KÖHNƏ VERSİYA            

4 ildə Qafqazda nələr olacağına gürcü xalqı qərar verəcək...

Image

Gürcüstanda müxalifət tərəfdarları parlament seçkisinə az qalmış ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasına dəstək məqsədilə paytaxtda yürüş keçiriblər. Gürcüstan və Aİ-nin bayraqlarını daşıyan bir neçə min yerli sakin Tiflisin beş müxtəlif rayonundan “Gürcüstan Avropa İttifaqını seçir” başlığı altında yürüş keçirib. Yürüşdən sonra etirazçılar musiqi konsertinin keçirildiyi şəhərin mərkəzindəki Azadlıq Meydanına toplaşıblar.

Aksiyanı qeyri-hökumət təşkilatları təşkil edib. Onu da qeyd edək ki, aksiyanı prezident Salome Zurabişvili, eləcə də əsas müxalifət partiyaları dəstəkləyib. Tribunada çıxış edən Zurabişvili Gürcüstanın Aİ-yə daxil olaraq yaxşı tərəfdaş və müttəfiq olacağını deyib. O, tribunadan Ukrayna prezidenti Vladimir Zelenski və Moldova prezidenti Maya Sanduya müraciət edərək onlara qələbə arzulayıb: “Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsi həm də Gürcüstanın azadlığı uğrunda mübarizədir. Buradan, sizin adınızdan Zelenskiyə üz tutub, “onun bizim üçün mübarizə apardığını və qalib olacağını bilirik” demək istəyirəm. Və biz birlikdə Avropaya gedəcəyik. Maya, bu gün, sənin qələbə günün və Avropa referendumunun qələbə günü olacaq. Biz birlikdə Avropaya girəcəyik!”. Zurabişvili bir neçə dəfə deyib ki, oktyabrın 26-da vətəndaşlar Rusiya ilə Avropa arasında seçim edəcəklər. O, açıq söyləyib ki, avrointeqrasiyanın davam etməsi üçün dörd avropapərəst partiyanı dəstəkləmək vacibdir. Həmin dörd partiya Zurabişvilinin təşəbbüsü ilə “Gürcüstan xartiyası”nı imzalayıblar. Sənəddə seçkidən sonra müvəqqəti hökumət yaradılması, kompleks islahatların aparılması, “xarici agent” qanununun ləğvi, azad və ədalətli şərtlərlə növbədənkənar seçkilərin keçirilməsi nəzərdə tutulur. Maraqlıdır ki, onalrın faəliyyətinə Qərbdən hər cür dəstək verilir.  Bu fonda hakim “Gürcü Arzusu” partiyası qarşıdan gələn seçkiləri hərb və sülh arasında həyati seçim kimi təqdim edir. Baş verənləri şərh edən gürcü ekspert David Çikelidze qeyd edir ki, hələlik Gürcüstanda seçkiöncəsi vəziyyət sabitdir, sakitlik hökm sürür: “Siyasi partiyalar sərbəst şəkildə təbliğat aparır, əhali ilə görüşlər keçirirlər. Bu zaman onlar heç bir problemlə qarşılaşmırlar. Lakin təəssüflər olsun ki, radikal müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı məqsədli şəkildə təzyiq və diskriminasiya kampaniyası aparırlar”. Onun sözlərinə görə, oktyabrın 11-də MSK işçilərinə “sms” göndərərək onlara vəzifələrindən istefa vermələri üçün təzyiq göstərilməsi yolverilməzdir: “Burada Qərbin də böyük rolu var. Təəssüflər olsun ki, Qərb dövlətlərində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur. Həmin dövlətlərin səfirlərinin söylədiklərindən bəlli olur ki, hazırkı Gürcüstan hakimiyyəti onlar üçün qəbuledilməzdir və onlar çalışırlar ki, “Gürcü Arzusu” iqtidar partiyasını nüfuzdan salsınlar. Onlar xaricdən Gürcüstandakı seçkilərə və ölkənin daxili işlərinə kobud müdaxilə ilə buna çalışırlar. Mən ümid edirəm ki, hakimiyyət bu təzyiqlərin öhdəsindən gələcək. Necə olur ki, Moldovadakı seçkilərə kim müdaxilə etsə, Moldovanın ona layiqli cavab verməyə haqqı var deyirlər. Amma Gürcüstanın işlərinə qarışanlara cavab verəndə bizə təzyiq edilir?! Burada qeyd etmək yerinə düşər ki, əgər “Gürcü Arzusu” bu seçkilərdə qalib gəlməsə, ümumiyyətlə, Qafqazda vəziyyət dəyişəcək, partlayış baş verəcək və bu, bütün region ölkələrinə mənfi təsir edəcək. Amma ümid edirəm ki, nə olursa-olsun, Gürcüstan ilə Azərbaycan arasında heç nə dəyişməyəcək. Tarix boyu Gürcüstan və Azərbaycanın çox yaxşı əlaqələri olub. “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bizim yaxın qonşuluq, dostluq, qardaşlıq əlaqələrimiz biri-birinə uyğun gəlir. Bunu baş nazir İrakli Qaribaşvilinin və Azərbaycan prezidenti İlham Əliyevin görüşündən sonra birgə bəyanatları da bir daha təsdiq edir. Biz Gürcüstanda yaşayırıq və hər kəslə ünsiyyətdə oluruq. Çoxluq istəyir ki, ölkədə sülh olsun. Bu isə o deməkdir ki, çoxluq “Gürcü Arzusu” partiyasının siyasətini dəstəkləyir. Ümid edirəm ki, “Gürcü Arzusu” bu seçkilərdə 55-60 faiz səs toplaya biləcək və parlamentdə konstitusion çoxluğu qazana biləcək”.

Digər ekspert, parlamentin deputatı İrakli Kadaqişvili də çəsələtə eyni prizamadan yanaşır: “Seçkilərlə bağlı əsas müşahidəçi vəzifəsini yerinə yetirən ATƏT-in müşahidə missiyası ilkin hesabatını təqdim edib. Sənəddə də qeyd edilib ki, seçki öncəsi vəziyyət çox sabitdir. Gürcüstan Mərkəzi Seçki Komissiyası və onun regional bölmələri işlərini düzgün qurublar və seçkilərə tam hazırdırlar. Vətəndaşların sərbəst və azad səsvermələri üçün hər cür şərait yaradılıb, mətbuat azad fəaliyyət göstərir”. Onun sözlərinə görə, sənəddə yalnız ölkədə böyük siyasi qütbləşmənin olduğu qeyd edilir: “Mənim fikrimcə bunun da ən böyük səbəblərindən biri Gürcüstanın daxili işlərinə, seçki prosesinə kənardan, xüsusən də xaricdən müdaxilənin olmasıdır. Əgər bəzi kobud, yersiz müdaxilələr olmasa siyasi qütbləşmə də o qədər böyük olmaz. İndi qarşıda yalnız bir məsələ dayanıb, bu da səsvermənin normal şəraitdə, azad, şəffaf və demokratik təşkilidir. Seçkilərdən sonra həyat öz axarı ilə gedəcək və Gürcüstan yenə də demokratik inkişafını davam etdirəcək”. Deputat bildirib ki, Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra cəmiyyət bir çox şeyin şahidi oldu: “Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istəyirlər. Amma Rusiya ilə qarşıdurma Gürcüstan üçün məqbul deyil və yolverilməzdir. Gürcüstan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir, amma biz Rusiya ilə ikinci cəbhəni aça bilmərik. Xüsusilə də nəzərə almalıyıq ki, Gürcüstan ərazilərinin də 20 faizi işğal olunub. Ona görə də Gürcüstan sülh yolu ilə gedir və seçkilərdən sonra da yolunu bu istiqamətdə davam etdirməlidir. Bütün cəhdlərimizə baxmayaraq bəzi Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri kobud, həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verir, bizə qarşı sanksiyalar tətbiq edirlər. Bütün bunlar Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulması deməkdir. Eyni zamanda, bu addımlar Avropa demokratiyasının, strateji tərəfdaşlığın norma və prinsiplərinə, diplomatik etiketə uyğun gəlmir. Bütün bunlara baxmayaraq Gürcüstan hökuməti və gürcü xalqı öz taleyini özü həll edir və seçkilərdə növbəti 4 ildə kimin hakimiyyətdə olacağına özü qərar verəcək”. Onu da qeyd edək ki, “Gürcü Arzusu” xaricdən maliyyələşən QHT və medianın fəaliyyətini məhdudlaşdıran, eləcə də “LGBT propaqandası” əleyhinə qanunlar qəbul edib. Bunu bəhanə edən Brüssel və Vaşinqton cəza tədbirlərinə əl atıb.  Aİ Gürcüstanın bloka üzvlük prosesini dondurub, Vaşinqton sanksiyalara əl atıb.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031