"Liverpul", "Roma" və "Milan"dan darmadağın
Futbol üzrə UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. İngiltərənin "Liverpul" komandası Çexiyada "Sparta Praqa"ya 5:1, İtaliyanın "Roma" kollektivi doğma meydanda İngiltərə "Brayton"una 4:0, "Milan" evdə Çexiya təmsilçisi "Slaviya Praqa"ya 4:2, "Marsel" Fransada "Vilyarreal"a 4:0, "Frayburq" Almaniyada "Vest Hem"ə 1:0 hesabı ilə qalib gəlib. "Benfika" "Reyncers" görüşü isə qollu sülhlə başa çatıb - 2:2.
Mərhələnin daha əvvəl reallaşan oyununda isə "Sportinq" və "Atalanta" komandaları 1:1 hesablı heç-heçə ediblər.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 14-də keçiriləcək.
Mətləb