Cümə axşamı günü, 29 may 2025
     

"Minalardan Üzümlüklərə: Müharibədən Sonra Azərbaycanda Bərpa Səyləri"-Forbes Yazır...

Image

Dünyanın ən populyar nəşrlərindən olan "Forbes" -da Azərbaycanın mina problemi və bu sahədə görülən işlər haqqında məqalə yayımlanıb. Məqalədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və "Sülhün Kökləri" ("Roots of Peace"), eləcə də minatəmizləmə fəaliyyəti ilə məşğul olan təşkilatların birgə fəaliyyəti, minalardan təmizlənmiş torpaqların kənd təsərrüfatına qaytarılması və üzüm bağlarının salınması təşəbbüsləri xüsusi vurğulanır. Yazıdan aydın olur ki, xanım Heidi Kühnun ANAMA və BAMF ilə əməkdaşlıq çərçivəsində Azərbaycana səfərləri mina probleminin həllinə qlobal diqqətin artırılmasına xidmət edir. Məqalə, həmçinin, Qarabağda bərpa layihələrinin reallaşdırılması və bölgənin potensialının dünya ictimaiyyətinə tanıdılması məqsədini daşıyır.

Əlim titrəyə-titrəyə qələmdəm yapışdım və "AB-pozitiv" sözlərini ziyarətçi qeyd dəftərinə yazmağa başladım — hər bir hərəkət, sükut içində ifadə olunmayan həqiqətin sarsıdıcı təsdiqi idi. Ürək döyüntülərimin səsi yaxınlıqda gözləyən iki təcili yardım maşınının motorlarının səbirsiz mırıltısını boğurdu.

Mən, həqiqətən, bunu edirdim.

Hələ bir ay əvvəl 2023-cü il Dünya Ərzaq Mükafatı laureatı və "Sülhün Kökləri" adlı qeyri-hökumət təşkilatının vizyoner qurucusu Heidi Künla tanış olmuşdum. 25 il ərzində bu təşkilat müharibənin yaralarını ümid toxumlarına çevirmiş, minalanmış əraziləri məhsuldar kənd təsərrüfatı torpaqlarına çevirmək üçün yorulmadan çalışır. Sadə, lakin dərin bir formula ilə – "minaları təmizlə, yenidən ək, bərpa et" ."Sülhün Kökləri" dünyanın müxtəlif regionlarında minalardan təmizləmə komandaları ilə əməkdaşlıq etmiş, müharibədən zərər çəkmiş ərazilərdə suvarma sistemlərini, infrastrukturu və becərilən torpaqları bərpa etmişdir. Bu, təkcə torpağı yox, həm də icmaların ləyaqətini və gələcəyini də bərpa edən  missiyadır.

Heidi ilə  Borlauq Dialoqunda — Ayova ştatında Dünya Ərzaq Mükafatı Fondunun hər il keçirilən ərzaq təhlükəsizliyi konfransında — tanış olduq və tanışlığımızın ilk dəqiqələrindən etibarən aramızda sarsılmaz  bağ yarandı. Bir neçə həftə sonra Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Konfransı — COP 29  çərçivəsində hər ikimizin iştirak edəcəyini öyrəndikdə, Heidi mənə  "Mənimlə birgə ol,"  dedi və məqsədli intonasiya ilə əlavə etdi — "Dağlıq Qarabağın minalanmış sahələrində gəzmək üçün."

Ermənistan və Azərbaycan arasında illərlə davam edən ərazi münaqişəsinin yaraladığı bu torpaqlar bir vaxtlar öz məhsuldar kənd təsərrüfatı mənzərələri ilə tanınırdı. Dağlıq Qarabağın münbit torpaqları və özünəməxsus iqlimi bir zamanlar üzümçülük sahəsində uğur qazanmış və ildə təxminən 160,000 ton üzüm istehsal edilən inkişaf edən bu kənd təsərrüfatı sektorunu dəstəkləmişdi. Bu, regionun zəngin potensialının bariz nümunəsidir.

Heidi minalarla örtülmüş sahələrin geniş üzüm bağlarına çevriləcəyi  gələcəyi təsvir edirdi. O, bunu  bir xəyalsevərin ehtirası və bir ananın qətiyyəti ilə"Minalardan Üzümlüklərə" adlandırırdı.  O, təhlükənin olduğu yerlərdə yaşıl üzüm tənəklərini, ümidsizliyin yerində isə ümid toxumlarını təsəvvür edirdi.

"Üzüm tənəyi qədimdən bəri sülhün simvoludur. Üzüm tənəyinin meyvəsi olan üzüm, kişmiş və keyfiyyətli şərab isəbizi ayıran deyil, birləşdirən  ortaq toxumlarımızı təmsil edir" .

Beləliklə, bir ay sonra, özümüzü Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qara rəngli SUV avtomobilinin arxa oturacağında tapdıq. Bakıdan Ağdama doğru dörd saatlıq yolu qət edərkən avtomobil yavaş-yavaş irəliləyirdi. İşimizin ciddiliyi aramızdakı gülüş və pıçıltı ilə bölüşülən etiraflarla yumşalırdı. Bir-birimizin əllərindən bərk-bərk tutmuşduq. İki ana olaraq, qəlbimiz qətiyyətlə dolu idi və övladlarımız haqqında danışırdıq — ortaq insanlığımız yaxınlaşan təhlükənin kölgəsi altında açıq-aşkar görünürdü.

Avtomobilin ön oturacağında BAMF-ın prezidenti Umud Mirzəyev oturmuşdu. Sakit gücü və təvazökar qətiyyəti ilə qarşıdakı səfərimizi  təmin edirdi. Təkcə Azərbaycanda minatəmizləmə səylərini yorulmadan irəlilədən və daha təhlükəsiz bir gələcəyə çağıran bir QHT rəhbəri yox, həm də üzümçü ailədə doğulmuş Qarabağlı idi. Heidi ilə onun arasındakı bağ, ortaq məqsəd və bərpa inancı ilə möhkəmlənmiş və onların hər ikisinin bərpa etməyə can atdığı torpaq qədər davamlı  dostluğa çevrilmişdi.

 Əvvəlki ziyarətlərindən birində, Heidi və Mirzəyev Tərtərdəki BAMF ofislərində birlikdə torpağın üzərində diz çökərək simvolik olaraq bir üzüm tənəyi əkmişdilər. Bu sadə, lakin dərin məna kəsb edən  hərəkət idi — dağıntılardan sonra belə həyatın yenidən başlaya biləcəyinə sözsüz vəd idi. Avtomobilimiz Ağdamın təhlükəli sahələrinə doğru irəlilədikcə, Mirzəyevin sabit və möhkəm duruşu həmin vədin yükünü daşıyırdı.

Qarşımızdaki Ağdam- bir zamanlar canlı bir şəhər mərkəzi indi müharibənin çirkin izlərini üzə çıxarırdı. 1988-ci ildə başlayan və altı il davam edən amansız müharibə nəticəsində erməni qüvvələri ərazinin nəzarətini ələ keçirmiş, 2020-ci ildə isə 44 gün davam edən yeni döyüşlər nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsini geri qaytarmışdı. Ərazidə qalan evlərin qalıqları, sümükləşmiş avtomobillər və boş sahələr müharibənin dağıdıcı təsirinin ürəkağrıdan şahidlərinə çevrilmişdi.

 Lakin bu viran qalmış ərazinin altında Azərbaycanın qədim şərabçılıq ənənələrinin dərin köklərinin dayandığı  tarix  yatır. Ağdam yaxınlığında aparılan arxeoloji qazıntılar, 3,500 il əvvələ aid üzüm toxumları və daşlaşmış gil qablar ortaya çıxarmışdır. Bir zamanlar Azərbaycana məxsus unikal üzüm sortlarının yetişdirildiyi bu torpaqlar, itirilmiş dəyərlərin kədərli  xatırladıcısı olmaqla yanaşı, yenidən çiçəklənə biləcək bir gələcəyin rəmzidir.

Prezident İlham Əliyevin xüsusi nümayəndəsi Elçin Əmirbəyovla apardığım müzakirələr müharibənin dəhşətli təsirlərini göz önünə sərdi. Azərbaycan dünyada ən çox minalanmış beş ölkədən biridir; 1990-cı illərdən bəri yerləşdirilmiş 1.5 milyondan çox mina və partlamamış sursat 12,000 kvadrat kilometr – Azərbaycanın 13%-ni – çirkləndirmişdir. Son 30 il ərzində Azərbaycanda mina qurbanlarının ümumi sayı minlərlə ölçülür və 2020-ci ildən bəri 382  mina qurbanı qeydə alınıb.

"Bu yalnız minalarla bağlı deyil," — deyə o, ciddi səs tonuyla dedi, — "bu, həm də bu bəladan həyatını itirən günahsız insanlar haqqındadır."

Azərbaycan iqtisadiyyatına və ərzaq təhlükəsizliyinə vurulan ən ağır zərbə, hazırda münaqişənin izləri səbəbilə istifadəyə yararsız sayılan geniş və boş torpaqlardan qaynaqlanır. Bu torpaqların 60%-i düzənlik və münbit kənd təsərrüfatı sahələridir. Xarici İşlər Nazirliyinin hesabatına əsasən, "minaların və digər partlamamış hərbi sursatların mövcudluğu torpaq səthini, bitki örtüyünü, suyun sızmasını və axınını ciddi şəkildə pozmuş və dəyərli kənd təsərrüfatı torpaqlarının böyük sahələrini əlçatmaz vəziyyətə gətirmişdir."

Sarcalı kəndində yerləşən ANAMA bazasında, həmin ərazidə minaların təmizlənməsi üzrə ANAMA bölməsinin rəhbəri Xalid Zülfuqarov və BAMF-ın Əməliyyatlar üzrə Meneceri Şahin Allahverdiyev şəhərin yenidən qurulması və regional inkişaf və məskunlaşma mərkəzi kimi bərpası istiqamətində görülən işləri təsvir etdilər.

2024-cü ilin ortalarına qədər 145,700 hektardan çox ərazi təmizlənmiş, 32,581 piyada əleyhinə mina və 19,666 tank əleyhinə mina da daxil olmaqla, 122,000-dən çox partlayıcı maddə zərərsizləşdirilmişdir. Buna baxmayaraq, çirklənmiş ərazilərin cəmi 13%-dən az bir hissəsi təmizlənmişdir ki, bu da qarşıda duran problemin miqyasını açıq şəkildə göstərir.

"Mina təmizləmə səyləri baha başa gəlir və inkişaf etmiş texnologiya, peşəkar işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir," — deyir Mirzəyev. — "Təcili investisiyalar olmadan davam edən ekoloji pozuntular artmağa davam edəcək, biomüxtəlifliyə, təbii ekosistemlərə və bu resurslara arxalanan icmaların dolanışığına təhlükə yaradacaq. Minatəmizləmə işlərini sürətləndirmək yalnız humanitar  zərurət deyil, həm də planetimizin biosferinə daha çox ziyan vurulmasının qarşısını almaq üçün ekoloji  imperativdir."

2021-ci ilin iyun ayında Ermənistandan təqdim olunan mina xəritəsi yalnız Ağdamda 97,000 minaların mövcudluğunu ortaya çıxartmışdı. 2023-cü ildə ANAMA-nın koordinasiyası altında BMT İnkişaf Proqramı (UNDP), BAMF, Mina Məsləhət Qrupu (MAG) və APOPO ilə əməkdaşlıq çərçivəsində mina təhdidini azaltmaq və ərazini məskunlaşdırmaq üçün bir layihəyə start verdi. 2024-cü ildə bu  səylər təkcə Ağdamda təxminən 3,000 minanın zərərsizləşdirilməsinə dəstək oldu.

Ağdamın kimsəsiz genişlikləri boyunca, Nəmirli kəndində çəpərlənmiş bir əraziyə çatdıq. Burada qan qruplarımızı qeyd etdik, standby vəziyyətdə olan təcili yardım maşınlarını ötüb keçdik və münaqişədən qalmış qalıqlarla dolu taxta qutuların qarşısında dayandıq. Elə burada 14 kişi mina təmizləyən işçilə tanış olduq, onlar öz işlərini davam etdirirdilər. Daha sonra BAMF-ın ofislərində 9 qadın minaaxtaranla tanış olduq — bu, təhlükə dolu sahələri ümid mənzərələrinə çevirmək üçün davamlılıq və ortaq əzmin səssiz, amma parlaq nümunəsi idi.

Nəmirli kəndində kiçik, müvəqqəti çadırın altında biz büzüşmüş barmaqlarımızı isidə bilmək üçün qaynar çay stəkanlarını tutarkən, MAG-ın nümayəndəsi Ramin Qədimli öz hekayəsini bölüşürdü. Həm tərcüməçi, həm də şahid kimi çıxış edən Ramin, 2020-ci ildəki altı həftəlik müharibənin  təsirlərindən bəhs etdi. Həmin dövrdə Bakı polisində çalışan və bir çox gəncin əsgər kimi cəbhəyə göndərildiyi İsmayıllı rayonundan olan Ramin, müharibənin amansız nəticələrini birbaşa görmüşdü. "Bir çox dostumu itirdim, digərləri isə ağır yaralandı. O vaxtki xəbərlər fasiləsiz və ürəkağrıdan idi". 

Ramin dedi ki,  MAG-ın dünyanın müxtəlif yerlərində təmizlədiyi ərazilərin əksəriyyəti kənd təsərrüfatı torpaqlarıdır. Bu, mina təmizləmənin yalnız təhlükəsizlik və sağ qalma ilə yox, həm də dolanışıqla bağlı olduğunu xatırlatdı. Gizli partlayıcılardan azad edilən bu sahələr yenidən icmaları qidalandıra bilər, dolanışığı ləyaqətlə və məqsədlə bərpa edə bilər. Təmizlənmiş torpaqlar fermerlərə əkinçiliklə məşğul olmaq, suvarma sistemlərini bərpa etmək və yerli iqtisadiyyatları canlandırmaq imkanı yaradır. Hər  minatəmizlənmə daha güclü ərzaq təhlükəsizliyi və münaqişədən yaralanmış bölgələrdə dayanıqlı inkişaf və davamlı ərzaq sistemləri üçün bir addım deməkdir.

"Global Environmental Change" jurnalında dərc edilmiş bir araşdırmaya görə, post-Sovet dövründə Qafqaz regionunda kənd təsərrüfatı torpaqlarının tərk edilməsinin üçdə biri müharibə ilə əlaqədardır ki, bu da qismən minaların mövcudluğundan qaynaqlanır.

Heidi  Künün xatirələrindən ibarət "Canlanan Torpaq:Minalardan Üzümlüklərə. Bir Qadının Dünyanı qorumaq missiyası" kitabına yazdığı ön sözdə Kraliça Nur minaları "yavaş hərəkətli kütləvi qırğın silahları" kimi təsvir edir. O yazır: "Onlar münaqişə başa çatdıqdan çox sonra da insanların, heyvanların həyatını məhv edir və qiymətli kənd təsərrüfatı torpaqlarını girov saxlayır."

Bu, Dağlıq Qarabağdakı müharibənin mirasıdır.

Heidi ilə mənim onun "sülh izləri" adlandırdığı addımları yenidən izləməyimizdən bir il yarım əvvəl, o, Azərbaycanın Bakı şəhərində Alfred Nobelin şəxsi evində dayanaraq 2023-cü ilin Dünya Ərzaq Mükafatına layiq görüldüyünü rəsmi şəkildə öyrənmişdi. Bu xəbəri almazdan cəmi iki gün əvvəl, Nobel tərəfindən ixtira edilmiş dinamiti dağıntı üçün yox,  Dağlıq Qarabağda altı tank əleyhinə minanı zərərsizləşdirmək üçün istifadə etmişdi. O an tarixi və məqsəd birləşdi: müharibənin simvolu həyata dönüş alətinə çevrildi.

 2023-cü ildə Azərbaycan "Minasız dünya" ideyasını 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq elan etdi və bu cəsur ideyanı BMT-nin 2030-cu il Gündəliyi ilə uzlaşdırdı. Minalar sadəcə münaqişənin qalıqları yox onlar həyatın özünə maneədir, münbit torpaqları əlçatmaz edir və qlobal və yerli icmalar üçün ərzaq təhlükəsizliyinin həyat xəttini kəsir.

Lakin problemin miqyası qlobal hərəkəti tələb edir. Elçin Əmirbəyovun sözlərinə görə, 2020-ci ildən bəri genişmiqyaslı minatəmizləmə səylərinə sərf olunan resursların yalnız 5%-i xarici yardımların payına düşür. Beynəlxalq dəstəyin artırılması, minatəmizləmə əməliyyatlarını sürətləndirmək və 800,000 məcburi köçkünün uzun müddət əvvəl tərk edilmiş evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün təcili şəkildə lazımdır.


Ağdamda, Dağlıq Qarabağda və dünyanın 60 ölkəsində torpağın altında gizlənmiş təxminən 110 milyon minanın qaldığı saysız-hesabsız bölgələrdə bərpa vədini torpağın özü qoruyur, şəfa tapacağı günü gözləyir.

Heidi ilə mən səssiz bir andla bağlanmışdıq: qorxuya qarşı birlikdə dayanmaq, başqalarının cəsarət etmədiyi yerlərdə təhlükəsizlik yolları açmaq və münaqişə ilə susdurulanların səslərini irəliyə daşımaq. Bu, dərhal və dərin bir bağ idi — iki ananın ümidləri ilə qidalanan bir bağ. Torpaq üçün ümid. Övladlarımız üçün ümid. Minaların əvəzində  güclü və möhkəm üzüm tənəklərinin çiçəklənəcəyi bir dünya ümidiylə.




VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 11:28
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

29.05.2025 / 11:22
“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

29.05.2025 / 11:13
"815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub

29.05.2025 / 11:06
BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb - Fond açıqlama yaydı

29.05.2025 / 11:00
Türkiyə mediası Ərdoğanın Laçın səfərindən yazır

29.05.2025 / 10:35
Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:06
Laçına növbəti köç karvanı yola salınıb

29.05.2025 / 09:00
Məhkəmə Trampın tətbiq etdiyi tarifləri qanunsuz hesab edib, onları blokladı

28.05.2025 / 23:48
Həyatın poeziyada əksi - Dilarə Adilgil yazır

28.05.2025 / 23:24
Oskanyan: ”28 May – suverenliyimizim zədələndiyi bayramdır”

28.05.2025 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki səhifələrində Laçın Beynəlxalq Hava Limanının açılışından görüntülər yayımlanıb - VİDEO

28.05.2025 / 22:53
Tramp: “Putinin ABŞ-ı aldatdığı aşkar edilərsə, reaksiya “fərqli” olacaq”

28.05.2025 / 22:52
Rusiya iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqlara hazır olduğunu bildirdi

28.05.2025 / 20:14
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

28.05.2025 / 19:56
“Hakimiyyət dəyişikliyindən sonra Alen Simonyan ancaq Bakıda yaşaya biləcək”

28.05.2025 / 19:40
İvanişvili ABŞ səfiri ilə görüşməkdən imtina etdi

28.05.2025 / 19:27
"1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır" - Ərdoğan

28.05.2025 / 18:38
Zakir Həsənov Yaşar Gülerlə görüşdü...

28.05.2025 / 18:05
Şahbaz Şərif: "Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq"

28.05.2025 / 18:02
Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar - FOTO

28.05.2025 / 18:00
"Tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi" - Pakistanın Baş naziri

28.05.2025 / 17:47
Tramp Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 17:10
"Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" - Prezident

28.05.2025 / 17:06
Prezident Vətən müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirdi

28.05.2025 / 17:04
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi" - Prezident

28.05.2025 / 16:50
Prezident: "Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır"

28.05.2025 / 16:47
"Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir" - Prezident İlham Əliyev

28.05.2025 / 16:36
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - FOTO/VİDEO

28.05.2025 / 16:07
“Kreml Trampın qətiyyətini sınamaqda davam edir”

28.05.2025 / 15:46
Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik və əməkdaşlıq seçim məsələsi deyil, zəruri ehtiyacdır"

28.05.2025 / 15:39
ABŞ Rusiyanın genişmiqyaslı yay hücumuna hazırlaşdığını bildirir

28.05.2025 / 15:26
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 15:23
"Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək" - Ərdoğan

28.05.2025 / 15:16
LGBT-yə görə 17 Aİ ölkəsi Avropa Komissiyasını Macarıstanı cəzalandırmağa çağırdı

28.05.2025 / 15:15
Ermənilərin Respublika günü separatcılara həsr olundu

28.05.2025 / 15:14
"Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var" - Baş nazir

28.05.2025 / 15:05
Şahbaz Şərif: "Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi fəxarət hissi ilə doldurur"

28.05.2025 / 14:55
"Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir" - Pakistanın Baş naziri

28.05.2025 / 14:24
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"

28.05.2025 / 14:20
"Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir" - Prezident

28.05.2025 / 14:15
Prezident: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"

28.05.2025 / 14:12
"Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub" - Prezident İlham Əliyev

28.05.2025 / 14:07
Laçında Prezident İlham Əliyevin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 14:05
"Qafqazın ən gözəl şəhərlərindən biri Zirvə toplantısına ev sahibliyi edir" - Hikmət Hacıyev

28.05.2025 / 13:53
"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun!" - Türkiyə XİN

28.05.2025 / 13:36
Laçında Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

28.05.2025 / 12:51
Lerikdə meşədə çətənə kolları yetişdirən şəxs saxlandı

28.05.2025 / 12:31
Prezident İlham Əliyev və Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar - FOTO

28.05.2025 / 11:16
Prezident İlham Əliyev və Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 11:10
Ərdoğan Laçındadır

28.05.2025 / 11:07
Bu axşam Konfrans Liqasının finalı olacaq

28.05.2025 / 11:00
"Azərbaycan Ordusu 2020-ci ili xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirib"

28.05.2025 / 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

28.05.2025 / 08:44
Xarici ticarətimizdə müsbət saldo hər il azalır - cəmi 651 milyon dollar qaldı...

28.05.2025 / 00:10
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

28.05.2025 / 00:09
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

27.05.2025 / 22:57
Prezident İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

27.05.2025 / 22:55
Tramp:- “Putin odla oynayır!”

27.05.2025 / 22:10
Qəzzada ABŞ-ın dəstəklədiyi yardım fondu fəaliyyətə başladı – Fələstinlilər izlənilmək qorxusundan ehtiyat edirlər

27.05.2025 / 22:07
Dünyanın ən yoxsul 75 ölkəsi Çinə 22 milyard ABŞ dolları həcmində borc ödəyəcək

27.05.2025 / 22:05
Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ Senatı ondan cavab gözləyir

27.05.2025 / 22:04
Çində kimya zavodunda güclü partlayış baş verdi

27.05.2025 / 22:03
“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

27.05.2025 / 21:37
Azərbaycan Ukrayna siyasətini davam etdirəcək - Rusiyanın mümkün reaksiyaları...

27.05.2025 / 21:23
Paşinyan “Azərbaycanla saziş mesajını” başqa ünvanlara yönəltdi...

27.05.2025 / 21:10
Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilir...

27.05.2025 / 20:57
Fransa XİN Azərbaycanı Ermənistanla sazişə çağırdı - absurdun son həddi...

27.05.2025 / 20:44
Pezeşkian Bakıdan sonra İrəvana getmək qərarına gəldi...

27.05.2025 / 20:32
Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır

27.05.2025 / 20:18
İslamofobiyaya qarşı dövlətlərin gücü birləşdiriləcək - Azərbaycan çağırış etdi...

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678