Şahbaz Şərif yenidən Pakistanın baş naziri seçildi...
Fevralın 8-də Pakistanda keçirilən seçkidə keçmiş baş nazir İmran Xanın dəstəklədiyi müstəqil namizdlər 266 yerlik Milli Assambleyada 92, «Pakistan Müsəlman Liqası (N)” partiyası isə 79 mandat qazanaraq seçkidə ikinci olub.
Heç bir partiyanın hökumət qurmaq üçün lazım olan 134 mandatı qazana bilmədiyi ölkədə «Pakistan Müsəlman Liqası (N)” və Pakistan Xalq Partiyası (PPP) koalisiya hökuməti qurmağa razılaşıb.
Yeni baş nazir yeni parlamentin formalaşmasından təxminən üç həftə sonra elan edilib. Pakistan parlamentində bu gün keçirilən seçkilərdə keçmiş baş nazir, «Pakistan Müsəlman Liqası (N)” lideri Şahbaz Şərif yenidən baş nazir seçilib.
72 yaşlı Şərif parlamentdə keçirilən səsvermədə 201 səslə ölkənin 24-cü baş naziri olub. İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) namizədi Ömər Əyyub Xan isə 92 səs toplayıb.
Şahbaz Şərif - keçmiş baş nazir Nəvaz Şərifin kiçik qardaşıdır. İndi o, hökumət formalaşdırımalıdır.
TAHİR