Xankəndi seçkilərə tam hazırdır
Xankəndi şəhəri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə tam hazırdır.
Trend xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsi üzrə 14 və 15 saylı seçki məntəqələrində bütün hazırlıq işləri tamamlanıb.
122 saylı dairədə 15 məntəqə fəaliyyət göstərir. Onlardan ikisi Xankəndi şəhərində, digər 13-ü isə ölkənin digər bölgələrində yerləşir. Bütün məntəqələr, o cümlədən Xankəndi şəhərindəki 14 və 15 saylı məntəqələrdə azad və demokratik səsvermə uçün zəruri şərait mövcuddur.