Masalının Qəriblər kənd məktəbində “Narkomaniya və insan alverinin fəsadları” tədbir mövzusu oldu
Masalının Qəriblər kənd tam orta məktəbində “Biz sağlam həyatı seçirik” başlığı altında “Narkomaniya və insan alverinin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyini üzvü Əntiqə Tağıyeva tədbirdə çıxışında bildirib ki, narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün ağır faciə olan yaşından asılı olmayaraq bütün insanları, millətləri düşündürən ən çətin problemlərdən biri də narkomaniyadır. İstər narkomaniya istərsə də, ən az onun qədər təhlükəli olan insan alveri bu gün bütün dünyanı düşündürür və onunla mübarizə aparılır. Siz gənclər yalnız təhsilinizə, şəxsi inkişafınıza daha çox önəm verərək bu bəlalardan uzaq dura bilərsiniz.
Digər natiqlər-Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Ş.Əliyev, Masallı rayon təhsil sektorunun nümayəndəsi A.Eyvazov, GİKM-in Masallı bölməsinin əməkdaşı O. Əliyev şagirdlərə zərərli informasiyalar, insan alveri, məcburi əmək, narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsi və bu kimi pis vərdişlərin cəmiyyətimizdə yaratdığı mənfi təsirlərdən ətraflı söhbət açıblar: “Sonu faciə ilə nəticələnən bəlalardan bu gün parta arxasında oturan yeniyetmə və gəncləri yayındırmaq, qorumaq məqsədilə pis vərdişlərə qarşı cəmiyyətdə ictimai dözümlülük mühitinin yaradılması olduqca vacibdir. Gənclərə nəyi necə etməyin ,hər bir gəncin həyatı və sağlamlığı dövlətimiz, cəmiyyətimiz üçün “sağlam gənclik ,sağlam gələcək” demək olduğunu şüurlu surətdə bildirmək lazımdır”.
Tədbirdə şagirdləri düşündürən suallar da ətraflı cavab tapıb.
Onu da bildirək ki, tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı rayonu üzrə təhsil sektoru, Masallı Rayon Polis Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı sayəsində baş tutub.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü