Bazar ertəsi günü, 20 aprel 2026
     

“Arsax erməni qartalı” - saxta xalçaşünaslığa yeni ornament uydurdular...

Image


Faiq Ələkbərli: "Haylar türk xalqlarının simvollarından biri olan qartal ormanentini oğurlayıblar"  

Qarabağda erməni mədəni irsinin heç bir örnəyinin olmadığı reallıq olsa da, təəssüf ki, ermənilər və onların havadarları tamamilə uydurma iddialarla çıxış etməkdən əl çəkmirlər.  

Son dövrlər "monumentwatch.org" saytı deyilən bir dezinformasiya orqanı meydana çıxıb və öz aləmində guya "Arsaxın mədəni irsinin monitorinqini" aparır. Olmayan bir irsin monitorinqini aparmaq ancaq xəyalpərəstlərə xas xüsusiyyətdir ki, biz bunu bədnam qonşularımızın timsalında görürük. 

Uzun müddətdir qondarma erməni xalça naxış və ornamentlərindən danışan bu tipli dezinformasiya yayıcılarının uydurmasına görə, guya Azərbaycan erməni "naxış və ornamentlərini oğurlayıb". Bilirsiz, bu çox gülünc və gülməli bir iddiadır. Adı yuxarıda çəkilən sayt iddia edir ki, Bakıda açılan Zəfər parkının mərkəzində qoyulan milli ornamentli möhtəşəm abidə guya "ənənəvi erməni Arsax qartalı" şəklindədir. Guya biz bu abidəni "Arsax qartalı ornamentindən (?) istifadə edərək inşa etmişik. Azərbaycan guya "Arsax qartalı ornamentini" "mənimsəyib, Zəfər parkında bu şəkildə abidə ucaldıb və bu abidəni də COP29 tədbirləri çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim edib. Ermənilər utanmadan bizi mədəni oğurluqda ittiham edirlər. Bu sərsəm kampaniyaya özünü politoloq kimi qələmə verən Sosi Tatikyan da qoşulub və Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialarda bulunub ki, guya Azərbaycan erməni "mədəni irsini mənimsəyib". Bu ornamentlərin Çiləbürd "feodal hakimiyyətlərinin" xalçaçılıq ənənəsinə gedib çıxan mərkəzi naxış olduğunu deyən erməni politoloq unudur ki, Çiləbürd Qarabağ xanlığının beş məlikliyindən biri olub və o məliklərin də heç biri erməni olmayıb, onların alban-xristian mənşəli olduqlarını bütün dünya bilir. Əgər bu ornamentlər doğrudan da Çiləbürd, daha dəqiq desək, Qarabağ xalçaçılıq ənənələrinə dayanırsa, onda bu hardan erməni irsi oldu?  

Deyirlər ki, bu xalçaçılıq irsinin əsas ornamenti qartaldır. "Mütəxəssis"deyib ki, bu qartal ornamenti –qanadlı günəşin və Urartu Tanrısı Çaldın, daha sonra isə Zərdüştlükdə xeyir Tanrısı olan Ahuraməzdanın təsvirlərindən biridir. Guya qanadlı günəşin bu təsviri "qədim erməni sənətində tanınır və "Arsax-Sünik" xalçaçılığında ifadə olunur, xarici ədəbiyyatda isə "Çiləbürd" kimi bilinir" 

Biz də həmin psevdopolitoloqa xatırlatmaq istəyirik ki, nə Urartunun, nə Zərdüştlüyün, nə "Arsax"dedikləri Qarabağın, nə də onların "Sünik" adlandırdıqları Zəngəzurun ermənilərlə yaxından və uzaqdan bir tarixi əlaqəsi yoxdur, heç o xalça oramentləri də erməni sənətinin nümunəsi deyil. Söhbət Qarabağdan, Çiləbürddən, Zəngəzurdan gedirsə, əlbəttə, bu naxışlar da, bu ornamentlər də bu torpağın qədim sakinləri tərəfindən yaradılıb, amma XIX yüzillikdən, yəni ermənilər bizim ərazilərə köçürülüb məskunlaşdırıldıqdan sonra onlar tərəfindən mənimsənilib. Gizlin deyil ki, Azərbaycanın ənənəvi xalça naxış və ornamentləri ermənilər tərəfindən oğurlanaraq istifadə olunur və dünyaya erməni adı ilə təqdim edilir. Bütün bunlar faktdır. Qarabağ xalçaçılıq irsi Azərbaycan xalqının mədəniyyət tarixinin bir hissəsidir və dünyada Qarabağ xalçaları bizim adımızla tanınıb. Baxmayaraq ki, erməni lobbisinin son 30 ildə apardığı kampaniya nəticəsində Qarabağ xalçaları erməni adı ilə də təqdim olunub, bu saxta adlar altında müxtəlif kolleksiyalara ötürülüb. Amma fakt faktlığında qalır.

Guya Azərbaycan ermənilər Qarabağdan getdikdən sonra erməni "xalçalarını" mənimsəyib. Bunlar ermənilərin "deportasiyası" kimi uydurmanı ortaya atırlar, amma Qərbi azərbaycanlıların gerçək deportasiyanı inkar edirlər. Bunların saxtakarlığı artıq əndazəni o dərəcədə aşıb ki, bu ilin mayında Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalçaları, Yaddaşın genetik kodu"sərgisini də qaralamağa çalışırlar ki, guya burda "Arsax" və "Ermənistan" xalçaları nümayiş olunub. Onlar Qarabağ və Qərbi Azərbaycan xalçaçılıq məktəblərinə məxsus xalçaların sərgisini "mənimsənilmiş" "erməni xalçası"nın sərgisi kimi qələmə verirlər.  

Guya o xalçalarda əks olunan kompozisiyalar, naxışlar, heyvan və quş təsvirləri "erməni inancına bağlıdır". Onların bu cür cəfəngiyatları çoxdur və heç birinin də əsası yoxdur. 

"Bu ormamentin artıq məhv edilmiş, tarixin tozlu arxivinə gömülmüş "Arsax"a aid edilməsi tamamilə absurddur"

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi" şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ermənilər 150 ilə yaxındır ki, Azərbaycan xalqının tarixini, mədəniyyətini, xalçaçılıq sənətini oğurlayıb saxtalaşdırırlar. "Son günlərdə yenə də erməni mətbuatı Azərbaycan türklərinə, Azərbaycan xalqına aid bir çox mədəniyyət nümunələrini, o cümlədən də qartal ornamentini erməni "ornamenti" kimi qələmə verib saxtalaşdırmağa çalışır. Guya Zəfər parkında ucaldılan abidə hansısa "Arsaxa" "məxsus" "qartal ornamenti" şəklindədir. Əslində, haylar çox yaxşı bilirlər ki, "Arsax" adlandırdıqları Qarabağda yaşayanlar türklər olub. Qədim dövrlərdə türklərin bir qismi xristianlığı qəbul etsə də, yenə də türk kimliklərini daşıyıblar. Haylar Qarabağa, Zəngəzura, Qərbi Azərbaycana çox-çox sonralar gəliblər. Çar Rusiyası Azərbaycan torpaqlarının bir qismini işğal etdikdən sonra hayları bura köçürüblər və yerli xristian türklərinə aid nə varsa haylar hamısını mənimsəməyə çalışıb və mənimsəməkdə də davam edirlər. Türk xalqının simvollarından biri olan və tətbiqi sənətdə, xalçaçılıqda, memarlıq abidələrində geniş istifadə etdiyi qartal ormanentini hayların mənimsədiyi faktdır. Haylar türk xalqlarının simvollarından biri olan qartal ormanentini oğurlayıblar.

Bu ormamentin artıq məhv edilmiş, tarixin tozlu arxivinə gömülmüş "Arsax"a aid edilməsi tamamilə absurddur. Qartal ornamentindən türk xalqları geniş istifadə edib. Qartal təsvirli, ornamentli bütün abidələr Azərbaycan türklərinin öz mədəniyyəti, dünyagörüşü ilə sıx bağlıdır. Ümumiyyətlə, "Arsax qartalı" ornamenti ilk dəfədir səslənir, bundan əvvəl belə bir ifadəni işlətmirdilər. İndi görünür, danışmağa söz tapmırlar deyə bu qondarma sözü ortaya atıblar".

F.Ələkbərli bildirdi ki, haylar nə qədər saxtalaşdırmağa çalışsa da, qartal ornamenti də, onların iddia etdiyi xalça naxışları da türk mədəniyyətinin bir parçasıdır, onlar bunu bizdən oğurlayıblar. "İddia edirlər ki, guya bununla Azərbaycan məhv olmuş "Arsaxın" hansısa mədəniyyətini "məhv edir", "mənimsəyir". Əksinə, proses tamam başqa cür olub. Bilirik ki, haylar havadarlarının yardımı ilə bu cür saxtakarlığı əldə ediblər. Amma bu iddialarla heç nə əldə edə bilməyəcək. 

Azərbaycan Respublikası böyük Zəfər əldə edib və öz ərazi bütövlüyünü təmin etdi. Bu gün böyük qələbəmizin əsas simvollarından olan Zəfər parkının möhtəşəmliyi hayların və onların havadarlarının yuxusunu qaçırıb. Onlar qələbəmizə kölgə salmaq üçün  hər cür təxribata əl atırlar. Amma unutmasınlar ki, bu təxribatlar onların özlərinin ziyanınadır. Zəfər parkı Azərbaycan memarlılğına xas qurulub və burda öz memarlığımıza aid ornamentlərdən, naxışlardan istifadə olunub". 

F.Ələkbərlinin sözlərinə görə, Azərbaycanın özünün digər tarixi ərazilərinə də qovuşmaq məsələsi var və hayları da təşvişə salan budur. 

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

20.04.2026 / 17:59
Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur

20.04.2026 / 17:40
Vaşinqtonda gizli görüş – dollar çatışmazlığı ilə üzləşən BƏƏ Trampı Çinlə təhdid etdi…

20.04.2026 / 17:06
Bakıda 100 min bina sökülək? - RƏSMİ AÇIQLAMA...

20.04.2026 / 16:54
Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı təxribat - səfirlər XİN-ə çağırıldı...

20.04.2026 / 16:41
Türkiyədə məhkəmə Özgür Özəlin sədrliyini ləğv edərək Kılıcdaroğlunu yenidən CHP-nin başına gətirəcək...(?)

20.04.2026 / 16:22
Roma papası Trampı lağa qoydu -“get İstanbulu da tut”...

20.04.2026 / 16:10
İran razı olmasa, "Hizbullah" tərksilah edilə bilməz...

20.04.2026 / 16:07
İrandan ABŞ-a mesaj – Hörmüzdə yeni tranzit sistemini qəbul edin…

20.04.2026 / 15:48
İran müharibəsi Şimal-Cənub marşrutunun gücünü təsdiqlədi...

20.04.2026 / 15:47
"İrandan sonra İsrailin hədəfi Türkiyə olacaq?" - NATO sualı rəsmən cavabsız buraxdı...

20.04.2026 / 15:23
Pakistanlı general Trampdan Hörmüzdə blokadanı qaldırmasını istədi…

20.04.2026 / 15:15
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırdı...

20.04.2026 / 15:08
NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

20.04.2026 / 14:48
Rusiya Azərbaycanı beynəlxalq rus dili təşkilatına dəvət etdi.

20.04.2026 / 14:35
Hərbi vəzifəlilərin təlim toplanışı başladı

20.04.2026 / 14:23
Bakıda avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

20.04.2026 / 14:10
Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı...

20.04.2026 / 13:53
Pyatiqorskda əcnəbi qadın əldəqayırma bomba ilə saxlandı

20.04.2026 / 13:38
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

20.04.2026 / 13:24
AzTV-də dəyişikliklər - bəzi şöbələr birləşdirilir, islahatlar başlayır....

20.04.2026 / 13:14
Tramp Putinin Ukrayna müharibəsinə 9 milyard dollar kömək etdi...

20.04.2026 / 12:19
İranın ucuz dronları Avropada müdafiə şirkətlərini çökdürür...

20.04.2026 / 12:17
İran İslamabadda ABŞ-la danışıqlardan rəsmən imtina etdi…

20.04.2026 / 11:54
Türkiyə-Ermənistan sərhədi açılır, Orta Dəhlizlə bağlı maraqlı proseslər başlanır

20.04.2026 / 11:41
"AtaSığorta"nın lisenziyası ləğv edildi

20.04.2026 / 11:35
İrəvan Bakının geosiyasi uğurlarına qibtə edir, Azərbaycan Ermənistana nümunə göstərilir...

20.04.2026 / 11:28
Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

20.04.2026 / 11:21
Ermənistanda yeni "1 Mart" qırğını olacaq - Rusiyadan təxribatçı qruplar gəlir...

20.04.2026 / 11:10
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir - FOTO

20.04.2026 / 11:02
ABŞ və İran yenidən savaş ritorikasına qayıtdılar, yeni müharibə an məsələsidir...

20.04.2026 / 10:49
Artan enerji böhranı yanacaq qiymətlərini kəskin şəkildə artırdı - Avropadan ilginc təklif gəldi…

20.04.2026 / 10:30
"Azərpoçt"a yeni rəhbər təyin olundu

20.04.2026 / 10:10
İran ABŞ hərbi gəmilərini vurdu - hücumlarımız davam edəcək...

20.04.2026 / 09:43
Türkiyə məktəblərində törədilən qətliamlara elmi-lədun baxış

20.04.2026 / 09:20
Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

20.04.2026 / 09:07
"Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır" - Prezident

20.04.2026 / 08:53
Prezident BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanladı

20.04.2026 / 08:00
İran uğursuzluğu Pentaqonda panika yaratdı - Tramp özündən çıxdı

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

19.04.2026 / 14:48
Ukrayna “Neptun” raketi ilə Taqanroqda Rusiyanın hərbi zavodunu vurdu

19.04.2026 / 14:22
Tramp ailəsi Tiflisdə 70 mərtəbəli lüks göydələn tikəcək…

19.04.2026 / 13:26
Türkiyədəki ildırım hadisəsi ilə Azərbaycanda baş verən analoji hadisələr arasında riyazi bağlılıq var...

19.04.2026 / 13:23
Antalya Forumunda ən önəmli nüans - Əliyevin ikitərəfli görüş mesajları, "nala-mıxa döyənlərin" düzəni... Aydın Quliyev yazır...

19.04.2026 / 11:19
İran spikerindən ABŞ-a açıq Hörmüz mesaj - İran gəmiləri keçə bilmirsə, digərləri də keçə bilməz…

19.04.2026 / 10:35
Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

19.04.2026 / 09:42
Ceyhun Bayramov Tailanda getdi

18.04.2026 / 23:10
“1920-ci ilin aprelində rus ordusu Azərbaycanı işğal etdi” fikrinə Rusiya mətbuatının riyakar münasibəti

18.04.2026 / 21:49
Kiyevdə naməlum şəxs mağazada insanları girov götürdü - ölən və yaralanan var…

18.04.2026 / 21:30
Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

18.04.2026 / 20:46
ABŞ Pakistan vasitəsilə İrana yeni təkliflər göndərdi…

18.04.2026 / 20:34
ABŞ-da sirli olay - gizli layihələr üzərində çalışan alimlər müəmmalı şəkildə yoxa çıxır…

18.04.2026 / 19:45
İrandan gətirilən narkotiki Bakıya aparanlar Beyləqanda yaxalandı

18.04.2026 / 19:20
Ukraynadan Rusiyaya ağır zərbə - Qara dənizdə üç hərbi gəmi vuruldu…

18.04.2026 / 18:56
Trampdan Hörmüzün yenidən bağlanmasına ilk reaksiya - Bizi şantaj edə bilməzlər…

18.04.2026 / 18:23
Livanla İsrail arasında atəşkəs pozuldu – fransız sülhməramlılar bombalandı…

18.04.2026 / 18:07
Zelenski Lukaşenkonu ABŞ-ın Maduronu oğurladığı kimi oğurlamaqla hədələdi

18.04.2026 / 17:52
Gəncədə sexdən 2 min manatlıq oğurluq edən şəxs saxlandı

18.04.2026 / 17:17
Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

18.04.2026 / 16:32
Hörmüzdə gərginlik yenidən artdı – İran boğazdan keçməyə çalışan gəmiləri vurdu...

18.04.2026 / 16:17
İrandan ABŞ-a Hörmüz cavabı - "Tramp bir saata 7 yalan sığdırdı"...

18.04.2026 / 16:04
Mehdiabadda ağır qəza: avtomobildə sıxışıb qalan sürücü belə xilas edildi - VİDEO

18.04.2026 / 15:55
Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib - FOTO

18.04.2026 / 15:36
Belçikadan ŞOK ETİRAF… AB Ukraynadakı müharibəni 2030-a qədər uzatmağı hədəfləyir – “Ukraynalıların qanı biz vaxt qazandırır"…

18.04.2026 / 15:10
Azərbaycan–NATO uzunmüddətli əməkdaşlığı Antalyada müzakirə edildi

18.04.2026 / 14:42
İran Hörmüz boğazını yenidən bağladı və ABŞ-la danışıqlardan imtina etdi – blokada ləğv edilməsə…

18.04.2026 / 14:25
Ukrayna Rusiyanın sənaye şəhərlərini və limanlarını vurdu…

18.04.2026 / 14:08
Daha iki ABŞ konqresmeni 907-ci düzəlişin ləğvi təşəbbüsünə qoşuldu...

18.04.2026 / 13:31
“Hörmüz düyünü” Trampın planlarını alt-üst edir – Rusiya neftinə yeni güzəşt qərarı…

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ