KÖHNƏ VERSİYA            

Əsəd bir qaz kəmərinin qurbanı oldu - işi İran və Rusiya pozdu...

Image

Suriyada hadisələr sürətlə inkişaf edir. Lakin Suriya dövlətçiliyi məsələsi ilə yanaşı, həm regionu, həm də bütövlükdə dünyanı narahat edən daha bir mühüm məsələ də  var: enerji. Suriyada nə qədər neft və qaz var, o kimə məxsusdur və tranzit ölkə kimi nə qədər önəmlidir? Bu suallar artıq olduqca aktual xarakter daşımağa başlayıb.

Suriyanın neft və qaz ehtiyatları az deyil. 2018-ci ilin hesablamalarına görə, ölkədə təxminən 2,5 milyard barrel neft var ki, bu da Səudiyyə Ərəbistanı, İran və İraq kimi Yaxın Şərq istehsalçıları ilə müqayisədə çox azdır. Suriya neft ehtiyatlarına görə dünyada 32-ci yeri tutursa, bu ölkənin qazı daha da azdır: cəmi 0,2 trilyon kubmetr. 2000-ci illərin əvvəllərində Suriyada neft hasilatı gündə təxminən 600 min barrel, təxminən indiki Azərbaycanda olduğu kimi idi. Lakin 2023-cü ilə qədər uzun sürən vətəndaş müharibəsi, infrastrukturun dağılması və Amerikanın sanksiyaları fonunda gündəlik hasilat 40 min barrelə düşüb. Suriya gündə təqribən 2,3 milyon kubmetr qaz hasil edərək öz enerji ehtiyacını ödəyir. Keçmiş prezident Bəşər Əsəd 2019-cu ildə Suriya xəbər agentliyinə verdiyi müsahibədə 2014-cü ildən bəri Suriya neftinin faktiki olaraq talan edildiyini etiraf edib: İŞİD yaraqlıları  nefti ilk dəfə olaraq “ələ keçirənlər” olub. Buna sonradan kürdlər və ABŞ da qatıldı. Eyni zamanda, Vaşinqton 2011-ci ildə Suriya rejiminə neft embarqosu qoyub.  Suriya hökuməti vətəndaş müharibəsinin başlaması ilə neft ehtiyatlarına nəzarəti fiziki olaraq itirdi: yataqların çoxu əvvəlcə müxalifətin, sonra isə terrorçuların əlinə keçdi. Daha sonra Suriya neftinin cəmləşdiyi Deyr əz-Zor əyaləti kürdlərin təmsil etdiyi və ABŞ-ın maliyyələşdirdiyi Suriya Demokratik Qüvvələrinin nəzarətinə keçib. 2019-cu ilə qədər hərbi əməliyyatlar, o cümlədən Amerikanın hava hücumları nəticəsində ölkənin neft hasilatı infrastrukturu böyük ölçüdə məhv edilib.  2021-ci ildə Suriyanın neft naziri bəyan edib ki, Suriya neftinin 90%-i Amerikanın əlindədir. Onun sözlərinə görə, ümumilikdə, Vaşinqton və onun “özünü dəniz qulduru kimi aparan” vasitəçilərinin hərəkətləri nəticəsində Suriyanın neft sektoru 90 milyard dollardan çox itki verib. ABŞ-ın yeni prezidenti Donald Tramp isə hələ 2019-cu ildə Suriya neftinin geri axınına nəzarətin zəruriliyini açıq şəkildə bəyan edib: “Kürdlərlə bağlı nəsə fikirləşəcəyik ki, pul alsınlar. Bizim şirkətlərdən biri ölkəyə daxil olacaq və hər şeyi düzgün edəcək”. Uzun illər əsədə dəstək verən Rusiya isə 1990-cı illərin sonlarından Suriya ilə neft-qaz sahəsində əməkdaşlıq edir. 2010-cu illərin ortalarında Suriya Ərəb Respublikasında bir sıra rus şirkətləri, o cümlədən “Tatneft” və “SoyuzNefteGaz” fəaliyyət göstərirdi. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra ölkələr arasında faktiki əməkdaşlıq yalnız 2018-ci ildə bərpa olunub: Rusiya şirkətləri quruda və dənizdə qaz ehtiyatları baxımından perspektivli olan Şərqi Aralıq dənizi regionunda kəşfiyyata başlayıb. 

Son proseslərdən sonra isə neft bazarları əslində Suriya rejiminin süqutuna reaksiya vermədi: əsas meyarların artımı əhəmiyyətsiz oldu - 0,5-1% daxilində. Bu, Suriyanın nə əsas neft istehsalçısı, nə də tranzit ölkə olması ilə bağlıdır. Üstəlik, 2011-ci ildən bəri Suriya neftinin ixracı ilə bağlı rəsmi məlumat yoxdur. Amma burada digər maraqlı proses də var. Qaz ehtiyatlarına görə Rusiya və İrandan sonra dünyanın üçüncü ən böyük ölkəsi olan Qətər 2009-cu ildə Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyəni keçə biləcək bir boru xətti çəkməyi təklif edib. Onun vasitəsilə Qətər qazı sonradan Avropaya göndərilə bilər və onun keçəcəyi ölkələr tranzit rüsumları şəklində gəlir əldə edəcəklər. Lakin prezident Bəşər Əsəd bu plandan imtina etdi, iki il sonra alternativ İran-İraq-Suriya qaz kəmərinə üstünlük verdi və onun tikintisinin qarşısı Suriya Ərəb Respublikasında vətəndaş müharibəsinin başlaması ilə alındı. Bu günlərdə isə Türkiyə Suriyanın enerji sektorunun bərpasına kömək edəcəyini açıqladı, baxmayaraq ki, ölkənin yeni rəhbərliyindən Türkiyə Respublikasına rəsmi müraciət hələ edilməyib. Bundan əlavə, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə görə, Qətər qaz kəməri layihəsinin yenidən canlandırılması mümkündür:  “Madam ki, Suriya öz birliyini və sabitliyini bərpa edib, niyə də olmasın?”. Bəsi indi Suriyanın enerji sektoru necə olacaq?  Suriyanın neft və qaz sektoru beynəlxalq sanksiyalar altındadır və bununla bağlı infrastruktur böyük ölçüdə məhv edilib. Onu bərpa etmək üçün böyük vəsait lazımdır, hərbi əməliyyatların tam dayandırılması və iqtisadi məhdudiyyətlərin aradan qaldırılması da mühümdür. Eyni şey Suriya ərazisindən tranzit layihələrinin həyata keçirilməsinə də aiddir. Hazırda İsrailin regionda siyasəti də prosesə təsir edir. Vaşinqtonun ABŞ-ın Suriyanın qonşuları olan İordaniya, Livan, İraq və İsrailə dəstəyini davam etdirəcəyi ilə bağlı bəyanatları isə yeni durumun formalaşmasına ciddi təsir edir.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

23.01.2025 | 20:11
Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem - USAİD...

23.01.2025 | 19:58
SOCAR-ın xarici aeroportda sərmayə qərarı nə qədər qazanclı olacaq...

23.01.2025 | 19:44
Misilsiz layihə - 3 ölkənin qaz və elektrik sistemləri birləşdirilir, Azərbaycan açar mövqedədir...

23.01.2025 | 19:30
Tramp Rusiyaya qarşı planlarının bəzi maddələrini açıqladı...

23.01.2025 | 19:17
Azərbaycanın "Yaşıl dəhliz" strategiyası işləməyə başladı...

23.01.2025 | 19:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edildi

23.01.2025 | 19:10
Prezident bəzi fərmanlarda dəyişiklik etdi

23.01.2025 | 19:07
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ƏDV-dən azad edildi

23.01.2025 | 19:05
Prezident Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı sərəncam imzaladı

23.01.2025 | 18:55
Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

23.01.2025 | 18:41
Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

23.01.2025 | 18:28
Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir - Trampdan hələ uyğun cavab yoxdur...

23.01.2025 | 18:23
İrana casusluq edən gəmi kapitanının cəzası dəyişmədi - 16 il...

23.01.2025 | 18:14
Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:26
Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:15
Narkotiklərin satışında ittiham edilən tiktokerə 5 il 1 ay iş verildi

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:15
Qəhrəmanlıq zirvəsinə ucalanlar

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

22.01.2025 | 18:53
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

22.01.2025 | 18:48
"RUSİYANI DAĞITMA!" - Trampın Putinə mesajı...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031