Almaniyanın Putinin “Oreshnik” raketlərilə bağlı məxfi hesabatı yayıldı - “Patriot” da qarşısını ala bilməyəcək...
Almaniya Xarici İşlər Nazirliyinin məxfi hesabatı ölkənin Rusiyanın “Oreshnik” adlı hipersəs raketlərinə qarşı heç bir müdafiəsinin olmadığını ortaya çıxarıb.
“Bild” nəşri yazır ki, Almaniyanın mövcud hava hücumundan müdafiə sistemlərindən biri olan ABŞ istehsalı “Patriot” sistemi da səsdən sürətli “Oreshnik” raketlərinə qarşı yetərsiz ola bilər.
Qeyd edək ki, Rusiya prezidenti Putin “Oreshnik” hipersəs raketlərini Belarusda yerləşdirərək Almaniyaya daha da yaxın bir nöqtəyə göndərməklə hədələyib. Sözügedən raket səs sürətini keçə, bir neçə döyüş başlığı daşıya, nüvə silahı ilə təchiz oluna bilər.
Almaniya Xarici İşlər Nazirliyi təhlükənin ölkə üçün böyük risq yaratdığını bildirən məxfi hesabat hazırlayıb. Nazir Annalena Berbokun ofisi həm Ukrayna, həm də Almaniya üçün ballistik raketdən müdafiə ilə bağlı araşdırma aparıb. Nazirlik bəyan edib ki, bu sahədəki boşluğu aradan qaldırmaq üçün tədbirlər görülməlidir.
Sənəddə Almaniyanın müdafiə boşluğunu aradan qaldırmaq üçün İsrailin Arrow raketdən müdafiə sistemini almağı nəzərdən keçirdiyi də yer alıb.
TAHİR