"Bu qədər qısa müddət ərzində belə bir tədbirin təşkili böyük bir uğurdur"
"Bakı COP29-a çox qısa bir zamanda hazırlaşdı. Müqayisə üçün, Avstraliya hələ rəsmi olaraq COP31-in ev sahibi elan olunmasa da, bu tədbir üçün artıq onların diplomatik komandası hazırlıqlara başlayıb. Bakının isə hazırlıq üçün bir ildən az bir zamanı var idi. Bu qədər qısa müddət ərzində belə bir tədbirin təşkili böyük bir uğurdur."
Bu fikirləri Ekseter Universitetinin biznes əlaqələri və innovasiyalar üzrə prorektoru doktor Stüart Brokliharst Xəzər Siyasət Mərkəzinin Londonda təşkil etdiyi “Xəzər Enerji Təhlükəsizliyi və COP29-dan sonra” mövzulu konfransında deyib.
S. Brokliharst bildirib ki, Bakıda keçirilən bu tədbirdə siyasi liderlərdən tutmuş biznes rəhbərlərinə, mütəxəssislərə qədər çox geniş spektrli şəxslər iştirak edib: “Onların bəziləri bəlkə də adi halda Xəzər dənizi regionuna səfər etməzdi. İştirakçılar tədbir zamanı Azərbaycan insanlarının və mədəniyyətinin qonaqpərvərliyi ilə bağlı çox müsbət təəssüratlarla qayıdıblar. Veteran COP iştirakçıları arasında tədbirin son illərdəki bütün COP-lardan daha yaxşı təşkil edildiyini vurğulayan çox sayda insan var idi”.
Mətləb