Ukrayna bu dəfə Şimali Osetiyada hərbi aerodromu hədəf aldı, ancaq...
Şimali Qafqazda Şimali Osetiya Respublikasının səmasında üç təyyarə tipli PUA vurulub. Bu brədə regionun rəhbəri Sergey Menyailo açıqlama verib.
Menyailo, ilkin məlumatlara əsasən, PUA-ların Ukraynadan gəldiyini deyib. Qeyd edilib ki, onların hədəfi hərbi aerodrom olub. Xəbərə görə, Ukrayna İHA-larının hədəfi isə Mozdokdakı hərbi aerodrom olub. Lakin onlar müdafiə sistemləri tərəfindən vurulub.
Qeyd edək ki, Osetiya və Ukrayna qoşunlarının mövqeləri arasında təxminən 900 km məsafə var.
TAHİR