verir...

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031