KÖHNƏ VERSİYA            

Gələcəyi yaradan lider

Image

Bütün xalqların tarixində ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti var. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də, bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir. Belə bir monolit güc o zamanadək qeyri-mümkün görünən bütün sədləri aşır, çıxılmazlıqdan xilas yollarını tapır, cəmiyyətin və dövlətin varlığını təhdid edən ən böyük təhlükəni bir an içində böyük məsafəyə uzaqlaşdıra bilir. Dövrümüzün ictimai-siyasi reallıqları, geosiyasi məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl bir məntiqdən – Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir.

1993-cü ildən bəri ötən hər il Heydər Əliyev zəkasının böyüklüyünü, müdrikliyini və möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu bir daha nümayiş etdirir.

Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn, Birinci Dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə ən çətin sınaq məqamında öz ümidini Türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı və məhz onun şəxsiyyəti üzərində səfərbər olan ümummilli mübarizə əzmi Türkiyəni qələbəyə apardı.

İkinci Dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübarizə ruhu Uinston Çörçilin şəxsiyyəti üzərində öz təcəssümünü tapdı. Yenə də İkinci Dünya müharibəsində işğal altında qalan fransız xalqının azadlıq mübarizəsinin nüvəsində Şarl de Qoll şəxsiyyəti dayandı.

1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi-siyasi vəziyyət sadaladığımız hadisələr qədər gərgin və təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Heydər Əliyevə nəsib oldu. 

Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu ikiqütblü qlobal siyasi sistem özü dağılmışdı. Dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq və öz dövlət müstəqilliyini əldə etmək arzuları ilə o zamanadək dünya siyasətində aparıcı rol oynayan güc sahiblərinin məqsədləri bir-birinə tərs mütənasib idi. Böyük güc sahibləri üçün dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaq və ya mübarizə aparmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi. Bir tərəfdən, xalqların azadlıq ideallarını, onların müstəqilliyə qovuşmaq arzularını təqdir edərək onların demokratik dünya birliyinə can atmasını alqışlasalar da, digər tərəfdən gündən-günə sayı çoxalan milli dövlətləri öz təsir dairələrində saxlamağın çətin olacağını bilərək böyük dövlətlər bu prosesləri dəstəkləməyə o qədər də tələsmirdilər. 

Digər tərəfdən, sovet imperiyası hələ özünün dağılma prosesinin içində ikən özündən qopan milli dövlətin yenidən hansı yolla itaət altına salınmasının yollarını düşünürdü. 

Moldovada, Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə baş verən hadisələrlə yanaşı, Azərbaycanda cərəyan edən dərin hərbi-siyasi böhran daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi itirmək baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya casuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu. Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə – Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdı.

Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan, xalqımızın qəlbində millət atası kimi yaşayan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadılar. Əksinə, siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər.

Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi-­siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq xalqı birləşdirəcək yeganə şəxsiyyət Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı.

Heydər Əliyev zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi və buna inanırdı. Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdu. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan geridə qalmış respublikalarından biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi on il ərzində ölkə iqtisadi, mədəni, sosial inkişafına görə İttifaq daxilində ən yüksək pilləyə qalxa bildi. Məhz o dövrdə İttifaq çərçivəsində olsa da Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması, Azərbaycan vətəndaşının sovetlər birliyi çərçivəsində yüksək mədəni, intellektual potensiala yiyələnməsi baş tuturdu.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.

Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılır. Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu, şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda – XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar.

Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən, sovet dövrünün son illərində, kommunist ideologiyasının tənəzzülü fonunda yürüdülən Qorbaçov siyasətinə qarşı çıxması və heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır.

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Bu baxımdan, öz dövrünün ən uzaqgörən dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxır.

Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə, XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər dünyanın bugünkü mənzərəsini ərsəyə gətirməklə yanaşı, həm də siyasətdə aparıcı şəxsiyyətlərin, dövlətlərin və bütövlükdə bəşəriyyətin taleyində nə qədər önəmli rol oynadığını göstərdi.

Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti təkcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda, bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, 1994-cü ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda Heydər Əliyevin xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.

Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin və gənc dövlətimizin məhv olması təhlükəsini ortaya çıxardığı anlarda Heydər Əliyevin fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir.

Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. Heydər Əliyev təkcə gələcəyi görmür, həm də o gələcəyi yaradırdı: Sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər edirdi.

Bütün siyasi karyerası boyunca ­Heydər Əliyevə qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin kökündə də məhz onun öz zəhməti ilə qazandığı böyük nüfuzun “təhlükəsi” dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin parlaq zəkaya malik bir şəxsiyyətə – Heydər Əliyevə qarşı qərəzli münasibəti də məhz o “təhlükə”nin duyğusundan qaynaqlanırdı.

Nahaq yerə deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə çıxaran, kimin kim olduğunu tam çılpaqlığı ilə göstərən ən dürüst mizan-tərəzidir. Tarixin üzə çıxardığı ədalət və reallıq isə bundan ibarətdir: Qorbaçov öz adını tarixə böyük bir dövləti dağıdan, əli qana bulaşmış cinayətkar bir şəxs kimi, Heydər Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!

Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin dövlətlərə rəhbərlik etmiş şəxslərin seçdikləri siyasi xətlə birbaşa bağlıdır. Bunu postsovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyətinə və həmin ölkələrin bugünkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür. Belə bir müqayisədə də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Həm də bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi geopolitik məkan digər postsovet ölkələrindən öz mürəkkəbliyi və həssaslığı ilə fərqlənir.

Heydər Əliyevdən başqa vaxtilə Sov.İKP MK Siyasi Bürosunun tərkibində olmuş bütün siyasətçilərin adlarını tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin edərək onun müstəqilliyini əbədi və dönməz etdi.

Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir. Bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır – gələcəyə hədəflənmişdir. Bu siyasət geosiyasi maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir və onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.

Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti, hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə ­Heydər Əliyev müstəqil Azərbaycanın əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu.

Gərgin iş rejiminin səhhətində ciddi problemlər yaratmasına baxmayaraq Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən də aydın şəkildə ifadə olunmuş və yüksək qiymətləndirilmişdir. ABŞ-nin keçmiş Prezidenti Corc Buş onun haqqında deyirdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır”. 

Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan, region və ümumdünya kontekstində yanaşaraq bildirir: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” 

Doğrudan da, Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində Türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş və bu prosesin davamlı inkişafına çalışmışdır.

Son illər ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun – dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır.

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildik­cə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol həmişə daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir.

Heydər Əliyev özünün bütün yaş dövr­lərində zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi.
Zamanın sınaq anında Heydər Əliyev bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün döv­lət müstəqilliyimiz dönməz və sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur. 12 dekabr Ulu öndərin anım günüdür. Adı memarı olduğu müstəqil Azərbaycanın tarixində, işıqlı xatirəsi isə daim xalqının qəlbində yaşayacaqdır!

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı,  fəlsəfə doktoru  








VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

SON XƏBƏRLƏR

12.12.2024 | 18:34
Əsədin muzdlu qatilləri Qarabağda Ermənistan ordusunun sıralarında...

12.12.2024 | 18:20
Ermənistan Fransa ilə növbəti Müdafiə Əməkdaşlığı proqramını imzaladı...

12.12.2024 | 18:06
Azərbaycan ailəsində braziliyalı dayələrə və aşpazlara üstünlük(?) verilir...

12.12.2024 | 17:53
Roma Papası Korsika xalqının Fransa ilə mübarizəsinə laqeyd qalmamalıdır...

12.12.2024 | 17:40
Dövlət maraqlarının hədəfə alınması ölkənin uğurları ilə bağlıdır...

12.12.2024 | 17:27
Dövlətçiliyin xilası Heydər Əliyevin müvəqqəti atəşkəs qərarından başladı...

12.12.2024 | 17:14
Böyük layihədə dövlətin 2 faiz payının SOCAR-a verilməsi nə deməkdir...

12.12.2024 | 17:00
Peyk görüntüləri ortaya çıxdı - Rusiya Suriyadakı donanmasını geri çəkir?...

12.12.2024 | 16:42
Ukrayna ərazisinin üçdə birini itirəcək, NATO-ya da dəvət olunmayacaq - Slovakiyanın Baş naziri bu fikirdədir...

12.12.2024 | 16:26
Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

12.12.2024 | 16:20
Gələcəyi yaradan lider

12.12.2024 | 16:09
Bakıda neçə qəzalı bina var? - Komitə sədrindən açıqlama...

12.12.2024 | 15:53
Əsədin Suriyadan necə qaçdığı ortaya çıxdı - Qəddafinin taleyini yaşamaması üçün Bəşərin qarşısına bir şərt və bir plan qoyulub...

12.12.2024 | 15:23
Ağdamda dəmir yolu və Avtovağzal Kompleksinin istifadəyə veriləcəyi tarix açıqlandı

12.12.2024 | 15:10
"Ermənistanın yenidən silahlandırılması regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir edir" - Zakir Həsənov

12.12.2024 | 14:05
Nazir: "Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib"

12.12.2024 | 13:52
"Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir" - Ceyhun Bayramov

12.12.2024 | 13:36
"ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi" - Qərbi Azərbaycan İcması

12.12.2024 | 13:15
"Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır" - Hikmət Hacıyev

12.12.2024 | 13:03
Месси приехал в Баку, у Амбарцума инфаркт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.12.2024 | 12:52
"Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə həyata keçirir" - Nazir

12.12.2024 | 12:35
DİN-in əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər - FOTO

12.12.2024 | 12:22
Səhiyyə nazirindən saxta cərrahlarla bağlı açıqlama - iş Baş Prokurorluğa göndərildi...

12.12.2024 | 12:14
Hikmət Hacıyev: "Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir"

12.12.2024 | 12:05
Əli Əsədov Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO

12.12.2024 | 12:00
“Qalatasaray” və “Beşiktaş” İsveç və Norveç sınağında...

12.12.2024 | 11:56
"Ermənistana xüsusilə Fransa tərəfindən verilən silahlar ciddi narahatlıq doğurmaqdadır"

12.12.2024 | 11:43
"Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır" - Prezidentin köməkçisi

12.12.2024 | 11:37
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO

12.12.2024 | 11:30
Ərəblərdən Ronaldoya 155 min avroluq bahalı "oyuncaq" hədiyyəsi..

12.12.2024 | 11:11
Dövlətçiliyin xilası H. Əliyevin müvəqqəti atəşkəs qərarından başladı...

12.12.2024 | 11:10
UNESCO-nun Barselona forumunda Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təqdim edilib

12.12.2024 | 11:05
"Üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”

12.12.2024 | 11:00
"Qarabağ" bu gün "Elfsborq" ilə qarşılaşacaq

12.12.2024 | 10:40
Hikmət Hacıyev bu tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb

12.12.2024 | 10:37
Bakı metrosunda yenə nasazlıq yaranıb- TƏCİLİ

12.12.2024 | 10:30
İlon Maskın sərvəti 400 milyard dolları ötdü - dünya tarixində bir ilk!

12.12.2024 | 10:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

12.12.2024 | 10:15
Cənubi Koreya çalxalanır - Baş Qərargah rəisi də qovuldu

12.12.2024 | 10:08
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HİMAYƏDARI

12.12.2024 | 10:05
Salyanda ölümlə nəticələnən yol qəzası olub

12.12.2024 | 10:00
Bu gün Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

12.12.2024 | 09:30
Makron bu gün yeni baş nazirini elan edəcək

12.12.2024 | 09:23
Bir qulağı əzmək 50, iki qulağı əzmək 100 manata - pulun varsa gəl....

12.12.2024 | 09:20
"Yeni pandemiya ehtimalı yüksəkdir" - ÜST rəhbərindən dünyanı qorxudan BƏYANAT

12.12.2024 | 09:10
Həftəsonu “Geminid” meteor selinin piki olacaq - XƏBƏRDARLIQ

12.12.2024 | 09:05
Çempionlar Liqası: "Barselona"dan çətin qələbə, “Mançester Siti” uduzdu

12.12.2024 | 09:00
Antoni Blinken bu gün Türkiyəyə gəlir

12.12.2024 | 08:40
Sertifikasiyadan kəsilmiş müəllimlər direktor imtahanlarına qatılır - qanunsuz nəsə var?..

12.12.2024 | 08:30
Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

12.12.2024 | 00:11
Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2024 | 00:05
Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2024 | 23:15
Blinken Azərbaycanla bağlı qərəzli bəyanat verdi, XİN-dən də tutarlı cavab aldı...

11.12.2024 | 22:38
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradıldı, sədr də seçildi

11.12.2024 | 21:50
Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO

11.12.2024 | 21:22
Əsəd çökən kimi Suriyanın tranzit mərkəz rolu qabardı - Qətərdən Avropaya qaz xətti...

11.12.2024 | 21:07
Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

11.12.2024 | 21:03
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

11.12.2024 | 20:52
Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

11.12.2024 | 20:37
Paşinyandan yeni pozuculuq - Azərbaycanla Sazişdə konstitusiya dəyişikliyi öhdəliyi olmasın...

11.12.2024 | 20:24
Gürcüstanda yeni prezident seçkisi ərəfəsində təlatüm yenidən qızışır...

11.12.2024 | 20:10
Türk lirəsi Suriyanı tutdu, ermənilər təlaşda - Azərbaycan-Türkiyə işbirliyinə yeni meydan...

11.12.2024 | 20:02
Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

11.12.2024 | 19:53
Azərbaycanda ilk: “Paxlava və Şirniyyat Festivalı”

11.12.2024 | 19:44
Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

11.12.2024 | 19:31
Əsəd bir qaz kəmərinin qurbanı oldu - işi İran və Rusiya pozdu...

11.12.2024 | 19:17
Ermənistanın Hələbə göndərdiyi minatəmizləmə batalyonu əslində Əsədi müdafiə edirdi...

11.12.2024 | 19:03
Əsədin iflası qaçılmaz idi - orduya maaş da verə bilmirdi...

11.12.2024 | 18:48
Qərbin düşməni Əsəd, Ermənistanın qardaşı Əsəd - rejimin cinayətlərində Ermənistan hakimiyyətlərinin də əli var...

11.12.2024 | 18:33
Əsəd bacarsaydı, Dağlıq Qarabağı Ermənistan kimi tanıyardı...

11.12.2024 | 18:19
Əsəd Şərqdə bütün antiqərbçi qüvvələrin dostu idi - Ermənistanın da...

11.12.2024 | 18:05
Beynəlxalq tədbirlərə ev sahibliyi - siyasi və sosial fəallığın mənbəyi...

11.12.2024 | 17:51
Ermənistan İran üzərindən Əsədə hərbi yardım karvanları göndərdi...

11.12.2024 | 17:38
Əsəd Kəşmir məsələsində Hindistanı niyə dəstəkləyirdi?..

11.12.2024 | 17:25
Erməni terror təşkilatları Əsəd rejiminin əsas yardımçılarından idi...

11.12.2024 | 17:18
Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində... - FOTO

11.12.2024 | 17:12
"Elmin qocalmasının" bir səbəbi var - gənclər elmdən niyə qaçır?..

11.12.2024 | 16:58
Əsədin Suriyadan Rusiyaya 135 milyardla qaçdığı ortaya çıxdı - Moskvada iki göydələndə 18 lüks mənzil...

11.12.2024 | 16:46
BMT-dəki Rusiya nümayəndəsindən Colaninin başına pul qoyan ABŞ-a ironik təklif - 10 milyonu bizə verin, adresi sizə deyək...

11.12.2024 | 16:41
Bakıda Messi və ulduz komanda yoldaşlarının azarkeşlərlə görüşü keçirildi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031