KÖHNƏ VERSİYA            

Paşinyan müharibə qızışdıran katolikosu 2-ci dəfə İTV efirinə buraxmadı...

Image

Akif Nağı: “Paşinyan bütün resurslardan istifadə edib antisülh və antipaşinyan mövqeyindən çıxış edən katolikosun mövqeyini sıradan çıxarmaq istəyir”

Ermənistanın İctimai Televiziyası bütün ermənilərin katolikosu II Qareginin Yeni il müraciətini yayımlamaqdan imtina edib.

Qeyd edək ki, analoji hal keçən il də baş vermiş və İctimai Televiziya katolikosun Yeni il müraciətini yaymaqdan imtina etmişdi. 

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan yazıb ki, İctimai Televiziya Şirkətinin katolikosun Yeni il müraciətini Birinci Kanalda yayımlamaqdan imtina etməsi pafoslu siyasi qərarın nəticəsidir. O bildirib ki, onlar katolikosun müraciətini yaymaq üçün nəinki alçaldıcı şərtlər təklif edirlər, hətta manipulyasiyalar edirlər. “Keçən il Birinci Kanalda katolikosun Yeni il müraciətinin yayımlanmasından imtina ən yüksək siyasi səviyyədə pafoslu qərarın nəticəsi idi. Eyni davranış modeli bu il də davam edir. Təəssüf ki, İctimai Yayım Şirkəti siyasi hakimiyyətin təbliği və bu pafoslu siyasi qərarın təbliği rolunu öz üzərinə götürdü”. 

O deyib ki, “Erməni Apostol” (əslində erməni Qriqoryan kilsəsi-İ.S) kilsəsinin rolunu və onun erməni xalqının həyatındakı müstəsna tarixi xidmətlərini heç bir siyasi güc, xüsusən də hökumət elitası nə qədər istəsələr də, kilsəni hədəf seçsələr də zəiflədə bilməz. 

Bilirik ki, erməni katolikosu, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra erməniləri revanşizmə sürükləyir, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əngəllənməsi üçün hər cür təxribata əl atır, antisülh çağırışları edir. 

Paşinyan isə müharibə qızışdıran katolikosu artıq 2- ci dəfədir ki, İTV  efirinə buraxmadı.

“Baş nazir hesab edir ki, katolikos İctimai Televizyada çıxış edərsə sülh əleyhinə də çağırışlar  edəcək, eyni zamanda onun hökumətinə qarşı da  fikirlər söyləyəcək...”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Paşinyna ardıcıl olaraq katolikosla və kilsə ilə bağlı mövqeyini nümayiş etdirir. Baş nazir deyir ki, Ermənistanda hakim mövqeyə malik olan odur və ortaya başqa mövqe qoyula bilməz.  Katolikosun da Paşinyana qarşı əks mövqedə olduğu aydındır və o, müxalif qüvvələri dəstəkləyir. Katolikosun erməniləri müharibəyə çağırdığı, revanşizmi dəstəklədiyi, öz ənənəvi çıxışlarında antisülh fikirləri səsləndirdiyini görürük. Paşinyan da öz ölkəsinin imicini düşünərək hesab edir ki, Ermənistanda açıq müharibə çağırışları edilərsə bu onun xeyrinə olmaz, imicinə xələl gətirmiş olar. Məsələnin bu tərəfi də var. Baş nazir hesab edir ki, katolikos İctimai Televizyada çıxış edərsə sülh əleyhinə də çağırışlar edəcək, eyni zamanda onun hökumətinə qarşı da  fikirlər söyləyəcək, ermənilərin Paşinyana qarşı etirazını bir az da qızışdıracaq. Bilirsiz ki, son mitinqlər məhz dini xətlə həyata keçirildi və   Baqrat Qalstanyan  katolikosun, kilsənin, din xadimlərinin razılığı olmadan ortaya düşüb xalqı etiraza çağıra bilməzdi. Bu keşişi bir alət, oyuncaq kimi erməni kilsəsi ortaya atmışdı. O, kilsənin Paşinyana qarşı aləti idi. Bunu da Paşinyan bilir və onlara meydan verməkdən çəkinir”-deyə bildirdi.

A.Nağı hesab edir ki, Paşinyan katolikosa İTV-nin efirində çıxış imkanı verməməklə, əslində öz hakimiyyətini qorumağa çalışır. O qeyd etdi ki, erməni baş nazir getdikcə kilsənin rolunu məhdudlaşdırmağa, zəiflətməyə cəhd edir və bu da tam normaldır, bu mövqedən çıxış edilməlidir. “İran və Şərqdəki bəzi ölkələr istisna olmaqla, dünyanın heç bir yerində, demək olar ki, dini rəhbərlər dövlətin işlərinə qarışmır. Dövlətlər normal şəkildə dünyəvi dövlət formalarını seçiblər. Yəni başqa bir forma yoxdur ki, dini rəhbərlər dövlətin siyasətinə qarışsınlar, bu mümkün deyil, hər yerdə mənfi qarşılanır. İndi o proses Ermənistanda da  gedir. Ermənistan o məsələdə çox geridə qalıb. Ermənistanda hələ də dövlətin idarə olunmasında kilsə ciddi rol oynayır. Bu da ondan irəli gəlir ki, ermənilərin dövləti və başqa ciddi təşkilatları olmayıb, həm dini, həm də ictimai-siyasi mərkəz kimi kilsə rol oynayıb. Erməni kilsəsi mövqeyindən geri çəkilmək istəmir və öz rolunu davam etdirmək istəyir. Amma kilsə geri çəkilməlidir. Paşinyan isə bütün resurslardan istifadə edib antisülh və antipaşinyan mövqeyindən çıxış edən katolikosun mövqeyini sıradan çıxarmaq istəyir. Buna tədricən nail olur da. Bu, Paşinyan hökuməti ilə erməni kilsəsi arasında ziddiyyətlərin daha da dərinləşdiyinin göstəricisidir”. 

A.Nağının sözlərinə görə, Paşinyan eyni zamanda hiss olunur ki, Eçmiədzin qrupu ilə  katolikos II Qaregin arasındakı ziddiyyətdən də istifadə edir, özü birbaşa qadağan etmir, amma onları parçalamağa cəhd göstərir. Bunun Paşinyanın yürütdüyü siyasətin formalarından biri olduğunu deyən A.Nağının fikrincə, Paşinyan çalışır ki, erməni kilsəsinə ziddiyyət salıb kilsənin gücünü zəiflətsin. “Bu ondan xəbər verir ki, artıq erməni kilsəsi parçalanır,  Eçmiədzin rəhbərliyində fikir ayrılığı var, onların bir qismi hakimiyyəti dəstəkləyir, başqa bir qismi müxalifətin tərəfindədir. Erməni cəmiyyəti parçalandığı kimi kilsə də parçalanır. Kilsə də parçalanırsa, onda erməni ekspertlərin dediyi kimi, Ermənistanın gələcəyi çox böyük şübhə altındadır. Erməniləri birləşdirən iki qüvvə vardı - biri kilsə, biri də xaricdəki erməni mərkəzləri, erməni diasporu. Hər iki qüvvənin daxilində də ziddiyyətlər mövcuddur, parçalanma baş verir, onlarda Ermənistanın gələcəyi ilə bağlı bədbinlik var və əvvəlki kimi planlı şəkildə irəliyə gedə bilmirlər”. 

Azərbaycanın bütün bu prosesləri diqqətlə nəzarətdə saxlamalı olduğunu deyən A.Nağı qeyd etdi ki, hələ də Ermənistanda revanşizm davam edir. “Artıq erməni kilsəsinin mövqeyi zəifləyib. Əvvəlki vaxtlar olsaydı heç kim kilsəyə qarşı barmağını uzada bilməzdi. Ter-Petrosyanın da, Köçəryanın da, Sarkisyanın da hakimiyyəti dövründə kilsəyə qarşı heç bir addım atıla bilməzdi. Bütün dünya erməni kilsəsinin müdafiəsinə qalxardı. Amma Paşinyan kilsəni taqətdən salmağa nail olub, katolikos artıq Ermənistanda böyük rola malik deyil”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA 







VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni Suriya rəhbərliyi İrana qarşı 300 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır... - VİDEO

Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

SON XƏBƏRLƏR

28.12.2024 | 11:20
Biləsuvarda narkotika "alverçiləri" saxlanılıblar

28.12.2024 | 11:15
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28.12.2024 | 11:05
İsrail Qəzzada minaları kamikadze maşınlarla təmizləyir

28.12.2024 | 11:00
Bu gün Naxçıvanın bir neçə kəndində işıq olmayacaq

28.12.2024 | 10:30
“ASAN xidmət” və “ASAN kommunal” bu günlərdə işləməyəcək - əhaliyə xəbərdarlıq

28.12.2024 | 10:20
Çin və İran XİN rəhbərləri görüşüblər

28.12.2024 | 10:15
Rusiya hava məkanı çöküşdə - Kazan aeroportu da fəaliyyətini dayandırdı

28.12.2024 | 10:08
Bayram günlərində bu qaydalara əməl edək - Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

28.12.2024 | 10:00
Pasportunu yandırdı, 5 il həbs cəzası aldı - Rusiyada "müğənni ovu" davam edir..

28.12.2024 | 09:34
Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - YENİLƏNƏCƏK

28.12.2024 | 09:30
İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır

28.12.2024 | 09:25
Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...

28.12.2024 | 09:20
"Fənərbağça" və "Barselona"dan məğlubiyyət

28.12.2024 | 09:10
Fransa portalı azərbaycanlı pilotlardan yazdı - "həqiqi möcüzə göstərdilər"

28.12.2024 | 09:05
Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...

28.12.2024 | 09:00
Kürdəmirdə 2 avtomobil toqquşub, bir sürücü ölüb

28.12.2024 | 08:41
Ünvanlı yardımın məbləği və yardım alanların sayı çoxaldı...

27.12.2024 | 23:11
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov təyyarəmizin necə vurulduğunu bilir...

27.12.2024 | 22:53
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

27.12.2024 | 22:40
Türkiyə Azərbaycana təyyarə faciəsinin araşdırılması üçün nümayəndə heyəti göndərdi

27.12.2024 | 22:27
Türkiyə səfirliyinin nümayəndələri təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

27.12.2024 | 21:50
Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

27.12.2024 | 21:23
Mexaniki qaz sayğaclarının yenidən qaytarılmasında marağı olanlar var...

27.12.2024 | 21:09
Putin "30 milyon(?) Suriya kürdünə dövlət" istəyir...

27.12.2024 | 20:54
“Arsax erməni qartalı” - saxta xalçaşünaslığa yeni ornament uydurdular...

27.12.2024 | 20:40
Zelenski Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 20:39
Əsədin tör-töküntüləri Suriyanı İraqın gününə salmağı hədəfləyir...

27.12.2024 | 20:25
Britaniya Əsma Əsədin Suriyada qanlı cinayətlərinin ortağına çevrilə bilər...

27.12.2024 | 20:15
Təyyarə qəzasında həlak olan digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək

27.12.2024 | 20:12
Bakı 2020-ci il helikopter səhvinə görə üzr istəmişdi, indi eyni hərəkəti Moskvadan gözləyir...

27.12.2024 | 20:03
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirildi - FOTO

27.12.2024 | 19:58
ATƏT-in Minsk qrupu sülhə qarşı daha ciddi əngələ çevrildi...

27.12.2024 | 19:45
Tramp Baydenin son qərarlarını ləğv edəcək - "Monro doktrinasına" qayıdış...

27.12.2024 | 19:31
Əkin sahələrini kəsib pambığa veririk - pambıq isə hər il azalır, niyə?

27.12.2024 | 19:17
İrəvanda Paşinyan-kilsə ssenarisi yenidən başladı - keşiş Baqrat yeni rolda...

27.12.2024 | 19:04
Paşinyan müharibə qızışdıran katolikosu 2-ci dəfə İTV efirinə buraxmadı...

27.12.2024 | 18:51
Bakıda saxta estetik cərrah əməliyyatı - Səhiyyə Nazirliyinin şöbə müdiri həbs olundu...

27.12.2024 | 18:47
Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...

27.12.2024 | 18:33
Rusiya ən yüksək səviyyələrdə Ukrayna ilə gələn il sülh danışıqlarına hazırlaşır - rəsmi...

27.12.2024 | 18:20
Xaricdən Azərbaycana pul köçürmələri az qala 1 milyard azaldı...

27.12.2024 | 18:15
Rəşad Nəbiyev qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyanın iddiasını rədd etdi - partlayış səsləri kənardan gəlib...

27.12.2024 | 18:06
Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

27.12.2024 | 17:56
İordaniya Kralı Prezident İlham Əliyevə başsağlığı verib

27.12.2024 | 17:53
Makronun Ukrayna mövzusunda Rusiya ilə separatçı xəyanətini açdılar...

27.12.2024 | 17:47
"Yeni Klinika" təyyarə qəzasında yaralananların vəziyyətini açıqladı...

27.12.2024 | 17:46
Nazirlik saxta estetik cərrahlarla bağlı hərəkətə keçdi - Xüsusi Təftiş Komissiyası yaradıldı, sənədlər yoxlanacaq...

27.12.2024 | 17:34
Azərbaycanın dəmiryol daşımaları xeyli azalıb - halbuki şərtlər dəyişməyib...

27.12.2024 | 17:33
"Minalardan Üzümlüklərə: Müharibədən Sonra Azərbaycanda Bərpa Səyləri"-Forbes Yazır...

27.12.2024 | 17:30
Sahibə Qafarova Qazaxıstan parlamentinin sədri ilə danışdı...

27.12.2024 | 17:25
"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

27.12.2024 | 17:25
"Gənc Bələdçi" layihəsi yekunlaşıb

27.12.2024 | 17:20
Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

27.12.2024 | 17:15
Ukrayna təyyarə qəzasının ədalətli və qərəzsiz araşdırılmasına çağırdı...

27.12.2024 | 17:12
AZAL qəzaya uğrayan təyyarəyə kənar müdaxilə olduğunu təsdiqlədi - Rusiyanın 10 aeroportuna uçuşlar dayandırıldı

27.12.2024 | 17:04
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27.12.2024 | 17:00
Rusiya Belarus ərazisinə 10 “Oreşnik” raket kompleksi yerləşdirəcək...

27.12.2024 | 16:47
Sudanın Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

27.12.2024 | 16:44
Şəhid polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirildi

27.12.2024 | 16:33
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

27.12.2024 | 16:26
GUAM-ın Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 16:25
Nazarbayev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

27.12.2024 | 16:20
"AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədə məlumat Rusiyadan verilib" - Qazaxıstan

27.12.2024 | 16:16
“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi - SƏRƏNCAM

27.12.2024 | 16:14
Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

27.12.2024 | 16:10
Bələdiyyələr də qrant ala biləcəklər - qanunda dəyişiklik edildi

27.12.2024 | 16:06
Aİİ sammitində Lukaşenko ilə Paşinyan arasında gərginlik - Sizi Minskə gətirə biləcək kimsə yoxdur?...

27.12.2024 | 15:51
Vüqar Rəhimzadə: Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər

27.12.2024 | 15:41
Nazir Vilayət Eyvazov polis orqanlarında xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirdi - FOTO

27.12.2024 | 15:30
Göydə 2 dəfə partlayış oldu, saat yarım sonra yerə çırpıldıq -Təyyarə qəzasında yaralanan şəxs

27.12.2024 | 15:22
Vuçiç “Şimal axını” qaz kəmərinin bir ildən sonra işə salınacağını proqnozlaşdırır

27.12.2024 | 15:08
Sağ qalan AZAL-ın bələdçisindən EKSKLÜZİV müsahibə: hadisənin CANLI ŞAHİDİ DANIŞDI

27.12.2024 | 14:57
"Embraer" nümayəndələri təyyarə qəzasını araşdırmaq üçün Aktauya gəliblər...

27.12.2024 | 14:50
Yeni Suriya rəhbərliyi İrana qarşı 300 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır... - VİDEO

27.12.2024 | 14:36
İƏT-in Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 14:35
Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

27.12.2024 | 14:30
"AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma nəticələri açıqlanmadan hadisəni şərh etməyəcəyik" - Peskov

27.12.2024 | 14:18
Nazir təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirdi

27.12.2024 | 14:10
Ermənistan Xankəndində vəfat edən erməniəsilli şəxsin nəşini qəbul etmir...

27.12.2024 | 13:55
Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

27.12.2024 | 13:50
Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031