Azərbaycan - Ermənistan saziş layihəsininin 2 ən mübahisəli maddəsi açıqlandı....
Təbii ki, Azərbaycanın razılaşacağı təqdirdə iki maddə belə ola bilər. Maddələr barədə açıqlamanı Ermənistan XİN- in müavini Ruben Rubinyan verib.O deyib ki, saziş layihəsinin bir maddəsində yazılır ki, tərəflər bir- birinin ərazi bütövlüyünü tanıyır və gələcəkdə də heç bir ərazi iddiası ilə çıxış etməyəcək, digər maddədə isə göstərilir ki, daxili qanunvericilik bu sazişin müddəalarının icra edilməməsinə əsas ola bilməz.
Hələlik açıqlanmış bu maddələrə Azərbaycanın rəsmi mövqeyinin necə olduğunu və olacağını söyləmək tezdir. Lakin əgər Ermənistan bu iki maddənin Sazişə öz konstitusiyasını və qanunvericilik aktlarını dəyişdirmədən daxil edilməsini nəzərdə tutursa, təbii ki, Azərbaycan bununla razılaşa bilməz. Çünki eyni vaxtda saziş və qanunvericilikdə ərazi iddialarına əsas verən müddəaların qüvvədə saxlanması məntiqsizlikdir.
Nahid Salayev