20 ildi işləmir, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər, hansı vəsaitlə... - Deputat partiyaları tənqid etdi
Bir qrup partiya hesabat vermir. Qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir hesabat vermir.
"Qalan partiyalar isə hesabatlarının qarşısında 0 rəqəmini yazırlar. Yəni, heç bir vəsait daxil olmayıb. Ondan sual çıxır ki, müəyyən partiyaların rəhbərləri 20 ildi işləmir. Bunlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər? Onlar niyə hesabat vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ən böyük şəffaflıqdır", - deyə o əlavə edib.