Bazar günü, 12 Yanvar 2025
KÖHNƏ VERSİYA            

Azərbaycanın Türk Kipri tanımasının vaxtı yetişdi...

Image

Türkiyə dünya ictimaiyyətini Şimali Kipr Türk Cumhuriyyətini (ŞKTC) tanımağa çağırır. Bu, Türkiyə parlamentinin Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi əməliyyatının 50-ci ildönümünə həsr olunmuş bəyanatında yer alıb.

“Biz beynəlxalq ictimaiyyəti adanın reallıqlarını qəbul etməyə, Şimali Kipr xalqının ədalətsiz və qeyri-insani təcridinə dərhal son qoymağa və ŞKTC-ni tanımağa çağırırıq”, - deyə sənəddə bildirilir.

Türkiyə parlamentariləri 1963-cü ildən 1974-cü ilə qədər davam edən Kipr türklərinə qarşı zülm və qətl siyasətini dayandıran qoşunların Şimali Kiprə çıxışının növbəti ildönümü ilə qürur duyduqlarını bildiriblər: “Türkiyə hərbçilərinin hərəkətləri Kiprin türk xalqının varlığının və təhlükəsizliyinin qarantı oldu və adada sabitliyi təmin etdi”.

Qeyd edilir ki, Türkiyə tərəfinin xoş niyyəti və qarşılıqlı məqbul həll istəyinin əksinə olaraq, Yunanıstan tərəfi yarım əsrdən artıqdır ki, danışıqlar prosesində destruktiv mövqe nümayiş etdirir və bu, fikir ayrılıqlarının həllinə imkan vermir. Eyni zamanda, adanın yunan icması Avropa İttifaqına qəbul olunmaqla “mükafatlandırılıb”, Kipr türkləri isə məhdudiyyətlər və embarqo ilə üzləşib.

Parlamentarilər qeyd edirlər ki, Kiprlə bağlı fikir ayrılıqlarını həll etməyin yeganə və qeyd-şərtsiz yolu Kipr türklərinin hüquqlarının beynəlxalq səviyyədə tanınmasıdır: “Türkiyə istənilən şərtlərlə ŞKTC-yə hərtərəfli dəstəyini davam etdirəcək və Kipr türklərinin hüquq və mənafelərinin tapdalanmasına yol verməyəcək”.

ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qəbul olunması təşəbbüsü irəli sürülüb, o müşahidəçi statusunda çıxış edib, Şimali Kiprin rəhbərini Bakıya da dəvət ediblər, Türk Dövlətləri Təşkilatının  Şuşada keçirilən  qeyri-rəsmi zirvə toplantısında  ŞKTC təmsil olunub. Azərbaycan bu yöndə müəyyən addımlar atıb. Şimali Kiprin müstəqilliyini tam şəkildə  tanımaq ucun addım atılmağın vaxtı deyilmi?  Niyə Azərbaycan dünyada Türkiyədən sonra Şimali Kiprin müstəqilliyini tanıyan ilk dövlət olmasın?  Bizim dünyada dövlət müstəqilliyimizi tanıyan ilk ölkə Türkiyə olub.  Biz də Şimali Kiprin dövlət müstəqilliyini tanımaqla bu borcu qaytarmalıyıq...

Aydın Quliyev: “Haydı, daha bir addım və Şimali Kiprin BMT-də 193-cü dövlətə çevrilməsinə təkan verək..." 

"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Şimali Kipr Türk Cumhuriyyəti barədə paylaşım edib.  A.Quliyev yazır: "Qardaş ölkənin parlamenti dünən xilaskar Türkiyə ordusunun 1974-cü ildə adaya çıxarılaraq yunan zülmünə son qoyulmasının 50 illiyi ilə bağlı dünya dövlətlərinə müraciətində bu xahişi etdi.

Türkiyə Azərbaycanın müstəqilliyini 1991- ci ildə tanıyan ilk dövlət olmuşdu. Azərbaycan olaraq boynumuzda Türkiyənin haqqı var. Borcumuzu qaytaraq və Kipri tanıyaq. Artıq bəzi addımları atmışıq. Məsələn, Şimali Kipri Türk Dövlətləri Təşkilatına müşahidəçi statusda Azərbaycan dəvət edib, Təşkilatın qeyri-rəsmi Şuşa zirvəsinə dəvət etmişik. Yarı yolda dayanmayaq.

Haydı, daha bir addım və Şimali Kiprin BMT-də 193-cü dövlətə çevrilməsinə təkan verək..."

Sədrəddin Soltan: “Şimali Kipr Cumhuriyyətinin beynəlxalq aləmin bir subyekti olması vaxtı çoxdan çatıb” 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Sədrəddin Soltan “Bakı-Xəbər”ə “Şimali Kipr Türk Cumhuriyyətinin yunan Kipri ilə birlikdə federativ əsaslara dayanaraq birgəyaşayışı davam etdirməsinə dair Türkiyə və Şimali Kipr ictimai-siyasi dairələri çox cəhd göstərdilər. Hətta bununla bağlı Kofi Annan planı da həyata keçirildi. O zaman Şimali Kipr secicilərinin çoxluğu birgəyaşayışa üstünlük  verdi. Amma Kiprin  yunan hissəsinin əhalisi Kofi Annan planına, yəni birgə yaşayışa qarşı çıxdı. O zaman sual doğurur, birgə yaşayış istəmirsiz, konfedrasiya istəmirsiz, onda bəs nə istəyir yunan kiprlilər? Belə çıxır ki, yunan kiprliləri və onların arxasında dayanan qüvvələr, o cümlədən Yunanıstan, Avropa İttifaqı Kipr yarımadasının türklər yaşayan hissəsində etnik təmizləmə tərəfdarıdır”-deyə bildirdi. 

S.Soltan qeyd etdi ki, bu isə insanlıq,  humanitar, beynəlxalq normalara zidd məsələdir. S.Soltanın sözlərinə görə, belə olan halda, yəni nə müstəqillik tərəfdarı olmağa qəbul olunmayanda, nə federativ əsaslarda birgəyaşayışa qəbul edilmədikdə o zaman Şimali Kiprin müstəqilliyinin tanınması aktuallaşır. “Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının atdığı addımı perspektivdə İslam     Konfransı Təşkilatı da təkrarlaya bilər. Türk Dövlətləri Təşkilatına üzv ölkələr – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan Şimali Kipr Cumhuriyyətinin müstəqilliyini birgə tanıyarlar, belə olan halda bu daha böyük beynəlxalq aksiya olar. Bu  aksiya Pakistan tərəfindən də dəstəklənər. Perspektivdə bu aksiyaya Avropadan Macarıstan da qoşula bilər və sair. Ona görə, fikrimcə, bu ölkəni tək Azərbaycanın tanımasının səmərəsi və effekti kollektiv beynəlxalq aksiya kimi tanınmasından zəif olar. Yəni Azərbaycanın  onu təkcə tanıması belə güclü təkan verməz. Düzdür, Şimali Türk Cumhuriyyətinin müstəqilliyini tanıması üçün Azərbaycanın  qarşısında elə bir maneə yoxdur. Azərbaycan da ŞKTC-ni tanıması üçün kifayət qədər əsaslar irəli sürə bilər.  Amma bütövlükdə türk dünyasının, türk respublikalarının bu addımı birgə atması hətta həm də TDT-nin birgə siyasi fəaliyyət göstərməsi üçün bir sınaq olar. Ona görə, həm Türkiyə, həm Azərbaycan bu istiqamətdə Türk respublikaları-Mərkəzi Asiya ölkələri, o cümlədən Pakistanla ŞKTC-nin tanınmasının sürətlənməsi ilə bağlı danışıqları intensivləşdirməlidir.  Onsuz da bu ərazinin bütün məsələləri ayrıdır. Şimali Kipr Cumhuriyyətinin beynəlxalq aləmin bir subyekti olması vaxtı çoxdan çatıb” –deyə S.Soltan qeyd etdi.

İradə SARIYEVA







VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

SON XƏBƏRLƏR

11.01.2025 | 21:52
Türkiyə ordusu Suriyaya girir - geri sayım başladı...

11.01.2025 | 21:36
Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

11.01.2025 | 21:09
Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...

11.01.2025 | 21:04
Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

11.01.2025 | 19:19
"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

11.01.2025 | 18:07
Makron Azərbaycandakı fransız şirkətlərini ilginc duruma saldı...

11.01.2025 | 17:38
Bayden təhlükəni etiraf etdi - Los-Anceles yanğınlarında ölənlərin sayı artacaq...

11.01.2025 | 17:12
SOCAR Türkiyədə 2 şirkəti niyə satdı? - ilginc məqamlar var...

11.01.2025 | 16:45
Avropanın Azərbaycanda “beyin yuyan” layihələri fiaskoya uğradı...

11.01.2025 | 16:12
Bakıda mağazalarında saxta əskinaslarla alış-veriş edən şəxs saxlanıldı

11.01.2025 | 15:47
Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

11.01.2025 | 15:30
Siyəzəndə polis əməliyyat keçirdi, 4 nəfər saxlandı

11.01.2025 | 15:08
Gürcüstanın XİN rəhbəri Bakıya gəlir...

11.01.2025 | 14:36
Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs tutuldu

11.01.2025 | 14:05
Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif etdi

11.01.2025 | 13:24
Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparacaq...

11.01.2025 | 13:10
Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçdi

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031