KÖHNƏ VERSİYA            

Onların qan rəngi hopmuş gənclik çağları bir kitaba sığmaz - Onbirinci yazı

Image

Mingəçevir Şəhidlər xiyabanı

Mənbədən:

Mingəçevir Şəhidlər xiyabanında (ümumilikdə) 258 nə­fər Vətən fədaisi uyuyur. Onlardan 205 nəfəri Birinci Qa­ra­bağ müharibəsində, 4 nəfəri Aprel döyüşlərində, 49 nə­fəri Vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı na­minə sinələrini düşmənə sipər edib. Xiyabanda yerləşən “İtkinlər” kompleksində 106 nəfər Vətən oğlunun xatirə lövhəsi var. 

Həmçinin, Mingəçevirin Şəhidlər xiyabanında uyuyanların 4-ü Milli Qəhrəman, 7-si “Azərbaycan Bayrağı” or­den­lidir. Onlarla döyüşçü isə müxtəlif medallarla təltif edilib. Əli və İslam Əhmədov qardaşları da bu xiyabanda əbədiyyət haqqı tapıb… 

Yetişən nəsillər zaman-zaman Mingəçevirin Şəhidlər xi­yabanını ziyarət edəcək, orada uyuyan Vətən oğullarını yad edəcək, onların qəhrəmanlıqlarını minnətdarlıq hissi ilə anacaq və ruhları qarşısında baş əyəcək... 

Həmin an Əli və İslam qardaşlarının - Vətən müharibəsinin ilk şəhid qar­daşlarının da gözlərində bir yurd sevgisi qay­nayacaq...

***

Qazanılması illər sürən, məhv edilməsi bir saniyədə müm­kün olan və qeyb olduqdan sonra bərpası üçün bir ömür tələb olunan güvənlik insanın ən ali dəyəridir. İn­sa­nın (bütün zamanlarda) yetişə biləcəyi ən yüksək mərtəbə də elə güvənc yeri olmasıdır. Nə xoş ki, xalqımızın güvənc ye­ri olan oğulları çox olub, bu gün də var. Mingəçevirin Gü­nəşli qəsəbəsinin girişindəki evdə böyümüş Əli və İs­lam qardaşları da güvənilən insan statusu qazandıqları üçün Vətən onlara etibar etdi. Onların müharibənin ilk gü­nü göstərdikləri şücaət də elə bu ucalığın nümunəvi sə­ciy­yəsidir... 

Əli və İslamın çox erkən qazandıqları güvənlik əlləri qoy­nunda, boynubükük bir ana, bir xalq, bir Vətən üçün köv­rək notlarla təcəssüm edir. Şəhid qardaşlar uşaqlıq və gənclik illərindən hazırkı zirvəyə qədər qısa, lakin çox bö­yük ucalıq yolu keçiblər. Bu gün onların üzərində Azər­bay­can boyda bir məmləkətin məsuliyyəti durur. Xoş­bəxt­dirlər ki, şəhid adını torpaq qoxulu medal kimi yaxalarından asmağı bacardılar; bu şərəf onlara əbədiyyət ruhu ver­di...

Vətən uğrunda həlak olan şəxslərin hamısı, elə Əli və İslam qardaşları da gördükləri işlərdən zövq alan insanlar idilər. Ona görə bu gün dərin hörmətə, xüsusi alqışa layiqdirlər. Onların qan rəngi hopmuş gənclik çağları bir kitaba sığmaz. 

Əslində, hər bir insanın həyatı mübarizədir. Doğulduğu mühit, onu əhatə edən cəmiyyətdən asılı olaraq hər bir in­san mübarizə aparır. Kimi yaşamaq, kimi yaşatmaq, kimi təh­sil almaq, kimi təhsil vermək, kimi sevmək, kimi də se­vil­mək üçün çalışır. Bu dünyada belə “kimi”lər çoxdur və hər birinin də fərqli həyat hekayəsi var. Sevincləri, gülüşləri, göz yaşları, qazandıqları və itirdikləri bu hekayənin sü­jet xəttidir... İndi Əli və İslam qardaşları da hekayə kimi oxu­nan, hər oxunduqca dastanlaşan xatirələr toplusudur. İndi onlar üçün hər an bir ömür zərrəsi, hər ötən gün gələcəkdir. Allaha etdiyimiz şükranlıqda o qardaşlar da işıqlı gö­rünürlər. İndi zülmət onların çöhrələrindəki aydınlığa qa­ra nöqtələr qoymaq gücündə deyil. İndi onların insan qü­ruru, vətəndaş marağı qabarıq cizgilərlə diqqət çəkir. Nə­hayət, indi Əli və İslam qardaşları vaxtdan da, zamandan da ucada dayanırlar. 

Cismani dəyişilmə həyatın struktur cəhətidir. Çox hallarda möhtəşəm ucalıqlar bu dəyişilmədə xüsusi önəm kəsb edir və bu zərrəvi hal insanlıq fövqünün yüksək mə­qamı kimi diqqət çəkir. İndi torpağın köksündə əzəmət hey­kəli kimi duruş tapan Əli və İslam qardaşları əlləri qa­bar­lı bir ananın, bir zəhmət adamının qarşısında baş əyir, onun varlığı üçün ucaldıqları şəhadət zirvəsində möhkəm da­yanırlar...

Əli və İslam qardaşları sinələrində qor, yanğı görünən, Və­tənə, elə-obaya, düşmən tapdağında inildəyən doğma torpaqlarımıza bağlı oğullar idi. Onlar doğma yurdun varlıq kodeksini özlərinin insanlıq orbitində axtardılar. Və tap­dılar... Çünki hər ikisinin düşüncəsində bir ünvan var idi – Vətən! 

Əli və İslam qardaşları dar gündə Vətənə gen­dən baxmağı qorxaqlıq hesab edirdilər. Onlar ağır təlatümləri torpağın üstündən götürməyə müvəffəq oldular. İndi hər iki qardaş Vətən, torpaq üçün bir yaddaş tarixidir. 

Sevinc xanım da - Vətənin qeyrətli uca qadını Əli və İslamı böyütmək üçün həyatın çətinlikləri ilə mübarizə apardı, ancaq övladlarını pis vərdişlərdən qorudu, onlara ha­lallıq dərsi keçdi. O, tapdığı bir tikə çörəyin üzərinə yağ-bal deyil, əllərinin qabarından axan sızıltıları, zəhmətin acı-şirin qüssəsini yaxdı, bu, Əli və İslamın uşaq kimi yox, kişi kimi böyümələrinə zəmin yaratdı... 

Sevinc xanım mə­nəvi-maddi ehtiyacların yolunu-rizini övladlarına hələ körpə ikən göstərdi, göstərməyə məcbur oldu. O, (övladları ilə birlikdə məcburən) kasıb həyata alu­də idi, ağır həyat yaşadı (yaşatdı), ancaq Vətən üçün iki qey­rətli oğul böyütdü. 

Əli də, İslam da hər söhbət əsnasında analarına minnətdarlıq etdi ki, onlara halal çörək yedirdib. Adətən, övladlar valideynlərinə, miras qoyduqları var-dövlətə görə minnətdarlıq edirlər. Ancaq Əli və İslam analarına halallıq üçün təşəkkür edirdilər. Bunun nə demək olduğunu qursağı ac­lıq­dan ikiyə bölünənlər yaxşı bilir...

Əli və İslam Vətən müharibəsinə halallıq məktəbindən qatıldılar və nəsillər üçün bu məktəbi miras qoydular. 

Üzünüz daim ağ, başınız daim uca olsun, şəhid qardaşlar! 

***

Haqq sözdür: yaxşı yaxşını izləyər, pis pisi. İslamın Vətən sevgisi, torpaq məhəbbəti necə qaynar, necə isti idisə, qardaşı Əli də hərbçi oldu...

Divarlarında halallıq əks olunan evdə əlbəttə ki, ər böyüyər. Sevinc xanım kasıb vücudu ilə hər iki oğluna əsl kişi cürəti, əsl ər qətiyyəti əta etdi. Buna görə hər iki qardaş Vətən üçün fədai ola bildi.

İndi Sevinc xanım içində iki oğul sızıltısı gəzdirir. O, adekvat baxışlar fövqündə bərq vuran qadındır. Bir vaxtlar çöhrəsində çırpınan gülüşü indi kədər əvəz edir. Ancaq çox mərdanədir; hər dəfə Əli və İslam haqqında nəsə so­ru­şanda vəziyyəti ələ alır, atmosferi dəyişir. Bir anlıq elə körkəm alır ki, sanırsan, heç bir dərdə mübtəla deyil...

Sevinc xanım indi Allahın dəyər verdiyi mətin surətdir...

***

Biz dəfələrlə demişik ki, ana, torpaq, nəhayətdə, Vətən sevgisinin sərhədi olmur, çünki bu ovqatlar insan xarakterinin bir əhatəsidir, Tanrının böyük, dözümlü ürək və qaynar ruh əta etdiyi insanlar (da) çox vaxt öz qarışıq dünyalarının istisində bərq vururlar... 

Yaddaşında həm duyğusal fəhm, həm də həyat-tale gerçəkləri işıq saçan, istiqanlı, vətənsevər qadın, torpağa iki qəhrəman oğul əmanət etmiş Sevinc xanım da duyğu çələngini öz könül aynasının işığına batırır, yaşadıqlarını həyatın, bütöv halda Allahın bir sınağı kimi qəbul edir. Ha­mı­dan xəlvət – içində çəkdiyi ahlar onun yorğun ruhunu isti-soyuq ilğımlara bükür və o, illərin qoynunda pərvaz edən xatirələri bir yaddaş kimi göstərir, fikirlərinə yanğı ilə rəng qatır. Nə xoş ki, onun bu acı həyat ləngərində cilvələnən ağrı-acılar şən-nikbin ovqatlara çevrilə bilir. Bu, onun öz dövlətinə sədaqəti, öz yurduna məhəbbəti, ən əsası da öz xalqına vətəndaş borcudur. Buna görə də eldə-obada xüsusi rəğbət hissi ilə qarşılanır. 

Sevinc xanımın, bütün ağrı-acıları öz köksünə sıxıb, son­ra da yurd aşiqi kimi onlara rəng qatması coşqun bir Vətən sevgisi anlamına gəlir. Bu mənada, onun vətənpərvər duyğuları bir xatirə çələngi kimi yaddaşlara hopur, öz qayəsini aydın ifadə edir. 

Sevinc xanım, yüksək mərtəbələrdə oturub yalnız öz ma­raqlarını güdənlərə sadəcə, acıyır; onun bu mədəni «etirazları» çox dəqiq və dürüst məna kəsb edir. Biz onun bütün hayqırtılarını bir ictimai zəmin, bir qabarıq-əhəmiy­yətli məğz kimi anlayırıq. Bu ali sevgi onun narahat könül dünyasının sakit pıçıltılarıdır və biz bu səssizlikdə çılğın bir haray görürük... Biz onun duyğu və hislərini, oradakı yan­ğını aşkar hiss edir, çevik, dərd-sər acısında parıldayan ovqatına şahid oluruq. 

Yurd, el-oba, Vətən, doğma ocaq motivləri Sevinc xanımın zamandan qoparda bildiyi bir an səciyyəsidir. O, bü­tün hislərində – ahında da, naləsində də duyğularını işığa büküb və o işığın hənirində bir Vətən salxarı tapıb. Ona ayaq üstə durmağa kömək edən də məhz budur...

Sevinc xanım şəhid anasıdır, Vətən uğrunda hər iki öv­ladını qurban verib. Onun ruhundakı qaynarlıq bir Vətən-İnsan ovqatıdır. Buradakı həyat həqiqətləri bir insanın ömür təlatümüdür. O insanın ki, qürurludur, məğrurdur, bu­na haqqı da var. 

Sevinc xanım əvvəl də mətin qadın idi, indi də öz inamının, iman və təqvasının fəhmini bir hökm hesab edir, bu hökmün altında cilalanan insanlıq məziyyətlərini xoş missiyalı ovqat kimi xarakterizə edir. O, dözümü tale boyası kimi indi də illərin qoynunda gərilən baxışlarına və bir də saçlarına ələnən ağlığa elə tərzdə çəkir ki, biz onun yaşadığı həyatın gerçək mənada nümunəvi və örnək olması qənaətinə gəlirik. Biz bu israrda həm də gerçək bir məna oxuyuruq: Vətən sevgisi bütün sevgilərdən fövqəldir... 

Sevinc xanımın insan surətində, vətəndaş obrazında üs­yankarlıq, məğrurluq, kövrəklik, ağayanalıq, xeyirxahlıq di­namik səciyyələr kimi bir-biri ilə vəhdətdədir. Bir sözlə, biz hər dəfə həmsöhbət olanda onun əsl insan sifətini, şəxsiyyət ucalığını, insanlara verdiyi dəyəri, Vətən sevgisini işıqlı cəhətlər kimi sezə bildik. Bu isə sadə bir ehtimal de­yil, əsl gerçəkdir. 

Necə minnətdar olmayaq ki, Sevinc xanımın ağzından çıxan hər söz, hətta (bizə) etdiyi minnətdarlıq belə milli duyğularla rənglənib. Bu, milli heysiyyətə ünvan verən cü­rət, mübarizə cəhdi və Vətən təəssübüdür. 

***

İndi biz əbəs yerə demirik, dünya, yaranışdan bir kitabdır - göyü, yeri, torpağı, suyu... nəhayət, Adəmi, Həvvası bəlli bir kitab. İnsan, ibtidaidən normal həddə çatana qədər bu kitabı ibadət daşı kimi xarakterizə edib, lakin təfəkkür, zə­ka qatı açıldıqca, o, bu kitabı bir həyat gerçəyi kimi anlayıb. Min illərdir bu kitab(lar) daş yaddaşlardan sıza-sıza yüksək təbəqələrdə ulduz kimi sayrışmaqdadır. Hər insan o təbəqəyə ucala, o kitaba adını yazdıra bilmir, lakin şəhid anaları o kitabların Baş Obrazlarına çevrilir... 

Heç şübhəsiz, ömrünün ən gözəl çağlarını yaşamaq əz­mində ikən hər iki oğlunu Vətən naminə fəda edən Sevinc xanımın da insan surətinə bu yüksək məqamdan (ən azı) bir ovuc həyat nəğməsi hopa biləcək...

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

SON XƏBƏRLƏR

28.12.2024 | 18:15
Milli təhsil proqramlarında süni intellekt və media-informasiya savadlılığı...

28.12.2024 | 18:01
Bu qiymətlərə satılan alkoqollu içkilər təhlükəlidir - cərimə olunacaqlar...

28.12.2024 | 17:48
Təyyarə qəzasının araşdırılmasına Türkiyə uzmanları da qarışdı...

28.12.2024 | 17:35
“İşsiz və faydasız bələdiyyələrə” daha bir şans açıldı...

28.12.2024 | 17:22
Rusiya məmuru açıq dedi ki, təyyarə qəzasını şərh etməyəcəyik - niyə?

28.12.2024 | 17:16
Almaniyanın Putinin “Oreshnik” raketlərilə bağlı məxfi hesabatı yayıldı - “Patriot” da qarşısını ala bilməyəcək...

28.12.2024 | 17:10
Vardanyanın cinayət işi məhkəməyə göndərildi

28.12.2024 | 17:00
Ukrayna Rusiyanın döyüşlərdə iştirakını inkar etdiyi Şimali Koreya əsgərlərindən birini Kurskda əsir aldı...

28.12.2024 | 16:55
"Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fiziki-texniki müdaxilə faktını təsbit edib" - Prezident İlham Əliyev

28.12.2024 | 16:53
Prezident İlham Əliyev və Putin AZAL-ın təyyarəsinin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər

28.12.2024 | 16:44
Putin Prezident İlham Əliyevdən üzr istədi

28.12.2024 | 16:37
Sosial şəbəkələrdə “Rusiya, Azərbaycandan üzr istə” kampaniyası başlayıb...

28.12.2024 | 16:29
Kuklaçıların bayram sovqatı

28.12.2024 | 16:28
XİN: "Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir"

28.12.2024 | 16:26
"Təyyarə qəzasının əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır" - Baş prokuror

28.12.2024 | 16:20
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib" - XİN

28.12.2024 | 16:03
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

28.12.2024 | 15:27
İşə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə dələduzluq edən şəxs yaxalandı

28.12.2024 | 15:05
Bəşər Əsədin əmisinin gəlini və qızı saxta pasportla qaçarkən Livanda yaxalandı...

28.12.2024 | 15:03
Minsk Qrupunu saxlamaq cəhdi gülünc bir hərəkətdir - Ramilə Dadaşova yazır...

28.12.2024 | 14:47
Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edir

28.12.2024 | 14:29
Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım etdi - FOTO

28.12.2024 | 14:12
“TikTok”da oyunlar təşkil edən şəxs 20 sutka inzibati həbs olundu

28.12.2024 | 13:58
Külli miqdarda dövlət vəsaitini talayan mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi

28.12.2024 | 13:45
MEDİA onlayn və çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqladı - FOTO

28.12.2024 | 13:34
26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

28.12.2024 | 13:18
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi - SƏRƏNCAM

28.12.2024 | 12:56
Yanvarın 1-dən maaşlar 400 manatdan az ola bilməz - Nazirlik işəgötürənlərə müraciət etdi

28.12.2024 | 12:43
Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

28.12.2024 | 12:30
Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...

28.12.2024 | 11:20
Biləsuvarda narkotika "alverçiləri" saxlanılıblar

28.12.2024 | 11:15
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28.12.2024 | 11:05
İsrail Qəzzada minaları kamikadze maşınlarla təmizləyir

28.12.2024 | 11:00
Bu gün Naxçıvanın bir neçə kəndində işıq olmayacaq

28.12.2024 | 10:30
“ASAN xidmət” və “ASAN kommunal” bu günlərdə işləməyəcək - əhaliyə xəbərdarlıq

28.12.2024 | 10:20
Çin və İran XİN rəhbərləri görüşüblər

28.12.2024 | 10:15
Rusiya hava məkanı çöküşdə - Kazan aeroportu da fəaliyyətini dayandırdı

28.12.2024 | 10:08
Bayram günlərində bu qaydalara əməl edək - Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

28.12.2024 | 10:00
Pasportunu yandırdı, 5 il həbs cəzası aldı - Rusiyada "müğənni ovu" davam edir..

28.12.2024 | 09:34
Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - FOTO/YENİLƏNDİ

28.12.2024 | 09:30
İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır

28.12.2024 | 09:25
Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...

28.12.2024 | 09:20
"Fənərbağça" və "Barselona"dan məğlubiyyət

28.12.2024 | 09:10
Fransa portalı azərbaycanlı pilotlardan yazdı - "həqiqi möcüzə göstərdilər"

28.12.2024 | 09:05
Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...

28.12.2024 | 09:00
Kürdəmirdə 2 avtomobil toqquşub, bir sürücü ölüb

28.12.2024 | 08:41
Ünvanlı yardımın məbləği və yardım alanların sayı çoxaldı...

27.12.2024 | 23:11
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov təyyarəmizin necə vurulduğunu bilir...

27.12.2024 | 22:53
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

27.12.2024 | 22:40
Türkiyə Azərbaycana təyyarə faciəsinin araşdırılması üçün nümayəndə heyəti göndərdi

27.12.2024 | 22:27
Türkiyə səfirliyinin nümayəndələri təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

27.12.2024 | 21:50
Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

27.12.2024 | 21:23
Mexaniki qaz sayğaclarının yenidən qaytarılmasında marağı olanlar var...

27.12.2024 | 21:09
Putin "30 milyon(?) Suriya kürdünə dövlət" istəyir...

27.12.2024 | 20:54
“Arsax erməni qartalı” - saxta xalçaşünaslığa yeni ornament uydurdular...

27.12.2024 | 20:40
Zelenski Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 20:39
Əsədin tör-töküntüləri Suriyanı İraqın gününə salmağı hədəfləyir...

27.12.2024 | 20:25
Britaniya Əsma Əsədin Suriyada qanlı cinayətlərinin ortağına çevrilə bilər...

27.12.2024 | 20:15
Təyyarə qəzasında həlak olan digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək

27.12.2024 | 20:12
Bakı 2020-ci il helikopter səhvinə görə üzr istəmişdi, indi eyni hərəkəti Moskvadan gözləyir...

27.12.2024 | 20:03
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirildi - FOTO

27.12.2024 | 19:58
ATƏT-in Minsk qrupu sülhə qarşı daha ciddi əngələ çevrildi...

27.12.2024 | 19:45
Tramp Baydenin son qərarlarını ləğv edəcək - "Monro doktrinasına" qayıdış...

27.12.2024 | 19:31
Əkin sahələrini kəsib pambığa veririk - pambıq isə hər il azalır, niyə?

27.12.2024 | 19:17
İrəvanda Paşinyan-kilsə ssenarisi yenidən başladı - keşiş Baqrat yeni rolda...

27.12.2024 | 19:04
Paşinyan müharibə qızışdıran katolikosu 2-ci dəfə İTV efirinə buraxmadı...

27.12.2024 | 18:51
Bakıda saxta estetik cərrah əməliyyatı - Səhiyyə Nazirliyinin şöbə müdiri həbs olundu...

27.12.2024 | 18:47
Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...

27.12.2024 | 18:33
Rusiya ən yüksək səviyyələrdə Ukrayna ilə gələn il sülh danışıqlarına hazırlaşır - rəsmi...

27.12.2024 | 18:20
Xaricdən Azərbaycana pul köçürmələri az qala 1 milyard azaldı...

27.12.2024 | 18:15
Rəşad Nəbiyev qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyanın iddiasını rədd etdi - partlayış səsləri kənardan gəlib...

27.12.2024 | 18:06
Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

27.12.2024 | 17:56
İordaniya Kralı Prezident İlham Əliyevə başsağlığı verib

27.12.2024 | 17:53
Makronun Ukrayna mövzusunda Rusiya ilə separatçı xəyanətini açdılar...

27.12.2024 | 17:47
"Yeni Klinika" təyyarə qəzasında yaralananların vəziyyətini açıqladı...

27.12.2024 | 17:46
Nazirlik saxta estetik cərrahlarla bağlı hərəkətə keçdi - Xüsusi Təftiş Komissiyası yaradıldı, sənədlər yoxlanacaq...

27.12.2024 | 17:34
Azərbaycanın dəmiryol daşımaları xeyli azalıb - halbuki şərtlər dəyişməyib...

27.12.2024 | 17:33
"Minalardan Üzümlüklərə: Müharibədən Sonra Azərbaycanda Bərpa Səyləri"-Forbes Yazır...

27.12.2024 | 17:30
Sahibə Qafarova Qazaxıstan parlamentinin sədri ilə danışdı...

27.12.2024 | 17:25
"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031