KÖHNƏ VERSİYA            

Mexaniki qaz sayğaclarının yenidən qaytarılmasında marağı olanlar var...

Image

“Azəriqaz” İB Prezidentin 29 dekabr 2009-cu il tarixli,  207 saylı fərmanını sabotaj etmək istəyir

Son zamanlar “Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə Smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsinə start verib. 2020-ci ildən  bu işə başlanmışdı. Həmin vaxt əhali buna etiraz edirdi. Amma etirazlara baxmayaraq, “Azəriqaz” İB israrla həyət evlərində Smart-kart tipli sayğacları mexaniki sayğaclarla əvəzlədi. Lakin proses yarımçıq dayandırıldı. İndi isə İB prosesi yenidən başladıb.

Arayış üçün qeyd edək ki, Smart-kart tipli sayğaclar ölkəyə bəzək üçün deyil, ehtiyacdan və Prezidentin müvafiq fərmanının tələblərinə uyğun olaraq gətirilib. Həmin dövrdə əhalinin “Azəriqaz” İB-ya külli miqdarda borcu yaranmışdı. Abonentlərin böyük əksəriyyəti iddia edirdi ki, sayğaclaşma dövründə “Azəriqaz” İB onlara işlətmədikləri qazın pulunu borc kimi hesablayıb. Doğrudan da qurumun əməkdaşları hansı ünvana sayğac quraşdırırdısa, dərhal həmin abonentə külli miqdarda borc yazırdı. Bu kütləvi hal aldığına görə bəzi abonentlər də bundan sui-istifadə edib, qaza olan borcunu ödəmirdi ki, mənə əsassız borc yazıblar. Qarışıqlığı aradan qaldırmaq üçün Prezident 29 dekabr 2009-cu il tarixdə 207 saylı fərman imzalayaraq, 1 oktyabr 2009-cu ilə qədər əhali qrupunun qaza olan borcunu sildi. Hətta həmin dövrdə “Azəriqaz” İB 1 oktyabr 2009-cu il tarixə qədər bir sıra abonentlərə əsassız borc yazaraq guya "sildi". Əksəriyyət bundan şikayətlənməsə də, bəzi abonentlər, o cümlədən də bu sətirlərin sahibi belə halla rastlasdı və etirazını bildirdi. Amma heç bir faydası olmadı, sonda dedilər ki, onsuz da səndən heç bir xərc çıxmır, bizə isə bu lazımdır. Həmin vaxt əhalinin qaza olan borcunun silinməsi müqabilində dövlət büdcəsindən “Azəriqaz” İB-ya 327 milyon manat vəsait köçürüldü. Sözügedən fərmanda Nazirlər Kabinetinə göstəriş verilmişdi ki, əhalinin borcunun yaranmaması üçün müvafiq tədbirlər görsün. Həmin tədbirlərin ən tutarlısı isə abonent ünvanlarına Smart-kart tipli sayğacların quraşdırılması oldu. Çünki bu sayğacların iş prinsipi əvvəlcədən ödənişin edilməsinə əsaslanır və abonentin 10 kubdan artıq borcunun yaranmasına imkan verilmir. Bununla da ölkədə əhalinin qaza borcunun yaranmasına son qoyuldu.

Smart-kart sayğaclarının texniki göstəricilərinə gəldikdə isə, onun istismar müddəti 27 ildir. Hər 9 ildən bir sayğacın enerji elementi (el arasında buna "daş" deyirlər) dəyişdirilməlidir ki, klapan işləyə bilsin. Hətta Şərqi Avropa ölkələrində bu tip sayğacların 40 il də istismar olunduğu təsdiqlənib.

Azərbaycanda Smart-kart tipli sayğacların quraşdırılmasına 2012-ci ildən start verilib. Yəni ölkədə ilk quraşdırılan Smart-kart sayğacları cəmi 12 il xidmət göstərib, onların hələ 15 il qanuni istismar müddəti var. Elə isə öz xərclərini ödəyə bilməyən, dövlət dotasiyası ilə işləyən “Azəriqaz” İB nə üçün istismar müddəti bitməyən sayğacları dəyişmək qərarına gəlib?

Məsələ ilə bağlı “Azəriqaz” İB-nın mətbuat katibi Eldəniz Vəliyev mediaya açıqlamasında deyib ki, “Azəriqaz” İB dövri dövlət yoxlaması bitən sayğacları yeni sayğaclarla əvəz edir: "Bu, abonentin özünün iştirakı ilə də olur. Olur ki, əməkdaşlar bir neçə dəfə ünvana gəlirlər, mənzildən ya kimsə buna şərait yaratmır, ya kimisə görə bilmədikləri üçün məcbur qalıb yeniləyirlər. Burada başqa bir məqsəd yoxdur. Yeni, daha müasir sayğacdır. Dövri dövlət yoxlaması keçən sayğacları beş ildən bir yoxlamaya göndərməyəndə onun, ola bilsin ki, işləməsində, yazılmasında müəyyən qüsurlar əmələ gəlsin”.

Smart-kart tipli sayğacların artıq istismara yararsız olduğu üçün mexaniki sayğacla əvəzlənməsinə gəldikdə isə, qurum rəsmisi suala belə cavab verib.

“Smart sayğaclar Metrologiya Departamentinə göndərilir. Metrologiya Departamenti “Azəriqaz” İB-yə aid olmayan bir qurumdur. Əvvəllər “Azəriqaz” İB-nin balansında idi, sonra Metrologiya İnstitunun tabeleyinə verildi. Yəni bu, “Azəriqaz” İB-nin səlahiyyəti çərçivəsində deyil. Onlar yoxlayıb, həmin sayğacın təkrar istismara gedib-getməyəcəyinə qərar verirlər. Biz “Azəriqaz” olaraq mexaniki, yəni sonradan ödənişli sayğacların tətbiqinə başlamışıq. Məqsədimiz daha ağıllı sayğaclara nail olmaqdır. Həmin mexaniki sayğaclara xüsusi cihazlar quraşdırılacaq, o cihazlar vasitəsilə smart tipli daha ağıllı sayğaclara nail olacağıq. Onunla onlayn ödənişlər daha rahat olacaq, bundan sonra qapını döyməyəcəklər, məsafədən oxunma, eyni zamanda, debitor borca görə avtomatik kəsilmə, debitor borc ödənilən kimi dərhal, avtomatik olaraq qazın verilişinin bərpası və bu kimi üstünlüklərə onunla nail olacağıq”.

O, həmçinin, bu sayğaclarda ödəniş qayğısının olmadığını bildirib:

“Abonentə ayda bir dəfə bildiriş verilir və 30 gün müddətində bu bildirişdəki borcu ödəyirsən”.

Maraqlıdır, abonentin iştirakı olmadan qaz sayğacını dəyişdirmək mümkündürmü?

Qurumdan bildirilib ki, 5 ildən bir qaz sayğaclarının götürülməsi və dövri dövlət yoxlamasının aparılması tələb olunur. Qaydalar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qoyulub. Əhali kateqoriyası sayğaclarının 5 ildən bir dövri dövlət yoxlamasının "aparılması" məcburi qaydadır.

Bu yerdə qeyd edək ki, Smart-kart sayğaclarının dövri dövlət yoxlaması yerində və vizual qaydada həyata keçrilməlidir. Bu zaman problem aşkarlanmırsa, sayğacın sökulərək müayinəyə aparılmasına ehtiyac yoxdur.

Bu qaydada göstərilib ki, “Azəriqaz” İB əməkdaşları həmin sayğacların dövriü dövlət yoxlamasını aparan zaman mütləqdir ki, ev sahibinin iştirakı təmin olunsun.

Qeyd edək ki, dövri dövlət yoxlamasının müddəti 5 il, Smart-kart sayğacların isə istismar müddəti 27 ildir. Elə isə dövri dövlət yoxlaması zamanı bu sayğac nəyə görə dəyişməlidir? Bu sayğaclar sökülmədən, vizual səkildə müayinə edilə bilir. Necə olur ki, çoxmərtəbəli mənzillərdə Smart-kart sayğacları vizual müayinə edilə bilir, amma həyət evlərində mütləq sökülub laboratoriyaya aparılmalıdır? Əsas məqsəd sayğaci "yararsız" qeyd edib, dəyişməkdir. Çoxmərtəbəli mənzillərə ona görə girişmirlər ki, o sayğaclara yaxınlaşmaq üçun abonent qapını açmalıdır. Həyət evlərində isə sayğac bayırda olduğundan istədikləri vaxt gəlib, qanunu pozaraq dəyişirlər.

Mətbuat xidmətinin məlumatında deyilir ki, biz daha müasir sayğac qoyuruq. Sayğac kukladı, dekorativ elementdi, yoxsa bəzək əşyasıdır ki, siz onu büdcə vəsaiti hesabına daha müasiri, daha gözəli ilə əvəz edirsiniz?

Yuxarıda qeyd etdiyimiz kimi, “Azəriqaz” İB dövlət dotasiyası ilə işləyir. Belə olan halda büdcə vəsaiti ilə istismar müddəti keçməyən Smart-kart sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsində maraq nədir?

Burada iki maraq var. Burincisi, sayğacların dəyişdirilməsi zamanı tender keçirilir, şirkət seçilir, buna görə büdcədən əlavə vəsait ayrılır. Sadalanan proseslərdə külli miqdarda korrupsiya elementlərinin olması hamıya aydındır. Yəni sayğacların dəyişdirilməsi artıq “Azəriqaz” İB rəhbərliyinin biznesinə, "qazanc mənbəyinə" çevrilib.

İkincisi isə, “Azəriqaz” İB prezidentin 29 dekabr 2009-cu il tarixli,  207 saylı fərmanını sabotaj etmək istəyir. Yəni yenidən mexaniki sayğaclara qayıtmaqla əhali qrupunun borclanmasına şərait yaratmaq istəyirlər. Məqsəd əhali borclanandan sonra borclu abonentlərlə müxtəlif işbirliyinə gedərək borcları şişirtmək, bu sahədə xaos yaratmaq və yenidən borcların silinməsı ücün prezidentə müraciət etməkdir. Başqa sözlə desək, “Azəriqaz” İB "suyu bulandıraraq, bulanlıq suda asanlıqla balıq tutmaq" istəyir.

Belə məsələlər üçün büdcədən vəsaitlər ayrılarkən hökumət diqqətli olmalı və israfçılığa yol verməməlidir. “Azəriqaz” İB-nın indi həyata keçirdiyi sayğacdəyişmə əməliyyatı büdcə vəsaitlərinin israf edilməsidir.

Akif NƏSİRLİ







VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni Suriya rəhbərliyi İrana qarşı 300 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır... - VİDEO

Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

SON XƏBƏRLƏR

28.12.2024 | 12:30
Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...

28.12.2024 | 11:20
Biləsuvarda narkotika "alverçiləri" saxlanılıblar

28.12.2024 | 11:15
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28.12.2024 | 11:05
İsrail Qəzzada minaları kamikadze maşınlarla təmizləyir

28.12.2024 | 11:00
Bu gün Naxçıvanın bir neçə kəndində işıq olmayacaq

28.12.2024 | 10:30
“ASAN xidmət” və “ASAN kommunal” bu günlərdə işləməyəcək - əhaliyə xəbərdarlıq

28.12.2024 | 10:20
Çin və İran XİN rəhbərləri görüşüblər

28.12.2024 | 10:15
Rusiya hava məkanı çöküşdə - Kazan aeroportu da fəaliyyətini dayandırdı

28.12.2024 | 10:08
Bayram günlərində bu qaydalara əməl edək - Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

28.12.2024 | 10:00
Pasportunu yandırdı, 5 il həbs cəzası aldı - Rusiyada "müğənni ovu" davam edir..

28.12.2024 | 09:34
Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - YENİLƏNƏCƏK

28.12.2024 | 09:30
İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır

28.12.2024 | 09:25
Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...

28.12.2024 | 09:20
"Fənərbağça" və "Barselona"dan məğlubiyyət

28.12.2024 | 09:10
Fransa portalı azərbaycanlı pilotlardan yazdı - "həqiqi möcüzə göstərdilər"

28.12.2024 | 09:05
Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...

28.12.2024 | 09:00
Kürdəmirdə 2 avtomobil toqquşub, bir sürücü ölüb

28.12.2024 | 08:41
Ünvanlı yardımın məbləği və yardım alanların sayı çoxaldı...

27.12.2024 | 23:11
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov təyyarəmizin necə vurulduğunu bilir...

27.12.2024 | 22:53
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

27.12.2024 | 22:40
Türkiyə Azərbaycana təyyarə faciəsinin araşdırılması üçün nümayəndə heyəti göndərdi

27.12.2024 | 22:27
Türkiyə səfirliyinin nümayəndələri təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

27.12.2024 | 21:50
Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

27.12.2024 | 21:23
Mexaniki qaz sayğaclarının yenidən qaytarılmasında marağı olanlar var...

27.12.2024 | 21:09
Putin "30 milyon(?) Suriya kürdünə dövlət" istəyir...

27.12.2024 | 20:54
“Arsax erməni qartalı” - saxta xalçaşünaslığa yeni ornament uydurdular...

27.12.2024 | 20:40
Zelenski Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 20:39
Əsədin tör-töküntüləri Suriyanı İraqın gününə salmağı hədəfləyir...

27.12.2024 | 20:25
Britaniya Əsma Əsədin Suriyada qanlı cinayətlərinin ortağına çevrilə bilər...

27.12.2024 | 20:15
Təyyarə qəzasında həlak olan digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək

27.12.2024 | 20:12
Bakı 2020-ci il helikopter səhvinə görə üzr istəmişdi, indi eyni hərəkəti Moskvadan gözləyir...

27.12.2024 | 20:03
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirildi - FOTO

27.12.2024 | 19:58
ATƏT-in Minsk qrupu sülhə qarşı daha ciddi əngələ çevrildi...

27.12.2024 | 19:45
Tramp Baydenin son qərarlarını ləğv edəcək - "Monro doktrinasına" qayıdış...

27.12.2024 | 19:31
Əkin sahələrini kəsib pambığa veririk - pambıq isə hər il azalır, niyə?

27.12.2024 | 19:17
İrəvanda Paşinyan-kilsə ssenarisi yenidən başladı - keşiş Baqrat yeni rolda...

27.12.2024 | 19:04
Paşinyan müharibə qızışdıran katolikosu 2-ci dəfə İTV efirinə buraxmadı...

27.12.2024 | 18:51
Bakıda saxta estetik cərrah əməliyyatı - Səhiyyə Nazirliyinin şöbə müdiri həbs olundu...

27.12.2024 | 18:47
Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...

27.12.2024 | 18:33
Rusiya ən yüksək səviyyələrdə Ukrayna ilə gələn il sülh danışıqlarına hazırlaşır - rəsmi...

27.12.2024 | 18:20
Xaricdən Azərbaycana pul köçürmələri az qala 1 milyard azaldı...

27.12.2024 | 18:15
Rəşad Nəbiyev qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyanın iddiasını rədd etdi - partlayış səsləri kənardan gəlib...

27.12.2024 | 18:06
Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

27.12.2024 | 17:56
İordaniya Kralı Prezident İlham Əliyevə başsağlığı verib

27.12.2024 | 17:53
Makronun Ukrayna mövzusunda Rusiya ilə separatçı xəyanətini açdılar...

27.12.2024 | 17:47
"Yeni Klinika" təyyarə qəzasında yaralananların vəziyyətini açıqladı...

27.12.2024 | 17:46
Nazirlik saxta estetik cərrahlarla bağlı hərəkətə keçdi - Xüsusi Təftiş Komissiyası yaradıldı, sənədlər yoxlanacaq...

27.12.2024 | 17:34
Azərbaycanın dəmiryol daşımaları xeyli azalıb - halbuki şərtlər dəyişməyib...

27.12.2024 | 17:33
"Minalardan Üzümlüklərə: Müharibədən Sonra Azərbaycanda Bərpa Səyləri"-Forbes Yazır...

27.12.2024 | 17:30
Sahibə Qafarova Qazaxıstan parlamentinin sədri ilə danışdı...

27.12.2024 | 17:25
"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

27.12.2024 | 17:25
"Gənc Bələdçi" layihəsi yekunlaşıb

27.12.2024 | 17:20
Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

27.12.2024 | 17:15
Ukrayna təyyarə qəzasının ədalətli və qərəzsiz araşdırılmasına çağırdı...

27.12.2024 | 17:12
AZAL qəzaya uğrayan təyyarəyə kənar müdaxilə olduğunu təsdiqlədi - Rusiyanın 10 aeroportuna uçuşlar dayandırıldı

27.12.2024 | 17:04
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27.12.2024 | 17:00
Rusiya Belarus ərazisinə 10 “Oreşnik” raket kompleksi yerləşdirəcək...

27.12.2024 | 16:47
Sudanın Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

27.12.2024 | 16:44
Şəhid polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirildi

27.12.2024 | 16:33
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

27.12.2024 | 16:26
GUAM-ın Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 16:25
Nazarbayev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

27.12.2024 | 16:20
"AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədə məlumat Rusiyadan verilib" - Qazaxıstan

27.12.2024 | 16:16
“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi - SƏRƏNCAM

27.12.2024 | 16:14
Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

27.12.2024 | 16:10
Bələdiyyələr də qrant ala biləcəklər - qanunda dəyişiklik edildi

27.12.2024 | 16:06
Aİİ sammitində Lukaşenko ilə Paşinyan arasında gərginlik - Sizi Minskə gətirə biləcək kimsə yoxdur?...

27.12.2024 | 15:51
Vüqar Rəhimzadə: Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər

27.12.2024 | 15:41
Nazir Vilayət Eyvazov polis orqanlarında xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirdi - FOTO

27.12.2024 | 15:30
Göydə 2 dəfə partlayış oldu, saat yarım sonra yerə çırpıldıq -Təyyarə qəzasında yaralanan şəxs

27.12.2024 | 15:22
Vuçiç “Şimal axını” qaz kəmərinin bir ildən sonra işə salınacağını proqnozlaşdırır

27.12.2024 | 15:08
Sağ qalan AZAL-ın bələdçisindən EKSKLÜZİV müsahibə: hadisənin CANLI ŞAHİDİ DANIŞDI

27.12.2024 | 14:57
"Embraer" nümayəndələri təyyarə qəzasını araşdırmaq üçün Aktauya gəliblər...

27.12.2024 | 14:50
Yeni Suriya rəhbərliyi İrana qarşı 300 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır... - VİDEO

27.12.2024 | 14:36
İƏT-in Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 14:35
Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

27.12.2024 | 14:30
"AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma nəticələri açıqlanmadan hadisəni şərh etməyəcəyik" - Peskov

27.12.2024 | 14:18
Nazir təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirdi

27.12.2024 | 14:10
Ermənistan Xankəndində vəfat edən erməniəsilli şəxsin nəşini qəbul etmir...

27.12.2024 | 13:55
Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031