Bakı konfransında “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzusunda müzakirələr aparılır
Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans işini “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzusunda aralıq sessiya ilə davam etdirir.
Bu sessiyaya Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov moderatorluq edir.
Qeyd edək ki, "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə dəstəyi ilə keçirilir.
Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndə iştirak edirlər.
Tədbirə G20 Sammitinin Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham (ABŞ), İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin Siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay (Səudiyyə Ərəbistanı), İSESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid FəthəlRəhman Omer Mohamed (Sudan), Avropa Kilsələr Konfransının İnsan hüquqları müdafiəçisi Elizabeta Kitanoviç və digər tanınmış şəxslər qatılıblar.
Xatırladaq ki, hər il martın 15-i İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.
ZÜMRÜD