Keçmiş prezident korrupsiyaya görə 20 il həbs cəzası aldı
Məhkəmə Perunun keçmiş prezidenti Alexandro Toledonu (2001-2006) Braziliyanın tikinti korporasiyası “Odebrecht”in qarışdığı korrupsiya işi üzrə 20,5 il həbs cəzasına məhkum edib. Bu barədə ölkənin məhkəmə sisteminin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
“Məhkəmə hakimiyyəti keçmiş prezident Alexandro Toledonu Okeanlararası avtomagistral işi çərçivəsində gizli sövdələşmə və çirkli pulların yuyulması kimi cinayətlərə görə 20 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdir”, – paylaşımda qeyd olunub.
Mətləb Salahov