COP29-a ekoloji cəhətdən təmiz 160 avtobus cəlb ediləcək...
OP29 üçün avtobus parkına cəlb olunan 160-a yaxın avtobus ekoloji cəhətdən tamamilə təmiz olacaq.
Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.
"Konfransın iştirakçılarına xidmət göstərmək və nəqliyyat əməliyyatlarını təmin etmək üçün 350-dən çox avtobus cəlb edilib. Onlardan 160-ı ekoloji cəhətdən təmiz şəraitdə fəaliyyət göstərəcək elektrik avtobuslardır", - A.Nəcəf bildirib.
Bundan əlavə, nəqliyyat əməliyyatları üçün 60 Neoplan markalı avtobusdan istifadə olunacaq, “Bakubus” şirkətinin 160-a yaxın avtobusu isə tədbirin iştirakçılarının daşınmasında daimi olaraq iştirak edəcək.