"Bəzi partiya və QHT rəhbəri mitinqlərdə təxribat törətməyə çalışır" – Gürcüstan DTX xəbərdarlıq etdi
Hazırda Gürcüstan parlamentində dağıdıcı və zorakı ssenarilər hazırlamaq məqsədi daşıyan aksiyalar zamanı müəyyən qrup insanlar təxribatlar təşkil etməyə çalışırlar. Bu, barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamada bildirilir.
Qeyd edilir ki, hakimiyyətin zorakılıqla devrilməsi işi çərçivəsində destruktiv hərəkətlərə baxılacaq.
“Son günlər ölkədə baş verən hadisələr açıq şəkildə göstərdi ki, planlaşdırılan dağıdıcı proseslər Dövlət Təhlükəsizliyi Xidmətində hakimiyyətin zorakılıqla devrilməsi ilə bağlı işin araşdırılması nəticəsində əldə olunmuş faktiki şəraitə uyğun olaraq həyata keçiriləcək və bu barədə əvvəlcədən ictimaiyyətə dəfələrlə məlumat vermişik.
Hökumətin zorakılıqla devrilməsinin kriminal ssenarisinə və onun həyata keçirilməsinə gəlincə, iş üzrə aparılan bir sıra istintaq-əməliyyat tədbirləri, o cümlədən şahidlərin dindirilməsi nəticəsində əldə edilmiş sübutların işə əlavə edilmiş hissəsini dəfələrlə ictimaiyyətlə bölüşmüşük.
İctimaiyyətin nəzərinə çatdırmaq istərdik ki, Gürcüstan parlamentində davam edən və dağıdıcı və zorakı ssenarilər hazırlamaq məqsədi daşıyan aksiyalar zamanı məqsədi hakimiyyəti zorla ələ keçirmək olan konkret siyasi partiyaların liderləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən təxribatlar təşkil etməyə çalışırlar.
Aksiyalarda iştirak edən insanları diqqətli olmağa və planlaşdırılan təxribatın iştirakçısına çevrilməməyə çağırırıq. Davam edən istintaq çərçivəsində hadisələri diqqətlə izləyirik və bildiririk ki, dağıdıcı hərəkətlərin həyata keçirilməsi davam edən işin tərkib hissəsi kimi istintaq tərəfindən nəzərdən keçiriləcək.
Xatırladırıq ki, Dövlət Təhlükəsizliyi Xidməti dövlət hakimiyyətinin zorakılıqla devrilməsi faktını araşdırır. Cinayət Gürcüstan Cinayət Məcəlləsinin 315-ci maddəsinin birinci hissəsində nəzərdə tutulub ki, bu da cəza tədbiri kimi beş ildən səkkiz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur" deyə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatda bildirilir.
TAHİR