Çin şirkəti Türkiyədə avtomobil zavoduna 1 milyard dollar sərmayə qoydu
Çinin aparıcı elektrik avtomobil istehsalçısı “BYD” şirkəti ildə 150 min elektrik və hibrid avtomobil istehsal gücünə malik zavodun tikintisi layihəsi çərçivəsində Türkiyə iqtisadiyyatına təxminən 1 milyard dollar sərmayə qoyur. Müvafiq saziş Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və Çin şirkətinin rəhbərliyi arasında bağlanıb.
2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılan yeni müəssisədə beş minə qədər insan işləyəcək. Prezident Rəcəb Tayyib Ərdoğan Çinin elektrik avtomobil istehsalçısının idarə heyətinin sədri Vanq Çuanfunu qəbul edib.
Mətləb