Bu gün Mixail Saakaşvilinin məhkəməsi keçiriləcək
Bu gün Gürcüstanın eks prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. İclasda dövlət ittihamçısının dəvət etdiyi şahidlər dinləniləcək. Məlumata görə, üçüncü Prezident iclasa müalicə aldığı klinikadan onlayn qoşulacaq.
Məhkəmə iclasına paralel olaraq müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri və tərəfdarları Saakaşvilinin azad olunması tələbi ilə şəhər məhkəməsinin qarşısında aksiya keçirəcəklər.
Xatırladaq ki, 2021-ci il sentyabr ayının sonunda gizli yollarla Ukraynadan Gürcüstana qayıtmış Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.
Mətləb