Azərbaycan yerli elektrobusların istehsalına başlayır...
Bu il Azərbaycanda yerli elektrobus istehsalı başlanacaq. Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Şəhər avtobus parkını elektrobuslarla əvəzləmək prosesi də başlamışdır. Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq. Yəni, işlər gedir. Mənə verilən məlumata görə, oktyabr-noyabr aylarında Azərbaycanda istehsal olunan birinci elektrik avtobuslar istifadə ediləcək və bu da şəhərimizin havasına çox müsbət təsir göstərəcək. Çünki biz bilirik ki, havanı çirkləndirən ən böyük mənbə nəqliyyat vasitələridir, xüsusilə böyük maşınlar", - deyə dövlətimizin başçısı vurğulayıb.