KÖHNƏ VERSİYA            

Kamalə Abiyevanın qələbəsi - FOTO

Image

Və ya Kamalə Abiyevanın imza günü 

“İrəvanda diz qoysam”, “41”-Astara şəhidləri, “21”-Bakı şəhidləri, “O adam”, “Torpaq”... Bu kitabların hər birinin adları kimi, orada əks olunmuş tale və məzmunları da tam fərqli idi. Onu sevdirən, tanışlığımıza səbəb “Bakı haqqında nağıl” olmuşdu. Fərqli üslubu ilə seçilən Eyyub Yaqubovun ifasında bəstəkar Aygün Səmədzadənin bəstələdiyi mahnını dinləyərkən keçirdiyim hisslər sözlərin müəllifini sevdirmişdi mənə. Adətən, ailəmizlə yayı bağda keçirərdik və Abşeron qumluqlarında, yarımsəhralıqlara xas o qədər də hündür olmayan ağaclar, şanısı ilə məşhur torpaqda “yatan” meynələr, Xəzərin səsi, gilavar və xəzrinin uğultusu, dünya tarixində bir çox ilklərə imza qoymuş neft və onun mədənləri, həmin məkanların özünəməxsus qoxusu və daha nələr, nələr...qəribə duyğular yaşadardı. Bakı və onun bağlarını bu cür təsvir etmək üçün o torpağı, o qumluqları, o neft qoxusunu sevmək lazım idi... Bu təsvir şairənin Vətən sevigisinin bariz nümunəsi idi. Şairənin Xəzərin səsini “laylay”a bənzədən, meynəliklərin qumluqlardakı xışıltısına “qum üstündə şanılartək xumarlanan dincliyimsən” söyləyən, xəzri ilə gilavarın şıltaqlıqlarının gətirdiyi neft qoxusunu “Saçlarıma sığal çəkən neft ətirli küləklər” kimi ifadə edən, İçərişəhərin Qoşa Qala Qapısını şəhərin gözlərinə bənzədən bu şeiri Bakı haqqında olan nəğmələrdən bu cür özünəməxsusluqları ilə seçilirdi.Onun yaradıcılığını o vaxtdan izləyirdim, imza günlərində, kitab təqdimatlarında iştirak edirdim. Növbəti imza gününə də sevə-sevə getdim.

06 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Kamalə Abiyevanın Bakı şəhidlərinin xatirəsinə yazdığı “21” esselər toplusu və “O adam” şeirlər kitabının təqdimatı və imza günü keçirildi. Adıçəkilən sənət məbədində yarandığı gündən adları təkcə Azərbaycan ədəbiyyatı tarixində deyil, ictimai-siyasi həyatda da silinməz izlər qoymuş şəxslərin iştirakı olan tədbirlərdən həmin görüşün fərqi onda idi ki, 44 günlük müharibədə şəhid olmuş qəhrəmanların valideynləri də iştirak edirdilər. Şairənin poetik dünyasını özündə əks etdirən şeirləri ilə birgə onun Vətən azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr edilmiş kitabları da oxuculara təqdim olunmuşdu.

AYB-nin sədr müavini, MŞ-nın sədri, yazıçı, şair, jurnalist Rəşad Məcidin aparıcılığı ilə keçən tədbir iştirakçıların ömrünə unudulmaz saatlar yazdı. Tədbirin əvvəlində Rəşad Məcid Kamalə xanıma AYB-nin təbrik məktubunu təqdim etdi. Füzuli  rayon Mahmudlu-2 kənd məktəbinin direktor müavini Narınc Məmmədova yaradıcılığında vətənpərvərlik mövzusunun xüsusi yer tutduğunu vurğulayaraq “Dəmir yumruq Alfa-A” cəmiyyətinin Azərbaycana, dövlətinə layiqli xidmətinə görə fəxri diplomunu təqdim etdi. Çıxış edənlər MM deputatı,ictimai xadim, şair, jurnalist Elçin Mirzəbəyli, F.e.d. Esmira Fuad, f.e.d.prof. Vaqif Yusifli, AYB-nin katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu, yazıçı, şair, tərcüməçi Aysel Əlizadə, Xalq artisti bəstəkar Aygün Səmədzadə, şair, yazıçı Şövkət Horovlu,  filologiya üzrə fəlsəfə doktoru , yazıçı, tərcüməçi Kamran Nəzirli, pedaqogika üzrə fəlsəfə doktoru, jurnalist Zemfira Məhərrəmli,  istedadlı bəstəkar, pianoçu Pikə Axundova, dos. Allahverdi Eminov , şair Ağacəfər Həsənli, “Qarabağ qaziləri” İB-nin sədr müavini Fəzail Əsədov Kamalə Abiyevanın yaradıcılığının müxtəlif yüksək bədii-ədəbi xüsusiyyətlərini, fərqliliyini vurğuladılar. Şair, “Xatirə kitabı”nın baş redaktoru Nəzakət Məmmədova  ədəbiyyatda öz sözünü demiş, oxucuların sevimlisi, bütün fəxri adalrar layiq olan, “ruh ekizim” adlandırdığı Kamalə xanımına yaradıcılıq uğurları arzulayaraq çıxışlara yekun vurdu. 

İmza günündə istedadlı söz sahibinin qələm dostları, jurnalistlər Əbülfət Mədətoğlu, Qulu Ağsəs, İbrahim Yusifoğlu, Maşallah Məftun, Əntiqə Qonaq, Mahcamal, Təranə Məmməd, Şəmsiyyə Kərimova, Nüşabə Mirzəbəyli, Vəsimə Qarayeva, Gülşən Rafiqqızı, eləcə də çox sayda oxucular iştirak edirdi.

Pedaqoq Kamalə xanımın şəhidlərin həyatlarını təsvir edən yazıları böyüməkdə olan nəsildə, tədris müəssisələrində himnə çevrilmiş “Məktəb illəri” mahnısı ilə böyüyən gənclərdə Vətən, şəhid, torpaq məfhumlarına sevgi oyadır. Xalqa qələbə hissini yaşatmaq üçün canlarını qurban verən şəhidlər barədə kitablar şairənin daxili aləminin yalnız poetik dünyasını deyil, Vətən sevdalı duyğularını özündə əks etdirir. Üstəlik, igid oğulların ailələrinin duyğularını kağıza köçürməyin heç də asan olmadığı nəzərə alınsa, Azərbaycanın hər bölgəsində şəhidlər xiyabanlarında uyuyan qəhrəmanların taleləri, döyüşlər haqqında yazmağın necə mənəvi qüvvə, dözüm tələb etdiyini anlamaq çətin deyil. 

Diqqətimi çəkən məqamlardan biri də tədbirdə şəhid ailələrinin yaşadığı xoş duyğular, onların təşəkkür dolu baxışları, sözləri idi. Onlara mənəvi dayaq olmağı bacarmaq Kamalə Abiyeva istedadının qələbəsidir. Mən ona söz dünyasında beləcə qalib olmağı arzulayıram.

Təbəssüm Muxtarova

Filologiya üzrə fəlsəfə doktoru 








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

24.01.2025 | 11:48
Astarada 9 kiloqram narkotik dövriyyədən çıxarıldı

24.01.2025 | 11:30
İstanbulda mikroavtobus aşıb, 3 nəfər ölüb

24.01.2025 | 11:20
Bu qəsəbədə 2 əl qumbarası və partladıcılar tapıldı

24.01.2025 | 11:10
Nazirlik əməkdaşları özəl klinikada müqavimətlə üzləşdi- AÇIQLAMA

24.01.2025 | 11:05
Bir gündə 70 cinayətin üstü açılıb

24.01.2025 | 11:03
Lavrov - Mirzoyan dueli nə ilə bitdi? Qəribə oyunlar! - CANLI

24.01.2025 | 11:00
"Qarabağ" uduzdu, UEFA reytinqində mövqeyimiz dəyişmədi...

24.01.2025 | 10:30
Qazaxıstanda 4 terrorçu yaxalandı

24.01.2025 | 10:15
Tramp İrana "ilişdi" - "bu proses dünyanı fəlakətə sürükləyəcək"

24.01.2025 | 10:10
3 qızı öldürən şəxsə 52 il cəza verildi - Britaniya məhkəməsindən QƏRAR!

24.01.2025 | 10:05
Terror hücumu nəticəsində bir türk əsgəri şəhid olub

24.01.2025 | 10:00
Mərkəzi Kəşfiyyat İdarəsinə yeni direktor təyin edildi

24.01.2025 | 09:42
21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

24.01.2025 | 09:30
Şimali Koreya Rusiyaya əlavə qoşunlar göndərir - kəşfiyyat AÇIQLAMASI

24.01.2025 | 09:25
"TələbəPlus"dan sonra "TəhsilPlus" da gəldi - nə faydası olacaq...

24.01.2025 | 09:20
Bakıda kiberdələduzluq edən "şirkət rəhbəri" yaxalanıb

24.01.2025 | 09:10
Türkiyədə qalmaqallı menecer saxlanıldı

24.01.2025 | 09:05
Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq - Tramp göstəriş verdi!

24.01.2025 | 09:00
Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

24.01.2025 | 08:37
Aliment fondu yaradılır - boşanmalara son, ya təkan?

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031