KÖHNƏ VERSİYA            

Qərbin "məxməri inqilab” agentləri Ukrayna-Livan qaçqınları adı ilə Ermənistana sızdırılır...

Image

Xəyal Bəşirov: “Bütün bunlar Ermənistanın çoxspektrli, təhlükəli planların  tərkib hissəsinə, alətinə çevrilməsi ilə bağlı məqamları gündəmə gətirir”

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin (MCS) yaydığı məlumata görə, bu ilin 9 ayında Ermənistan vətəndaşlığı üçün 16 060 nəfər müraciət edib. Müraciət edənlərin böyük əksəriyyəti Rusiyadandır - 7693 nəfər. Onlardan 3588 nəfəri birbaşa Miqrasiya və Vətəndaşlıq Xidmətinə (MMX), 4105 nəfəri isə konsulluq xidməti vasitəsilə müraciət edib. 

“Əgər əvvəllər Ermənistan vətəndaşlığını almaq üçün hər il orta hesabla 8 min müraciət edilirdisə, Ukraynada vəziyyətin gərginləşməsindən sonra bu rəqəm bir neçə dəfə artaraq ildə orta hesabla 25 minə çatıb”- deyə xidmət rəisinin müavini Nelly Davtyan qeyd edib. 

Onun sözlərinə görə, Livandan da xeyli sayda müraciət var ki, bu da münaqişənin kəskinləşməsi ilə əlaqədar Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlıdır. 

Camaat Ermənistandan qaçır. Ermənistan vətəndaşları da, Qarabağdan ora könüllü köçən ermənilər də Ermənistanı tərk edib başqa ölkələrə üz tutur. Bəs bu adamlar Ermənistana niyə axışır, burada onları cəlb edən nə var? 

Göründüyü kimi, vətəndaşlıq istəyənlərin arasında ukraynalılar və livanlılar xüsusi çəkiyə malikdir. Bu da müxtəlif suallar doğurur. Əsas sual budur ki, Ukrayna və Livandan gələnlər Qərbin xüsusi hazırlanmış qüvvələri ola bilərmi? Gələcəkdə Rusiyaya qarşı istifadə üçün onları Qərb hazırlayıb Ermənistana gətirə bilərmi? 

“...Ermənistana təhlükəli qrupların yerləşdirilməsi prosesini də həyata keçirə bilərlər”

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, belə bir halın baş verməsi təsadüfi xarakter daşımır: “Bu məsələ əslində Qərbin Cənubi Qafazda Ermənistanla bağlı hazırladığı planların tərkib hissələrindən biridir. Ermənistanın vəziyyəti hamımıza bəllidir. Buna qədər - Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinə qədər də Ermənistanın siyasi-iqtisadi vəziyyəti bəlli idi. Bu müharibədən sonra Ermənistan daha ağır duruma düşüb. Ermənistan ordusu 5 milyard İkinci Qarabağ müharibəsində, 1 milyard da antiterror tədbirləri zamanı, ümumlikdə 6 milyard ABŞ dolları həcmində silah-sursatı, hərbi texnikanı qənimət kimi Azərbaycan ordusuna saxlayıb qaçdı. Təbii ki, bu da Ermənistan ordusunun həm canlı qüvvə baxımından, həm silah arsenalı baxımından darmadağın edilməsi demək idi. Bu, Ermənistanın iqtisadiyyatına da ciddi mənfi təsir göstərməmiş deyil. Eyni zamanda nəzərə alaq ki, uzun illər ərzində Ermənistan yürütdüyü siyasətlə özünü iqtisadi və siyasi blokadaya salıb, bu ölkə tam şəkildə iqtisadi, enerji, siyasi baxımdan Rusiyadan asılı vəziyyətdə olan bir dövlət olub. Bu gün Rusiyanın Ukraynada müharibə aparması səbəbindən onun özünün iqtisadiyyatı çox çətin durumdadır. Nəzərə alsaq ki, Ermənistanın siyasi, iqtisadi, enerji və digər təhlükəsizliklərini təmin edən bir dövlət özü bu cür ağır vəziyyətdədirsə, deməli, Ermənistanın özü qat-qat pis durumdadır. Təbii ki, bu proseslərdə kənar qüvvələrin rolu çox önəmlidir. Azərbaycan mümkün qədər Ermənistanla sülh prosesinə doğru addımlar atamaq istəyir, amma Ermənistan bir konstision əsasda Azərbaycana qarşı ərazi iddialarından vaz keçmək istəmir, digər tərəfdən, ATƏT-in Minsk qrupunun  faktiki olaraq mövcud olmadığını nəzərə  alıb, onun de-yure ləğvi ilə bağlı mövqe ortaya qoymaq istəmir. Həmçinin Ermənistan özünün kənar  havadarları, himayədarları vasitəsilə silahlanır və o silahları Ermənistana bir çox hallarda pulsuz, qarşılıqsız, bəzi hallarda uzun müddətlik kreditlə və digər formalarda verirlər. Halbuki, Ermənistan iqtisadi baxımdan həmin o silahları almaq gücündə deyil. Bu da Ermənistanın silahlandırılması deməkdir. Nəzərə alsaq ki, 2022-ci ilin oktyabrından başlayaraq Ermənistanda Avropa İttifaqının mülki missiyası   adı altında çoxlu sayda ölkələrin, həm də Avropa İttifaqına aid olmayan Kanadanın, ABŞ-ın ordusu, silahlıları, jandarma qüvvələri, kəşfiyyatçıları yerləşməkdədir. Bu da ondan xəbər verir ki, Ermənistanla bağlı çox ciddi plan hazırlanır. Bu planın tərkib hissəsi kimi Azərbaycana qarşı revanşist müharibə də istisna deyil. Eyni zamanda Rusiyanın nəzarətindən Ermənistanın çıxarılması, yaxud da Rusiyanın ordakı mövqeyini mümkün qədər zəiflətmək niyyəti ilə Ermənistan platsdarm kimi istifadə edilir. Bundan başqa, Yaxın Şərqdə baş verən proseslərlə bağlı ABŞ və Qərbdən olan bir sıra İsrail müttəfiqləri Ermənistandan İrana qarşı istifadə etmək niyyətlərini həyata keçirə bilərlər. Bütün bunlar Ermənistanın çoxspektrli, təhlükəli planların  tərkib hissəsinə, alətinə çevrilməsi ilə bağlı məqamları gündəmə gətirir.

Düşünürəm ki, bu gün Ermənistana o şəxslərin köçməsinin səbəbi məhz süni şəkildə onların ora yerləşdirilməsi ilə bağlıdır. Ərazilərimiz işğal altında olanda Qarabağa və digər yerlərimizə süni şəkildə Suriyadan, Livandan, Liviyadan, eləcə də başqa ölkələrdən ayrı-ayrı qrupların gətirilməsi və yerləşdirilməsi məhz o zaman da belə təhlükəli planların həyata keçirilməsi ilə bağlı idi. Amma bu gün artıq o ərazilər onların nəzarətindən çıxıb. Buna görə də Ermənistanın öz ərazisindən müxtəlif niyyətlər üçün istifadə etmək istəyən qüvvələr var”.

X.Bəşirovun sözlərinə görə, nəzərə alsaq ki, Ermənistan Sovetlər ittifaqından qopduqdan sonra onun üç milyon və yaxud daha çox əhalisi vardı. X.Bəşirov qeyd etdi ki, indi o əhalinin sayı gəlib beş milyona çıxmalı olduğu halda, verilən məlumatlara görə, əhali sayı 2 milyondan da aşağıdır. “Bu da ondan xəbər verir ki, ermənilər Ermənistandan köç edirlər. Qarabağdan Ermənistana köçmüş şəxslərin bir hissəsi də elə dərhal tranzit ölkə kimi Ermənistandan istifadə edib xaricə, Avropa ölkələrinə getdilər. Fikrimcə, bu məqamları nəzərə alsaq, bu bir daha ondan xəbər verir ki, Ermənistan vasitəsilə bu gün bu niyyətlərini həyata keçirmək istəyirlər. Gələcəkdə hansı məqsədlərlə istifadə olunacaq, biz onu növbəti proseslərdə görə bilərik. Hər halda görünən odur ki, Ermənistandan öz niyyətləri üçün istifadə etmək istəyən qüvvələr var. Bu qüvvələr, təbii ki, Ermənistana təhlükəli qrupların yerləşdirilməsi prosesini də həyata keçirə bilərlər. Elə qruplar ki, onlar nəzarətsiz olsunlar və gələcəkdə məhz kənar qüvvələrin nəzarəti altında fəaliyyət göstərsinlər. Necə ki, biz İraqda, Suriyada və digər ərazilərdə İŞİD kimi qruplaşmaları görmüşdük, başqa qruplaşmaların şahidi olmuşduq. Sanki onlar elə görünürdülər ki, tam nəzarətsiz qruplardır, amma faktiki olaraq onlar kənardan idarə olunurdular. Bu gün Ermənistan ərazisində də elə qüvvələrin yerləşdirilməsi ilə bağlı təhlükəli niyyətlər var ki, bunlar nəticəsində gələcəkdə Ermənistan vasitəsilə müxtəlif planların həyata keçirilməsi mövqeyi ortaya qoyula bilər. Hər bir  halda bunlar Cənubi Qafqaz üçün çox təhlükəli məqamlardır və düşünürəm ki, məhz bu məqamlar bir daha, şərti də olsa, sərhədlərimizin gücləndirilməsi missiyamızı daha tez həyata keçirməklə bağlı tələsməyimizə səbəb olur”-deyə bildirən X.Bəşirovun sözlərinə görə, təəssüflər olsun ki, bu gün Ermənistan mümkün və qeyri-mümkün olan yollarla sülhdən yayınmağa çalışır. O hesab edir ki, şübhəsiz, bu da həmin o kənar qüvvələrin təsiri ilə həyata keçirilən prosesdir. Müsahibimizin sözlərinə görə, Ermənistan həmin o qüvvələrin diqtəsi ilə sülhdən yayınmaqla, əslində onların   planlarının daha qısa müddət ərzində və daha münbit şəraitdə həyata keçməsinə şərait yaradır. Hər bir halda X.Bəşirov düşünür ki, bu, qonşu dövlətlər, Cənubi Qafqaz üçün də təhlükəli planlardır. “Amma nəzərə almaq lazımdır ki, bu təhlükəli planların ən böyük zərbəsi Ermənistan dövlətinin özünə və erməni xalqına dəyəcək. Az öncə qeyd etdiyim kimi, biz bunu Suriyanın, İraqın nümunəsində gördük”-deyə X.Bəşirov qeyd etdi.

O bildirdi ki, bu təhlükəli planlardan daha çox Ermənistan və erməni xalqı əziyyət çəkəcək. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031