İsrail “Hizbullah”ın 500 milyon dollardan çox qızıl və nağd pul saxladığı bunkeri tapdı...
İsrail Beyrutda yerləşən xəstəxananın altında “Hizbullah”ın 500 milyon dollardan çox qızıl və nağd pul saxladığı bunkerin yerini müəyyənləşdirib. Bu barədə İsrailin Müdafiə Qüvvələrinin mətbuat katibi kontr-admiral Daniel Haqari açıqlama vverib.
Haqari xəzinənin Beyrutda, Sahel xəstəxanasının altında yerləşən bunkerlərindən birində olduğunu deyib.
“Bunker məqsədyönlü şəkildə xəstəxananın altına yerləşdirilib və orada yarım milyard dollardan çox nağd pul və qızıl var” – o, deyib.
Məlumata görə, artıq Sahel xəstəxanasından insanların təxliyyəsinə başlanılıb.
TAHİR