Qrenada dünya ictimaiyyətini Azərbaycanın təşəbbüsünə qoşulmağa çağırdı
COP29-un plenar iclasında çıxış edən Qrenadanın Baş naziri Dikon Mitçel dünya ictimaiyyətini iqlim dəyişikliyi problemlərinə diqqəti artırmağa və Azərbaycanın BMT-nin iqlim dəyişikliyi ilə mübarizə proqramlarını birgə maliyyələşdirməyə dəvətinə daha ciddi yanaşmağa çağırıb.
Ada dövlətinin hökumət başçısı hazırkı COP-un əhəmiyyətini yüksək qiymətləndirib.