İordaniya Kralı Prezident İlham Əliyevə başsağlığı verib
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.
İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından
Zati-alinizə, Azərbaycan hökumətinə, xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Yaralananların tezliklə sağalmalarını arzulayır, bu ağrı-acılı günlərdə Allahdan Sizə və Azərbaycan xalqına səbir və dözüm diləyirəm".