İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır
İctimai fəal Şahin Əhmədov öz facebook səhifəsində maraqlı paylaşım edib. Ş. Əhmədov yazır: "Bir gün əvvəl Bakı-Qroznı reysi ilə uçan Azərbaycana məxsus təyyarə Rusiyaya aid hava məkanında vurulur. Bu gün Bakı-Minvod reysi ilə uçan Azərbaycana məxsus təyyarə Minvoda enmədən Bakıya geri dönür. Yenə bu gün Özbəkistandan Qroznıya uçan təyyarə Qroznıya eniş etmir, Bakıya istiqamətlənir və Bakıya enir. İndicə aldığımız xəbərdə isə İstanbul-Moskva reysi ilə uçan təyyarənin Moskvaya çatıb eniş etmədən Polşa üzərindən geri, İstanbula dönməsi haqda məlumat verilir..
Hal-hazırda Dubai-Moskva reysi ilə uçan təyyarənin Bakıya məcburi eniş etməsi haqda məlumat verilir. Allah axırını xeyir eləsin
Kamran Gülər."