Mert Günok "Qalatasaray"la derbini buraxacaq - “Beşiktaş”a BƏD XƏBƏR
“Beşiktaş”ın qapıçısı Mert Günok zədələnib. İstanbul klubunun rəsmi açıqlamasında deyilir ki, Türkiyə millisinin üzvü Superliqanın 9-cu turunda “Konyaspor”a qarşı keçirilən matçda sol çiynindən zədə alıb.
O, oktyabrın 24-də Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Lion"a (Fransa) və 4 gün sonra Superliqada “Qalatasaray”a qarşı matçları buraxmalı olacaq.
Mətləb