Bazar günü, 12 Yanvar 2025
KÖHNƏ VERSİYA            

Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb

Image



Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 17-19 iyul tarixlərində Şuşa şəhərində Vaqif Poeziya günləri keçirilir. İyulun 18-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında poeziya bayramının açılışı olub. Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış ədəbiyyat elm və mədəniyyət xadimləri, eləcə də bu ilin may ayında doğma yurda köçmüş Şuşa sakinləri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin (AYB)-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu söyləyib. Bildirib ki, builki Vaqif Poeziya Günləri bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşür: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. Bu il həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə 90 illik yubileyləridir. Builki tədbirdə Yazıçılar Birliyinin 100-dən çox üzvü iştirak edir”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin yaradıcılığından söz açıb. Qeyd edib ki, Vaqifi sələflərindən fərqləndirən əsas cəhətlərdən biri onun ilk dəfə olaraq Azərbaycan coğrafiyasını açıq və geniş şəkildə ədəbiyyatımıza gətirməsidir: “Vaqif öz şeirlərində ellər yaraşığı olan Azərbaycan gözəllərini tərənnüm edib. O, xalq danışıq dilini yüksək səviyyədə ədəbiyyata gətirib. Onun yaradıcılığı hər şeydən əvvəl, bir azərbaycançılıq hadisəsidir”. 

Alim bildirib ki, SSRİ-nin məkrli şəkildə Qarabağda beynəlmiləlçilik hərəkatını, siyasətini həyata keçirdiyi bir zamanda Ümummilli lider Heydər Əliyevin Şuşada Vaqifə belə bir əzəmətli məqbərə ucaltması Qarabağa Azərbaycanın möhürünü vurması demək idi: “Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş Şuşada il olaraq Vaqifin məqbərəsinin yenidən bütün əzəməti ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. Yenidən təşkil olunan Vaqif Poeziya Günləri Prezident İlham Əliyevin liderliyi ilə günü-gündən inkişaf edən Azərbaycanın şeir, sənət dili ilə ifadə olunan böyük təntənəsidir”.

Xalq yazıçısı Elmira Axundova Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə, ədəbiyyatına sonsuz sevgisindən, qayğısından danışıb. Bildirib ki, hələ sovet dövrünün ən çətin vaxtlarında Heydər Əliyev milli düşüncənin, azərbaycançılıq ideyasının yaşamasına, inkişafına təkan verib. Bu düşüncəni yaşadan, gələcək nəsillərə çatdıran əsərlərə Dövlət mükafatının verilməsinə nail olub. 

Milli Məclisin VI çağırış deputatı olmuş Fazil Mustafa söyləyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük təşkilatçılıq qabiliyyəti, Azərbaycan Ordusunun misilsiz rəşadəti ilə bütün torpaqlarımız azad olundu. Bu gün Şuşa Azərbaycanın simvoluna çevrilən bir məkan olaraq yenidən öz görkəminə, əzəmətinə qaytarılır. 

Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu və birliyin Qazax bölməsinin sədri Barat Vüsal Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsindən danışıb, şeirlər söyləyiblər. Bədii hissədə Əməkdar artistlər Azad Şükürov və Nazir Rüstəmovun ifasında Məhəmməd Füzuli və Molla Pənah Vaqifin yaradıcılıq nümunələri əsasında poetik duet təqdim edilib.

Əməkdar artist Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov və Leyla Rəhimlinin ifasında "Qarabağ” kompozisiyası, "Şuşanın dağları" və "Bura vətəndir" musiqi nömrələri səsləndirilib. Konsert proqramı alqışlarla qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək  Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib. 42 illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.

İradə SARIYEVA








VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

SON XƏBƏRLƏR

11.01.2025 | 21:52
Türkiyə ordusu Suriyaya girir - geri sayım başladı...

11.01.2025 | 21:36
Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

11.01.2025 | 21:09
Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...

11.01.2025 | 21:04
Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

11.01.2025 | 19:19
"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

11.01.2025 | 18:07
Makron Azərbaycandakı fransız şirkətlərini ilginc duruma saldı...

11.01.2025 | 17:38
Bayden təhlükəni etiraf etdi - Los-Anceles yanğınlarında ölənlərin sayı artacaq...

11.01.2025 | 17:12
SOCAR Türkiyədə 2 şirkəti niyə satdı? - ilginc məqamlar var...

11.01.2025 | 16:45
Avropanın Azərbaycanda “beyin yuyan” layihələri fiaskoya uğradı...

11.01.2025 | 16:12
Bakıda mağazalarında saxta əskinaslarla alış-veriş edən şəxs saxlanıldı

11.01.2025 | 15:47
Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

11.01.2025 | 15:30
Siyəzəndə polis əməliyyat keçirdi, 4 nəfər saxlandı

11.01.2025 | 15:08
Gürcüstanın XİN rəhbəri Bakıya gəlir...

11.01.2025 | 14:36
Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs tutuldu

11.01.2025 | 14:05
Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif etdi

11.01.2025 | 13:24
Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparacaq...

11.01.2025 | 13:10
Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçdi

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031