"Yeni Klinika" təyyarə qəzasında yaralananların vəziyyətini açıqladı...
Aktauda təyyarə qəzasında yaralanan bir sərnişin xəstəxanaya baldır sümüyünün açıq qəlpəli sınığı diaqnozu ilə daxil olub. Onun üzərində osteosintez dediyimiz əməliyyata hazırlıq görülür. Çox güman ki, o, sabah əməliyyat olunacaq.
Bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünən saat 19 radələrində Yeni Klinikaya 14 nəfər yerləşdirilib: "Onlar gələndə neyrocərrahi, travmatoloji briqada hazır gözləyirdi və müvafiq şöbələrə yerləşdirildilər. Hazırda yaralılardan biri reanimasiyadadır. Xəsarətlərə əsasən bədənin müxtəlif saylı küt travmaları, bədən cızıqları, yüngül sümük sınıqlar daxildir”, - deyə o qeyd edib.
ZÜMRÜD