KÖHNƏ VERSİYA            

Makronun üzündən Fransa biznesi Azərbaycandan qaçır - faktlar ittiham edir...

Image

Əgər hökumət Fransa şirkətlərinin Azərbaycanı tərk etməsində maraqlı olsaydı, ilk növbədə "Total"ın ölkədən getməsinə çalışardı

Xarici ölkə biznesi əksər hallarda iki ölkə arasında olan siyasi münasibətlərə həssas yanaşır və öz işini bu siyasi münasibətlərə uyğun qurur. Başqa sözlə desək, biznes mənşə ölkə hakimiyyətinin hansı ölkələrlə siyasi münasibətləri rəvandırsa məhz həmin ölkələrə investisiya qoymağa üstünlük verir. Siyasi münasibətlər korlandıqda isə sahibkarlar xoflanaraq ölkədən qaçır. Bu bütün dünyada belədir. Hazırda Fransa sahibkarları da onlara qarşı heç bir yad münasibət olmasa da, Makronun siyasətindən narahat olaraq ölkəni tərk etməyə başlayıb.

Fransanın məşhur "Christian Dior Couture” brendi Azərbaycandakı şirkətini ləğv edib.

Şirkət kreditorlara müraciət edərək bildirib ki, iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Christian Dior Couture” əsasən "Dior" kimi tanınır və fransalı milyarder Bernard Arnault tərəfindən idarə olunur. Şirkətin Azərbaycandakı nümayəndəliyinin nizamnamə kapitalı 7.7 milyon manatdan artıqdır. Şirkətin qanuni təmsilçisi Bernard Vincent Simon Pierredir.

Bu gün Makron administrasiyası üzündən Fransa ilə Azərbaycan arasında münasibətlər pisləşsə də ölkədə fəaliyyət göstərən Fransa şirkətlərinə heç bir problem yaradılmayıb. Əksinə, Azərbaycan hökuməti Fransa şirkətlərinin Azərbaycanda fəaliyyət gostərməsində maraqlıdır.

Elə isə "Dior" şirkəti ölkəni nədən tərk edir?

Baki-xeber.com-un sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, çox təəssüf ki, Fransa dövləti prezident Makronun dövründə Azərbaycana qarşı ədalətsiz mövqe tutdu və bu missiyasını davam etdirir: "44 günlük müharibə dövründə Fransa prezidenti hamıdan çox fəallıq göstərirdi. Gah Azərbaycan Prezidentinə dalbadal zənglər edib, əks-hücumu dayandırmağı tələb edirdi, gah Litvada çıxış edərək, "Azərbaycanın Qarabağa girməsini Fransa qəbul etməyəcək" kimi bəyanatlar verirdi, gah Azərbaycan tərəfindən terrorçu qrupların döyüşdüyünü deyirdi, gah da digər həmsədir ölkələrin prezidentləri ilə birlikdə bəyanat imzalayıb, tələb edirdi ki, hərbi əməliyyatlar dərhal dayandırılsın. Buna baxmayaraq 44 günlük müharibədən sonra Makronun bəzi davranışları belə bir ümid yaratdı ki, münasibətlərdəki siyasi gərginliyi aradan qaldırmaq mümkün olar. Bu səbəbdən Azərbaycan Prezidenti Brüssel prosesi çərçivəsində Makronla da görüşdü. Sonradan İlham Əliyev Praqada keçirilən Avropa Siyasi Birliyinin toplantısındakı görüşdə Makronun iştirakına etiraz etmədi. Çox təəssüf ki, həmin tarixi sammitdən sonra Fransa televiziyasına müsahibə verən Makron Azərbaycana böhtanlar atmaqda davam etdi. Azərbaycanı "Artsax"a qarşı müharibə etmək"də günahlandırdı, çoxlu sayda insanın ölümundə Azərbaycanın günahı olduğunu söylədi və buna bənzər, həqiqətlə heç bir əlaqəsi olmayan bəyanatlar verdi. Makronun bu cür fikirlərinə etiraz etdik. Ancaq yenə Avropa Siyasi Birliyinin Moldovada keçirilən sammitində Azərbaycan-Ermənistan nümayəndələrinin görüşüdə Makronun iştirakına icazə verdik. Düşündük ki, bizim bu cür xoş məramlı davranışımız Makronu düşünməyə vadar edər. Lakin Moldovadakı sammitdən dərhal sonra Makron yenə anti-Azərbaycan bəyanatlar verməyə başladı. Bəyan etdi ki, o, Qarabağı Paşinyandan daha çox qoruyur, daha çox müdafiə edir, Paşinyan onun qədər aktiv deyil və s. Yalnız bundan sonra Makronun düzəlməyəcəyini anladıq və Qranadada keçirilən Avropa Siyasi Birliyinin toplantısında iştirakdan imtina etdik. Bundan əvvəl Paşinyanın Brüssel görüşündə "Makron da iştirak etməlidir" tələbini qəbul etmədik və Brüssel danışıqlarından da imtina etdik. Çünki göz qabağında idi ki, Makron ədalətsiz mövqe tutur və onun görüşlərdə iştirakı yalnız sülh sazişinin imzalanmasının uzanmasına xidmət edir.

Bütün bu gərginliklərə baxmayaraq Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinə hakimiyyət normal münasibət göstərməkdə davam etdi. Onların normal fəaliyyəti üçün əlindən gələni əsirgəmədi. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın ən böyük qaz yataqlarından biri olan "Abşeron" yatağının operatorlarından biri Fransanın "Total" şirkətidir. O bu layihədə 50 faiz paya malikdir. Eyni zamanda digər qaz yataqlarında da "Total" şirkətinin iştirak planları var və Azərbaycandan getmək düşüncəsi belə yoxdur. Əgər hökumət Fransa şirkətlərinin Azərbaycanı tərk etməsində maraqlı olsaydı ilk növbədə "Total"ın ölkədən getməsinə çalışardı.

Yeri gəlmişkən, "Abşeron" yatağında hasilata başlanılmasının gecikməsi səbəblərindən biri "Total" şirkətinin öhdəliklərini vaxtında yerinə yetirməməsi idi. Amma Azərbaycan nəinki "Total" şirkətinin ölkəni tərk etməsini istəmir, onun digər layihələrdə də iştirakında maraqlıdır. Fikrimizcə "Dior" şirkətinin Azərbaycanı tərk etməsinin kökündə Makron siyasətinin xofu dayanır. Fransa şirkətlərinin rəhbərlərindən siyasi prosesləri izləyənlər Makronun Azərbaycana qarşı düşmənçilik mövqeyindən vahiməyə düşərək ölkəni tərk etmək qərarına gəlirlər. Onlar düşünür ki, Makronun bu düşmən mövqeyi enində-sonunda onların başında çartlaya bilər. Ona görə də belə düşünən Fransa şirkətləri Azərbaycanı tərk edir. Bunun isə yeganə günahkarı Fransa prezidenti Emmanuel Makrondur.

Görünür "Dior" şirkətinin rəhbəri düşünür ki, Fransanın ədalətsiz mövqeyi gələcəkdə ona hansısa problemlər yarada bilər. Ona görə də ölkəmizi tərk edib. Amma fikrimizcə bu yanlış düşüncədir. Çünki Makron əbədi deyil, onun müddətinin bir hissəsi keçib artıq, belə getsə heç o, müddətini sona çatdıra bilməyəcək. O üzdən Makrona görə Azərbaycanı tərk etməyə dəyməz. Əksinə, Fransa şirkətləri Azərbaycana daha çox investisiya qoymağa cəhd göstərməlidirlər. Çünki Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Sabitliyin isə biznes üçun nə qədər əhəmiyyətli olduğunu onlar hamıdan yaxşı bilir".

Dəniz NƏSİRLİ







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Bu il Konstitusiya referendumu keçirilə bilər - zəruri səbəblər müzakirədə...

“Əliyevi Rusiyaya qarşı sərtləşdirən Qərb kəşfiyyatıdır” - erməni siyasətində absurd ideya...

Rusiya almazı Avropa deputatlarının qeyri - şəffaf qazanc mənbəyidir - İşlərin başı Karampetyandır, Komissar Barrozo ifşa etdi....

SON XƏBƏRLƏR

07.01.2025 | 14:33
"Fransada yeni seçkilərin keçirilməsi siyasi böhranın ən yaxşı həlli olacaq" - Gürcü spikeri

07.01.2025 | 14:18
Ermənistandakı Azərbaycanın tarixi və mədəni irsi: Ermənistanın onu qorumaq və bərpa etmək öhdəliyi

07.01.2025 | 14:11
Fransanın casus şəbəkəsi Bakıda nələrə cəhd edib… Məhkəmədə yeni məqamlar açıldı...

07.01.2025 | 13:57
Qərbin yalan vədlərinə inanan Ermənistan xalqını fəlakətə sürükləyir

07.01.2025 | 13:49
Beyləqanda sərxoş halda avtomobil idarə edən sürücü həbs edildi

07.01.2025 | 13:35
Kobaxidze Makronu yalan danışmaqda ittiham etdi - Qoy qurban verdikləri Ukraynaya nəzər salsın...

07.01.2025 | 13:25
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib

07.01.2025 | 13:22
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

07.01.2025 | 13:17
İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edildi

07.01.2025 | 13:04
Спасибо Казахстану! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.01.2025 | 12:46
Xaçmazda evlərə qənim kəsilən Samir Əhmədov yaxalandı

07.01.2025 | 12:05
Mərkəzi Bankda yeni təyinatlar olub

07.01.2025 | 12:00
Saray qəsəbəsində qadın meyiti tapılıb

07.01.2025 | 11:30
Mədəniyyət naziri Şamaxıda vətəndaş qəbulu keçirəcək

07.01.2025 | 11:20
Kəngərli ərazisində hərbi sursat aşkarlanıb

07.01.2025 | 11:10
Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib

07.01.2025 | 11:10
İtkin düşmüş Salyan sakini qəsdən öldürülüb - Baş Prokurorluq və DİN birgə məlumat yayıb

07.01.2025 | 11:05
Tək daş üzük taxdı, "nişanlanıb" deyə car çəkdilər...

07.01.2025 | 11:03
Erməni məsələsi Azərbaycanda niyə doğru anlaşılmır? - CANLI

07.01.2025 | 11:00
Şifrəsi açılan “qara qutu”lar Qazaxıstana göndərilib - Braziliya portalı

07.01.2025 | 10:46
Ordubadda yeni geolokasiya istifadəyə verilib

07.01.2025 | 10:30
İranda yeni qərar - İbrahim Rəisinin həlak olduğu gün milli gün kimi qeyd olunacaq

07.01.2025 | 10:20
Ölkə ərazisində qeydə alınan 42 cinayətin üstü açılıb - DİN məlumat yaydı

07.01.2025 | 10:15
Sarkozi məhkəmə qarşısında - Qəddafidən aldığı qanunsuz pullar araşdırılır...

07.01.2025 | 10:10
ABŞ-da H5N1 quş qripindən ilk ölüm qeydə alındı, alimlər həyəcan təbili çalır...

07.01.2025 | 10:05
Ronaldonun həmyerlisi "Milan"ın tarixinə düşdü...

07.01.2025 | 10:00
Tibet qan ağlayır - zəlzələdə ölənlərin sayı 53-ə çatıb

07.01.2025 | 09:28
Bu gün Bakının 2 rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

07.01.2025 | 09:23
Cərrahi əməliyyatı canlı yayıma çıxaran həkimlər...

07.01.2025 | 09:20
Suraxanıda 11 yaşlı uşağı maşın vurub

07.01.2025 | 09:15
Makron "Parisə “sağ ol” deməyi unudublar" dedi, Afrika liderləri etiraza qalxdı!

07.01.2025 | 09:06
Arda Gülərin dublu "Real"ı 1/8 finala daşıdı

07.01.2025 | 09:01
Azərbaycan-İran sərhədində zəlzələ olub

07.01.2025 | 08:37
Azərbaycanda şəxsi təyyarə sahibləri...

07.01.2025 | 00:22
Prezident "qara qutudan" daha əvvəl təyyarəmizin vurulması cinayətinin anatomiyasını dəqiq arqumentlərlə açdı...

06.01.2025 | 21:38
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Milad bayramı münasibətilə təbrik etdi - FOTO

06.01.2025 | 21:23
“Yerablurda yatmırsa, qəhrəman deyil?” - Paşinyan ermənilərin bir stereotipini də dağıdır...

06.01.2025 | 21:09
Rəsulzadə Tələt Paşaya yalvarıb ki, “Qafqazda erməni dövləti yaradılsın” - bu nə təxribatdır?

06.01.2025 | 20:54
Bu il Konstitusiya referendumu keçirilə bilər - zəruri səbəblər müzakirədə...

06.01.2025 | 20:39
İran 110 minlik hərbi təlimlərə başlayır - Suriya uğrunda yeni plan...

06.01.2025 | 20:25
Paşinyan rəqiblərini "müharibə səhlənkarı" adı ilə həbs etdirir...

06.01.2025 | 20:11
Ermənistanın müstəqillik tarixi faşist prezidentlər tarixidir - faktlar təsdiqləyir...

06.01.2025 | 19:57
Rusiya-Avropa qaz müharibəsi Azərbaycana da təsir göstərdi...

06.01.2025 | 19:44
Ukrayna Rusiyaya veriləcək - silah və əsgər üstünlüyü məsələni həll edir...

06.01.2025 | 19:30
İldə 239 ton barama nədir ki? - O da hər il sürətlə azalır…

06.01.2025 | 19:17
Azərbaycanda aliment məsələsi - qanun və reallıqlar...

06.01.2025 | 19:03
Özəl "zapravkalara" yanacağın daşınma xərci dövlətin üstünə salınır? - Hökumətin qərarı...

06.01.2025 | 18:49
“Əliyevi Rusiyaya qarşı sərtləşdirən Qərb kəşfiyyatıdır” - erməni siyasətində absurd ideya...

06.01.2025 | 18:36
Rusiya almazı Avropa deputatlarının qeyri - şəffaf qazanc mənbəyidir - İşlərin başı Karampetyandır, Komissar Barrozo ifşa etdi....

06.01.2025 | 18:30
Rəsmi Bakıdan Makronun təxribatçı açıqlamalarına tutarlı cavab...

06.01.2025 | 18:18
Qəbələ RLS-in məşhur binasından indi kim necə istifadə edir?..

06.01.2025 | 18:10
“Faşist təfəkkürlü Ter-Petrosyan Ermənistanın Qərbi Azərbaycan olduğunu etiraf edir” - Əhliman ƏMİRASLANOV

06.01.2025 | 18:05
“Komedixana”nın süjetləri Azərbaycan cəmiyyətinə mənəvi terrordur... Təcili tədbirlər görülməsə...

06.01.2025 | 17:51
Bakı-İrəvan sülh məsələsi ilə bir il Polşa məşğul olacaq...

06.01.2025 | 17:37
Heyvan kəsimi yerlərində mərkəzləşmiş kameralar quraşdırılacaq...

06.01.2025 | 17:28
Naxçıvan polisinə yeni avtomobillər verildi

06.01.2025 | 17:24
ABŞ Bakı və İrəvanla istənilən formatda(?) işləməyə hazırdır...

06.01.2025 | 17:23
Almaniya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

06.01.2025 | 17:20
DƏYƏRLİ TƏRCÜMƏLƏR

06.01.2025 | 17:11
Rusiyada Azərbaycan vətəndaşlarına münasibət dəyişdi - cavabı da verildi...

06.01.2025 | 17:05
Bələdiyyə seçkilərində iştirak etmək üçün 16174 namizəd qeydə alınıb

06.01.2025 | 16:58
Naxçıvan təhsil nazirinə yeni müavin təyin olundu

06.01.2025 | 16:52
Seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlandı

06.01.2025 | 16:43
Macarıstanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

06.01.2025 | 16:40
Hans Henri Kluge Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

06.01.2025 | 16:25
Nəsimidə keçmiş məhkum narkotiklə tutuldu

06.01.2025 | 16:14
Bakıda həbsdə olan erməni canilərin məhkəməsinin vaxtı məlum oldu

06.01.2025 | 15:39
Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

06.01.2025 | 15:10
Samuxda narkotiklə saxlanan şəxsin evindən “Kalaşnikov” çıxdı

06.01.2025 | 14:41
ATƏT PA Prezidenti Gürcüstana səfərini təxirə saldı...

06.01.2025 | 14:21
BNMİ əməliyyat keçirdi, yeni ilin ilk günündə 30 kiloqram narkotik tutuldu - FOTO/VİDEO

06.01.2025 | 14:06
Səhiyyə Nazirliyindən yeni yayılan metapnevmovirusla bağlı açıqlama...

06.01.2025 | 13:40
"Azərbaycan vətəndaşlarının təyyarə qəzasında həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir" - Prezident

06.01.2025 | 13:35
Prezident İlham Əliyev: "Biz təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edirik"

06.01.2025 | 13:33
DİN saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət etdi - ehtiyatlı olun...

06.01.2025 | 13:27
"Azərbaycan dövləti öz oğul və qızlarının qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib" - Prezident

06.01.2025 | 13:17
Bakıda avtomobil qaçıran keçmiş məhkum saxlandı

06.01.2025 | 13:03
Бербок решила не оставить Сирию в покое - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.01.2025 | 12:47
Martda 16 gün iş olmayacaq...

06.01.2025 | 12:30
Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031