Çin və İran XİN rəhbərləri görüşüblər
Çinin xarici işlər naziri Van İ dekabrın 27-də Pekində İran XİN-in başçısı Abbas Əraqçi ilə görüşüb. Bu məlumatı İRNA yayıb. Məlumata görə, diplomatlar ikitərəfli münasibətlər və hərtərəfli əməkdaşlıq proqramının həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar. Bildirilib ki, iranlı nazir çinli həmkarını ölkəsinə dəvət edib.
Mətləb