Qərb Ukraynaya 100 min sülhməramlı göndərməyə hazırlaşır – Ukrayna 4 ölkə arasında bölüşdürüləcək...
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Qərb ölkələrinin Ukraynaya 100 min sülhməramlı göndərməyi planlaşdırdığını iddia edib.
SVR-nin açıqlamasına görə, bu plan çərçivəsində Ukraynanın Qara dəniz sahilləri Rumıniyaya, qərb bölgələri Polşaya, mərkəzi və şərq bölgələri Almaniyaya, şimal bölgələri və paytaxt Böyük Britaniyaya veriləcək.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatı dəyərləndirən Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, bu, yalnız münaqişənin birbaşa tərəflərinin razılığı ilə mümkündür, lakin bu addım münaqişənin əsas səbəblərini həll etməyəcək.
“Sülhməramlıların yerləşdirilməsi yalnız müvafiq münaqişə tərəflərinin razılığı ilə mümkündür... Bununla belə, münaqişənin həllinə nail olmaq üçün münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır. Bu sülhməramlı missiyaların göndərilməsindən daha dərin məsələlərdir” – deyə Peskov bildirib.
Bu arada, “Wall Street Journal” yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Ukraynadakı münaqişəyə son qoymaq planları arasında cəbhə xətti boyunca hərbsizləşdirilmiş zona yaratmaq variantını da nəzərdən keçirir. Lakin bu bölgəyə kimin nəzarət edəcəyi hələlik bəlli deyil. Qəzet danışan bir mənbə bu missiyanı Avropa ölkələrinin əsgərlərinin öhdəsinə götürə biləcəyini irəli sürüb.
TAHİR