KÖHNƏ VERSİYA            

Ermənistanın Suriyada terror dayaqları məhv oldu, İrəvan muzdlu dəstələrin köməyini itirdi...

Image

Erməni terrorçu və muzdlu dəstələrinin əsas dayaq məntəqələrindin birinin Suriya olduğu heç kimə sirr deyildi. Elə İkinci Qarabağ müharibəsi zamanı da Suriyadan Ermənistan xeyli sayda terrorçu dəstəni Azərbaycan ordusuna qarşı cəlb etmişdi. Amma bu gün Suriyada baş verənlər fonunda burada erməni terrorçularının da mövqeyinin sarsıldığı müşahidə edilir.

Məsələnin maraqlı tərəflərindən biri də odur ki, Ermənistan artıq Suriya ermənilərinə belə demək olarsa, yaxın durmaq istəmir. Sadəcə, Hələbdəki təxminən 15.000 nəfərlik erməni icmasının hər bir ailəsi Kilikiya Katolikosunun dəstəyi ilə Berio Yeparxiyasından 35 dollar yardım alıb.  Erməni mediasının yazdığına görə, Hələbin digər sakinləri kimi erənilər də  2 həftədir işsiz qalıblar, bu insanların sadəcə olaraq ərzaq almaq imkanı yoxdur. Ölkədə qeydə alınan yüksək  inflyasiya sosial vəziyyəti daha da ağırlaşdırıb. Berio Erməni Yeparxiyasının sözçüsü Mariya Qabrielyan izah edir ki, bir çox insanlar əvvəllər gündəlik fəhlə kimi işləyir və yaşayırdılar, lakin indi ölkədə yaranmış xaotik vəziyyətə görə onların pul qazanmaq imkanları yoxdur. Sexlər yeni açılmağa başlayıb, lakin məlum səbəblərdən hələ ki, sifariş yoxdur. Berio Yeparxiyasının spikeri onların dəstəyinin çox az olduğunu, bunun bir neçə günə ancaq yetəcəyini etiraf edərək, Ermənistan hökumətindən hər hansı dəstək olmadığını bildirir: “İstərdik ki, Ermənistan hökumətindən Suriya ermənilərinə hansı üsullarla dəstək verə biləcəklərini soruşasınız, biz bunu öyrənmək istəyirik. Hələlik isə heç nə yoxdur”. Qabrielyan indiyədək Ermənistan hökumətindən maliyyə dəstəyi almadıqlarını qeyd edib: “Suriyada iki həftəlik dramatik hadisələr zamanı Ermənistan hökuməti hər hansı formada erməni icmasına dəstək verməyib”. Ermənistanın diaspor komissarı Zareh Sinanyan “Azatutyan”a bildirib ki, hadisələr o qədər sürətlə inkişaf edib ki, reaksiya vermək imkanı olmayıb: “Hökumətin nəyisə edə bildiyi və etmədiyi müzakirə mövzusu  deyil, vəziyyət çox sürətlə inkişaf edir, axıcıdır və hökumətin hamı kimi real reaksiya vermək şansı belə olmayıb”. Diaspor komissarı deyir ki, məsələn, Hələbdən Dəməşqə qaçan 14 ailəyə dekabrın 14-də Dəməşqdən İrəvana getmək üçün bilet alınıb, lakin silahlılar Suriyanın paytaxtını ələ keçirdikdən sonra vəziyyət dəyişib. Sinanyanın sözlərinə görə, aviaşirkət dekabrın 14-ə olan Dəməşq-İrəvan reysini hələ də ləğv etməyib: "Bizi təəccübləndirən haldır ki, hazırda ən azı rəqəmsal olaraq, uçuşun baş tutacağı görünür". Diaspor komissarı deyir ki, həmin uçuşdan 24 saat əvvəl və sonra məlum olacaq ki, Hələb və Dəməşqdə hansı əhval-ruhiyyə var, insanlar Ermənistana köçmək istəyir, ya yox. Hər halda Sinanyan əmin edir ki, son günlər Ermənistanın Livandakı səfirliyinin qaynar xəttinə zəng edən suriyalı ermənilərin sayı kəskin şəkildə azalıb, insanlar əsasən ölkəni tərk etmək, Ermənistan pasportları və vətəndaşlığı ilə bağlı suallarla müraciət edirlər. Amma Berio Erməni Yeparxiyasının spikeri təkid edir ki, Ermənistana köçmək istəyən ailələr var: “Əlbəttə, qorxu və qeyri-müəyyənlik mühitində yaşamaq istəməyən ailələr olacaq. Bildiyimə görə, getmək istəyən insanlar biletləri şəxsi vəsaitləri ilə təmin ediblər”. Erməni icması üçün yaranmış vəziyyətdə Ermənistanın Suriyadakı səfiri və konsulunun ölkəni tərk edərək Beyruta köçməsi də tənqidlə qarşılanır. Zareh Sinanyan bu suala cavab verməkdə çətinlik çəkir və qeyd edir ki, o, bu qərarın qəbulunda iştirak etməyib: “Bilmirəm, yaraqlıların şəhərə daxil olarkən bəzi ölkələrin diplomatik heyətini hədəfə alması riski olubmu, məndə belə bir məlumat yoxdur”.

Həm diaspor komissarı, həm də Berio Yeparxiyasının mətbuat katibi  erməni icmasında panikanın olduğunu qeyd edirlər. İnsanlar qeyri-müəyyənlik içində onları hansı gələcəyin gözlədiyini anlamaq istəyirlər. Bunlar fonunda Ermənistanın Suriyada dayaqlarının sarsılması da diqqətdən yayınmır. Əsəd rejiminin devrilməsi ilə Ermənistan Suriyadakı dayaqlarını itirdi. Suriya həm də erməni terror təşkilatlarının, erməni hərbi batalyonlarının fəallıq göstərdiyi coğrafiya idi. Bu terrorçuların Əsəd rejimi, Suriya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi vardı. 90 mindən çox Suriya ermənisinin Azərbaycanın o vaxtkı işğal altında olan ərazilərində məqsədli şəkildə məskunlaşdırılması, bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi cəhdi müharibə cinayətinin tərkib hissəsi idi. Paşinyan isə populistcəsinə seçkilərdə Əsədi qələbə münasibətilə təbrik edərkən israrla Əsədin səylərinin on ildən çox vətəndaş müharibəsinin davam etdiyi Suriyada sülhün bərqərar edilməsi və dialoqun başlanmasına yönəldiyini deyərək onların ölkədə böhranın aradan qaldırılmasına kömək edəcəyinə ümidini ifadə edirdi. Ermənistan hərbçilərinin minatəmizləmə adı altında Hələbdə xidməti açıq şəkildə Əsəd rejiminə dəstək məqsədi daşıyırdı: "Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək göstərirdi. Bəşər Əsəd rejimi həm də ermənipərəst mövqeyi ilə fərqlənirdi. Suriyanın İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış etməsi, Ermənistanla bağlı qətnamələrə mane olmaq cəhdləri unudulmayıb. Məsələ burasındadır ki, özünü qərbpərəst kimi təqdim etməyə çalışan Paşinyan hakimiyyəti Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq etməklə riyakarlıqdan əl çəkmir. Ancaq Əsəd rejiminin çökməsi Ermənistan üçün zərbə oldu. Könül Nurullsyeva deyib ki, Suriyada Əsəd rejiminin çökməsi Dəməşqlə bütün rəsmi münasibətlərə təsir edib: "Rəsmi Bakı Suriya dövlətinin ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir. Ankaranın prosesdə aktiv rol oynaması isə Suriyada sabitlik dövrünün başlayacağına ümidləri artırır. Elə prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Rəsmi Bakı qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib”.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031