Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...
Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşım edib. A.Quliyev yazır: "Slovakiyanın baş naziri Fitsonun Moskvaya səfərindən sonra Putinin Ukrayna ilə danışıqların Slovakiyada aparılmasının mümkünlüyü barədə söylədiyi fikirlər ciddi mətləblərdən xəbər verir. İndiyə kimi, bu danışıqlarda əsasən Türkiyə vasitəçilik edirdi və danışıqlar üçün məkan olaraq İstanbul seçilirdi. Taxıl sövdələşməsi zamanı da belə oldu, 2022- ci ildə atəşkəs razılaşması da ilk olaraq İstanbulda əldə olundu. Hətta bu günlərdə Putin yenidən o məsələyə toxundu və dedi ki, İstanbulda əldə etdiyimiz atəşkəs razılaşması nədənsə (?) pozuldu.
İndi də Slovakiyada Ukrayna - Rusiya danışıqlarında vasitəçiliyi ortaya gəlib. Baş nazir Fitsonun Ukrayna - Rusiya danışıqlarına vasitəçilik etmək istəyi barədə bəyanat təsadüfi deyil. Suriya hadisələrinin Rusiya- Türkiyə münasibıtlərində müəyyən soyuqluq yaratdığının əlamətləri görsənir. Böyük ehtimalla Putinin 4 saatlıq mətbuat konfransında Suriyadan danışarkən "20 milyonluq kürdlərin niyə öz dövləti olmasın?!" bəyanatı da təsadüf deyil."
Mətləb