Şahzadə Diananın paltarı fantastik qiymətə satıldı!
Nüfuzlu “The Standard” nəşrinin yazdığına görə, şahzadə Diananın paltarı “Julien’s Auctions” hərracında indiyədək satışa çıxarılan lotların tarixində ən rekord qiymətə satılıb.
Söhbət şahzadə Uilyam və Harri qardaşlarının anasının “Jacques Azagury” brendinə məxsus olan göy rəngli və ulduz şəklində işləmələri olan qara məxməri paltarından gedir. Şahzadə bu paltarı ilk dəfə 1985-ci ildə İtaliya turu zamanı, daha sonra isə 1986-cı ildə Vankuverdəki simfonik orkestrin konsertinə geyinib. İlkin olaraq, paltar 100 min dollar dəyərində qiymətləndirilib, lakin yekun nəticədə hərracda 11 dəfə baha – 1,1 milyona satılıb.
Qeyd edək ki, lotun sahibinin adı açıqlanmayıb. Sözügedən paltardan başqa, hərracda Diananın qarderobundakı başqa əşyalar və əşyalar da satın alınıb.
Mətləb