KÖHNƏ VERSİYA            

Biləsuvarın bütün şəhidləri "44 gün - Tarixi zəfər" kitablarında yer alacaq... - FOTO

Image

Qəhrəmanlar yurdudur Biləsuvar. Neçə-neçə igid oğlu, cəsur, vətənsevər balası köksünü düşmənə qarşı gərib vətənizimizi müdafiə edib, canından keçib, qanını axıdıb, amma torpaqdan keçməyib. 

Milli Qəhrəman Mübariz İbrahimovu, qəhrəmanlığı dillərdə dastan, könüllərdə yaşayan igid oğulları yetişdirən Biləsuvar Vətən müharibəsində 69 şəhid verib,  antiterror tədbirlərindən sonra şəhidlərin sayı 77 olub. Təbii, Birinci Qarabağ müharibəsində də igid biləsuvarlılar düşmənə qarşı döyüşüb, şücaətlər göstəriblər, sonra onların yolunu oğulları, nəvələri davam etdirib, yarımçıq qalmış  mübarizələrini qələbə ilə tamamlayıblar.

Yağıdan öc aldılar

Torpaqdan güc aldılar.

Biləsuvar oğulları

Düşməndən bac aldılar.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyilə üzü Biləsuvara gedirik. Biləsuvar rayonunda Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı ki­ta­bın I və II cildlərinin təqdimatına tələsirik. Redaksiya əməkdaşları Hikmət Məlikzadə, Vüqar Əsgərov, Sevinc Əsgərova, Kamilə Dilbazi, Nasir Rəsulov və Cəvahir xanım da səfər yoldaşımızdır. Xatirə Kitabı Redaksiyanın gördüyü işlər bənzəri olmayan işlərdir və onun dəyərini heç nə ilə müqayisə etmək olmaz. Nəzakən Məmmədovanın rəhbərliyi ilə bu cəfakeş kollektiv şəhidlərimizin xatirəsini əbədiləşdirmək yolunda işlər görür, hər şəhidə xüsusi yanaşır, hər biri haqda məlumatları həssaslıqla incələyirlər. Çünki bu redaksiya tarix yaradan oğulların tarixini yazıb sənədləşdirir ki, sabah o, təkzibolunmaz məlumat bankı kimi daim istinad yerinə çevirilsin. 

Biləsuvar şəhidlərinin valideynləri yolumuzu Heydər Əliyev Mərkəzində gözləyirdi.  Beləliklə, Tanrının xoş günlərindən birində, martın 15-də Heydər Əliyev Mərkəzində Xatirə Kitabı Redaksiyasının çap etdiyi “44 gün – Tarixi zəfər” adlı ki­ta­bın I və II cildinin təqdimat mərasimi keçirildi. Gözünü həsrətlə yollara dikən şəhid analarının, şəhid atalarının üzündə eyni zamanda bir qürur da cizgilənirdi. Onların lal baxışlarından qulağımıza bir nida süzülürdü: “ Qisasımız qiyamətə qalmadı, xalqımızın qisasını bizim oğullarımız aldı”. Xalqımızın öcünü alıb torpaqlarımızı işğaldan azad edən oğulların ata-anaları da bir qəhrəmandır, çünki o cür cəngavər oğulları ancaq o cür valideynlər yetişdirə bilərdi. Üç rəngli bayrağımız, müqəddəs torpaqlarımız eşqinə canını fəda edən oğulların hamısı əbədi dirilərdir... 

Xatirə Kitabı Redaksiyasının təqim etdiyi “44 gün – Tarixi zəfər” adlı ki­ta­bın I və II cildinin işığına Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətovun, başçının birinci müavini Azər Zülfəliyevin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Biləsuvar rayon şöbəsinin rəsi Rəfail Xəlilovun, rayon ictimaiyyətinin, şəhid ailələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində qeyd edildi ki, Xatirə Kitabı redaksiyasının nəşr etdiyi bu cildliklər şəhidlərimizin xatirəsinə həsr olunan kitab-abidədir.  

“Bu iki cilddə Biləsuvar şəhidlərinin 43 nəfəri barədə məlumatlar öz əksini tapır” 

Tədbiri Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Zülfəliyev açaraq təklif etdi ki, şəhidlərimizin xatrəsini  bir dəqiqəlik sükutla yad edək.  O, həmçinin qeyd etdi ki, bu, şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı növbəti bir tədbirdir. “Dəyərli şəhid valideynləri, mütəmadi olaraq şəhdilərimizin adının ədəbiləşdirilməsi ilə bağlı ölkəmizdə, o cümlədən də rayonumuzda müxtəlif tədbirlər keçirilir. Bu gün burada toplaşmağımızın səbəbi də bununla bağlıdır, biz Xatirə Kitabı Redaksiyasının çap ediyi  “44 gün – Tarixi zəfər” adlı ki­ta­bın I və II cildinin təqdimatına yığışmışıq. Burada Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova iştirak edir. Nəfis tərtib edilən bu cildlərdə 44 günlük Vətən müharibəsində şəhid olan oğullarımız barədə məlumatlar öz əksini tapıb. Bu nəşr ümumilikdə 4 cilddən ibarət olacaq və onun artıq iki cildi sizə təqdim edilir. Təqdim edilən bu iki cilddə Biləsuvar şəhidlərinin 43 nəfəri barədə məlumatlar öz əksini tapır. Digər şəhidlərimiz haqda məlumatlar da növbəti cildlərdə olacaq. Yəni Biləsuvar şəhidlərinin hamısı barədə bu cildlərdə məlumatlar olacaq. Məlum mərhələdə ölkə üzrə şəhid olan bütün əzizlərimiz barədə məlumatlar bu cildlərdə əks olunacaq. Siz heç narahat olmayın” - deyə icra başçısının birinci  müavini   bildirdi.    

A.Zülfəliyev sonra çıxış üçün sözü Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi.

“Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub” 

N.Məmmədova çıxışında “Tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Biləsuvar Rayon İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk. Bugünkü tədbirimizi Azərbaycanın Milli Qəhrəmanı, yenilməz döyüşçü Mübariz İbrahimovun, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzyevin, Vətən Müharibəsi Qəhrəmanları Mahmudov Cavid Hilal oğlunun, Əkbərov Orxan Nadir oğlunun, Babayev Nihad Akif oğlunun, həmçinin, onlarla müxtəlif yüksək təltifli Biləsuvar oğullarının göz açdıqları qəhrəmanlıq yurdunda keçiririk” - deyə bildirdi.

N.Məmmədova məlumat üçün bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. “Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir. Kitabda, əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün

faydalı iş görülür. Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir”-deyə bildirən baş redaktor məlumat verdi ki, Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. N.Məmmədova vurğuladı ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib və bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub.

“Şəhidlər bizim əbədiyyət ünvanımızdır”

“Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı “44 GÜN – TARİXİ ZƏFƏR” adlı çoxcildliyi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Hazırda biz həmin kitabların təqdimatına toplaşmışıq. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür. “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” devizi ilə çıxış edən Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk.

Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar. Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizdir, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.

Bizə Qələbə sevinci yaşadan şəhid oğulları anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim üçün çox xoşdur. Şəhidlər bizim əbədiyyət ünvanımızdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!” - deyə N.Məmmədova çıxışını yekunlaşdırdı.

“Şəhidlərimizin sayının çox olması da vətənpərvərlikdən irəli gəlir” 

SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin müdiri Rəfail Xəlilov da çıxış etdi. R.Xəlilov çıxışında vurğuladı ki, Biləsuvar qəhrəmanlar yurdudur, mübarizlik rəmzidir. “İlk qapımızı açan bizim Milli Qəhrəmanımızdır. Şəhidlərimizin sayının çox olması da vətənpərvərlikdən irəli gəlir.  Biz torpaqlarımızı həmin o igidlər sayəsində geri qaytarmışıq, namusumuzu xilas etmişik” - deyə R.Xəlilov qeyd etdi. 

Yeri gəlmişkən, R.Xəlilov bu məsul vəzifəyə yeni təyin edilib və şəhid ailələrinə də bu tədbir vasitəsilə təqdim edildi. 

“Biləsuvarın qəhrəmanlıqla, şəhidliklə bağlı böyük tarixcəsi var” 

Biləsuvar İcra Hakimiyyəti başçısı Faiq Qürbətov  həmin gün vətəndaş qəbulu keçirdiyi üçün təqdimat mərasiminə sonradan qatıldı, həm çıxış etdi, həm də “44 gün – Tarixi zəfər”in cildlərini şəhid ailələrinə təqdim etdi. F.Qürbətov “Biləsuvara xoş gəldiniz. Bilirəm ki, “44 gün – Tarixi zəfər” kitabı silsilə olacaq, bundan sonra da iki cildi çıxacaq. Növbəti cildlərdə digər şəhidlərimizlə bağlı da məlumatlar olacaq. Biləsuvarın qəhrəmanlıqla, şəhidliklə bağlı böyük tarixcəsi var. Keçən əsrin 90-cı illərindən bugünə kimi Vətən uğrunda canınlarından keçiblər, qəhrəmanlıq göstəriblər, hər zaman əllərində silah istənilən nöqtələrdə xidmətlərini layiqincə aparıblar” - deyə qeyd etdi. 

İcra başçısı bildirdi ki, möhtəşəm Qarabağ zəfəri ilə bağlı bütün   respublikada kitablar yazılır, filmlər çəkilir, xatirə-anım tədbirləri keçirilir, Biləsuvarda da bu cür tədbirlər keçirilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı gördükləri işlərə görə F.Qürbətov Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru N.Məmmədovaya və kollektivə təşəkkür etdi: “Çox sağ olun, zəhmətiniz var, əməyinizi halal edin. Bizim şəhid valideynlərinin özləri bir qəhrəmandır, çünki çoxları Birinci Qarabağ müharibəsində vuruşub, veteran olanlar da var. Onlar həm də ona görə qəhrəmandırlar ki, övladlarını vətənpərvərlik ruhunda tərbiyə ediblər, övladlarını Vətən yolunda qurban veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Sonda “44 gün - Tarixi zəfər”in birinci və ikinci cildləri Faiq Qürbətov, Azər Zülfəliyev, Nəzakət Məmmədova, Rəfail Xəlilov tərəfindən şəhid ailələrinə təqdim edildi. İcra başçısı kitabı Biləsuvar rayonu Əsgərabad kəndində anadan olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi İlkin Abıyevin atası İslam Abıyeva təqdim edərkən “Öz adı da İlkin idi. İlkin həm Biləsuvar rayonun, həm də doğulduğu Əsgərabad kəndinin ilk şəhidi  oldu. O, sentyabrın 27-də, müharibə başlayan gün şəhid olmuşdu. Biz şəhidimizin dəfn mərasimində iştirak etdik” - deyə bildirdi. 

Tədbir sonrası biz də bir neçə şəhid ailəsindən müsahibə götürdük və qəzetimizin növbəti saylarında sıra ilə o müsahibələri təqdim edəcəyik.  

Biləsuvardan ayrılıb, Nefçalanın Həsənabad qəsəbəsinə, Vətən Müharibəsi Qəhrəmanı Camal Vidadi oğlu İsmayılovun anası Filarə İsmayılovanı  ziyarətə getdik. Filarə ana ilə görüşümüz başqa bir yazının mövzusu olduğu üçün bu barədə növbəti saylarımızdan birində söhbət açacağıq...

Bütün şəhidlərin ata-anaları bir-birinə oxşayır, gözləri ağlasa da, ürəkləri dağlansa da, yenə də qamətlərini şax tuturlar, yenə də əzəmətli görsənirlər. Ürəklərində oğul yarası, sinələrində oğul dağı yaşadan qəhrəman ata və analar cəsurluğun canlı simvollarıdır. Şəhid ailələri bütün görüşlərimizdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün gecələrini gündüzlərinə qatıb vətən oğullarının sorağı ilə kəndləri, şəhərləri qarış-qarış gəzən Respublika Xatirə Kitabının kollektivinə, bütün bu möhtəşəm işə rəhbərlik edən baş redaktor Nəzakət Məmmədovaya  xüsusi təşəkkür edirlər ki, bu kollektiv onların övladlarının əbədi yaşaması üçün bu qədər nəhəng işlər görür...

İradə SARIYEVA
Biləsuvar-Bakı








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

SON XƏBƏRLƏR

28.12.2024 | 18:15
Milli təhsil proqramlarında süni intellekt və media-informasiya savadlılığı...

28.12.2024 | 18:01
Bu qiymətlərə satılan alkoqollu içkilər təhlükəlidir - cərimə olunacaqlar...

28.12.2024 | 17:48
Təyyarə qəzasının araşdırılmasına Türkiyə uzmanları da qarışdı...

28.12.2024 | 17:35
“İşsiz və faydasız bələdiyyələrə” daha bir şans açıldı...

28.12.2024 | 17:22
Rusiya məmuru açıq dedi ki, təyyarə qəzasını şərh etməyəcəyik - niyə?

28.12.2024 | 17:16
Almaniyanın Putinin “Oreshnik” raketlərilə bağlı məxfi hesabatı yayıldı - “Patriot” da qarşısını ala bilməyəcək...

28.12.2024 | 17:10
Vardanyanın cinayət işi məhkəməyə göndərildi

28.12.2024 | 17:00
Ukrayna Rusiyanın döyüşlərdə iştirakını inkar etdiyi Şimali Koreya əsgərlərindən birini Kurskda əsir aldı...

28.12.2024 | 16:55
"Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fiziki-texniki müdaxilə faktını təsbit edib" - Prezident İlham Əliyev

28.12.2024 | 16:53
Prezident İlham Əliyev və Putin AZAL-ın təyyarəsinin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər

28.12.2024 | 16:44
Putin Prezident İlham Əliyevdən üzr istədi

28.12.2024 | 16:37
Sosial şəbəkələrdə “Rusiya, Azərbaycandan üzr istə” kampaniyası başlayıb...

28.12.2024 | 16:29
Kuklaçıların bayram sovqatı

28.12.2024 | 16:28
XİN: "Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir"

28.12.2024 | 16:26
"Təyyarə qəzasının əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır" - Baş prokuror

28.12.2024 | 16:20
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib" - XİN

28.12.2024 | 16:03
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

28.12.2024 | 15:27
İşə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə dələduzluq edən şəxs yaxalandı

28.12.2024 | 15:05
Bəşər Əsədin əmisinin gəlini və qızı saxta pasportla qaçarkən Livanda yaxalandı...

28.12.2024 | 15:03
Minsk Qrupunu saxlamaq cəhdi gülünc bir hərəkətdir - Ramilə Dadaşova yazır...

28.12.2024 | 14:47
Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edir

28.12.2024 | 14:29
Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım etdi - FOTO

28.12.2024 | 14:12
“TikTok”da oyunlar təşkil edən şəxs 20 sutka inzibati həbs olundu

28.12.2024 | 13:58
Külli miqdarda dövlət vəsaitini talayan mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi

28.12.2024 | 13:45
MEDİA onlayn və çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqladı - FOTO

28.12.2024 | 13:34
26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

28.12.2024 | 13:18
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi - SƏRƏNCAM

28.12.2024 | 12:56
Yanvarın 1-dən maaşlar 400 manatdan az ola bilməz - Nazirlik işəgötürənlərə müraciət etdi

28.12.2024 | 12:43
Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

28.12.2024 | 12:30
Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...

28.12.2024 | 11:20
Biləsuvarda narkotika "alverçiləri" saxlanılıblar

28.12.2024 | 11:15
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28.12.2024 | 11:05
İsrail Qəzzada minaları kamikadze maşınlarla təmizləyir

28.12.2024 | 11:00
Bu gün Naxçıvanın bir neçə kəndində işıq olmayacaq

28.12.2024 | 10:30
“ASAN xidmət” və “ASAN kommunal” bu günlərdə işləməyəcək - əhaliyə xəbərdarlıq

28.12.2024 | 10:20
Çin və İran XİN rəhbərləri görüşüblər

28.12.2024 | 10:15
Rusiya hava məkanı çöküşdə - Kazan aeroportu da fəaliyyətini dayandırdı

28.12.2024 | 10:08
Bayram günlərində bu qaydalara əməl edək - Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

28.12.2024 | 10:00
Pasportunu yandırdı, 5 il həbs cəzası aldı - Rusiyada "müğənni ovu" davam edir..

28.12.2024 | 09:34
Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - FOTO/YENİLƏNDİ

28.12.2024 | 09:30
İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır

28.12.2024 | 09:25
Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...

28.12.2024 | 09:20
"Fənərbağça" və "Barselona"dan məğlubiyyət

28.12.2024 | 09:10
Fransa portalı azərbaycanlı pilotlardan yazdı - "həqiqi möcüzə göstərdilər"

28.12.2024 | 09:05
Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...

28.12.2024 | 09:00
Kürdəmirdə 2 avtomobil toqquşub, bir sürücü ölüb

28.12.2024 | 08:41
Ünvanlı yardımın məbləği və yardım alanların sayı çoxaldı...

27.12.2024 | 23:11
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov təyyarəmizin necə vurulduğunu bilir...

27.12.2024 | 22:53
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

27.12.2024 | 22:40
Türkiyə Azərbaycana təyyarə faciəsinin araşdırılması üçün nümayəndə heyəti göndərdi

27.12.2024 | 22:27
Türkiyə səfirliyinin nümayəndələri təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

27.12.2024 | 21:50
Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

27.12.2024 | 21:23
Mexaniki qaz sayğaclarının yenidən qaytarılmasında marağı olanlar var...

27.12.2024 | 21:09
Putin "30 milyon(?) Suriya kürdünə dövlət" istəyir...

27.12.2024 | 20:54
“Arsax erməni qartalı” - saxta xalçaşünaslığa yeni ornament uydurdular...

27.12.2024 | 20:40
Zelenski Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 20:39
Əsədin tör-töküntüləri Suriyanı İraqın gününə salmağı hədəfləyir...

27.12.2024 | 20:25
Britaniya Əsma Əsədin Suriyada qanlı cinayətlərinin ortağına çevrilə bilər...

27.12.2024 | 20:15
Təyyarə qəzasında həlak olan digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək

27.12.2024 | 20:12
Bakı 2020-ci il helikopter səhvinə görə üzr istəmişdi, indi eyni hərəkəti Moskvadan gözləyir...

27.12.2024 | 20:03
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirildi - FOTO

27.12.2024 | 19:58
ATƏT-in Minsk qrupu sülhə qarşı daha ciddi əngələ çevrildi...

27.12.2024 | 19:45
Tramp Baydenin son qərarlarını ləğv edəcək - "Monro doktrinasına" qayıdış...

27.12.2024 | 19:31
Əkin sahələrini kəsib pambığa veririk - pambıq isə hər il azalır, niyə?

27.12.2024 | 19:17
İrəvanda Paşinyan-kilsə ssenarisi yenidən başladı - keşiş Baqrat yeni rolda...

27.12.2024 | 19:04
Paşinyan müharibə qızışdıran katolikosu 2-ci dəfə İTV efirinə buraxmadı...

27.12.2024 | 18:51
Bakıda saxta estetik cərrah əməliyyatı - Səhiyyə Nazirliyinin şöbə müdiri həbs olundu...

27.12.2024 | 18:47
Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...

27.12.2024 | 18:33
Rusiya ən yüksək səviyyələrdə Ukrayna ilə gələn il sülh danışıqlarına hazırlaşır - rəsmi...

27.12.2024 | 18:20
Xaricdən Azərbaycana pul köçürmələri az qala 1 milyard azaldı...

27.12.2024 | 18:15
Rəşad Nəbiyev qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyanın iddiasını rədd etdi - partlayış səsləri kənardan gəlib...

27.12.2024 | 18:06
Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

27.12.2024 | 17:56
İordaniya Kralı Prezident İlham Əliyevə başsağlığı verib

27.12.2024 | 17:53
Makronun Ukrayna mövzusunda Rusiya ilə separatçı xəyanətini açdılar...

27.12.2024 | 17:47
"Yeni Klinika" təyyarə qəzasında yaralananların vəziyyətini açıqladı...

27.12.2024 | 17:46
Nazirlik saxta estetik cərrahlarla bağlı hərəkətə keçdi - Xüsusi Təftiş Komissiyası yaradıldı, sənədlər yoxlanacaq...

27.12.2024 | 17:34
Azərbaycanın dəmiryol daşımaları xeyli azalıb - halbuki şərtlər dəyişməyib...

27.12.2024 | 17:33
"Minalardan Üzümlüklərə: Müharibədən Sonra Azərbaycanda Bərpa Səyləri"-Forbes Yazır...

27.12.2024 | 17:30
Sahibə Qafarova Qazaxıstan parlamentinin sədri ilə danışdı...

27.12.2024 | 17:25
"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031