TƏCİLİ - Bağırov korpüsündə subasma olub, Bakı meri əraziyə gəlib
Gecə saatlarında normadan dəfələrlə artıq yağan yağış nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.
Əraziyə Baki şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri gələrək baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır.
Mətləb