"İslamofobiya müsəlmanlara qarşı soyqırımıdır" - Vəqaruzzaman Əzmi
İslamofobiya müsəlmanlara qarşı yalnız pis rəftarla tükənmir, onun kökündə daha mənfi məqamlar var. Çox şadam ki, Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir, belə tədbirlər keçirir, bu məsələləri müzakirə edir. Azərbaycan Prezidentini, Azərbaycan xalqını qlobal strategiya ilə islamofobiyaya qarşı mübarizə apardığı üçün ürəkdən təbrik edirəm.
Bu sözləri Böyük Britaniyanın Srebrenitsanı xatırlama təşkilatının sədri və “Badger” Sağlamlıq Qrupunun baş icraçı direktoru Vəqaruzzaman Əzmi Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyasında deyib.
O bildirib ki, islamofobiya qlobal perspektivdə ən fundamental məsələlərdən biridir. Bunun qlobal strategiyaya ehtiyacı var.
“İslamofobiya soyqırımıdır, etnik təmizləmədir, müsəlman əhalinin əmlakının dağıdılması, saxtakarlaşdırılmasıdır. Müsəlmanlar qeyri-insan kimi qələmə verilməyə çalışılır. İnsanları alçaltma ideologiyası kifayət qədər ayaq alıb”, - deyə Vəqaruzzaman Əzmi qeyd edib.
ZÜMRÜD