Suriyada “Hizbullah" komandiri məhv edilib - İsraildən AÇIQLAMA
İsrail əsgərləri Suriyada Livan təşkilatı “Hizbullah”ın maliyyə məsələlərinə cavabdeh olan komandirlərindən birini məhv ediblər. Bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə bildirib.
Onun sözlərinə görə, məhvetmə “Hizbullah”ın maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib. Onun təqdim etdiyi versiyaya görə, təşkilat maliyyələşməni birbaşa İrandan, həmçinin qruplaşmanın Yəmən, Livan, Suriya və Türkiyədə yaratdığı müəssisələrin gəliri hesabına alır. “Bu gün Suriyada daha bir dəqiq zərbə nəticəsində biz onun varisini məhv etdik. Biz “Hizbullah”a yenidən qruplaşmağa və silahlanmağa imkan verməyəcəyik”, – Haqari deyib.
Mətləb