Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov təyyarəmizin necə vurulduğunu bilir...
Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində baş vermiş təyyarə qəzası ilə bağlı paylaşım edib. A.Quliyev yazır: "Çeçenistan Təhlükəsizlik Şurasının katibi, Ramzan Kadırovun yaxın qohumu Həmzət Kadırov Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayətin obyektiv araşdırılması üçün mütləq istintaq olunmalı şəxslər sırasındadır. Çeçenistan hava məkanında uçan bütün qanunsuz uçuş aparatlarını məhv etmək onun məsuliyyəti altındadır. Təyyarəmiz faciə ilə üzləşəndən əvvəlki gün Həmzət Kadırov qohumu Ramzan Kadırova bütün hədəflərin havada məhv edildiyi barədə raport verərək ondan medal almışdı.
Demək, ərazidəki hava hücumundan müdafiə sistemləri birbaşa həmzətin tabeliyindədir. Bu isə şəksiz olaraq o deməkdir ki, Həmzət təyyarəmizin vurulduğu barədə ən dəqiq məlumatı olan şəxslər sırasındadır..."