KÖHNƏ VERSİYA            

BRICS ya Qərbi məhv edəcək, ya da özü məhv ediləcək...

Image

Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. 

Bəyannamədə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Həmçinin Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşə dəvət edib. Yeri gəlmişkən qeyd edək ki. Kzanda keçiriləcək sayca 16-cı BRICS sammitində Azərbaycan ən yüksək səviyyədə təmsil olunacaq. Tədbir BRICS+ formatında keçirilir. BRICS+ qurucu üzvlər Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından və sonradan qoşulan Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərindən ibarətdir. Bu qurum dünya siyasəti və ticarətdə Qərbə qarşı əks balans hesab olunur. Londonda yerləşən Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu baş elmi işçisi Karlos Solar qeyd edir: “Sanki BRICS yeni nəfəs almağa başlayıb, çünki Qərbin aparıcı rol oynadığı düzən və onun təşkilatlarında nizamsızlıq hökm sürür. Əsas məsələ ondadır ki, dünya dəyişir və üzümüzə gələn onilliklərdə beynəlxalq bankçılıq, maliyyə və hüquqda baş verənlər dünyanın hansı regionlarının daha vacib olduğunu müəyyən edə bilər”. Budəfəki sammit yeni üzvlərin BRICS-ə daxil olmalarına yol aça bilər. Rusiya rəhbrliyi  üzvlükdən ötrü müraciət etmiş ya bu barədə düşünən 20-dən çox ölkənin təmsilçilərini sammitə dəvət edib. Bunların arasında Azərbaycan, Belarus, Türkiyə və Monqolustan da var. Hazırda Rusiya və Çin BRICS-in genişlənməsi tərəfdarıdır. Karneqi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Stüart Patrik  bildirir: “Rusiya prezidenti Vladimir Putin açıq-aşqar deyib ki, BRICS “Qlobal Cənub”un adından danışır. Çin də həmin arqumenti səsləndirir. Çin və Rusiya ümid edir ki, BRICS+ ABŞ başçılığı ilə Qərb ölkələrin hökmranlıq etdiyi beynəlxalq nizama meydan oxumaq üçün vasitə olacaq”. Xatırladaq ki, bu təşkilat Şimali Amerika və Qərbi Avropadakı zəngin ölkələrin siyasi və iqtisadi qüdrətinə qarşı bir alternativ kimi yaradılıb. Məqsəd   inkişafda olan ən vacib ölkələri bir araya gətirmək olub.

BRICS üzvləri elə əvvəldən iddia edirlər ki, Qərb dövlətləri hökumətlərə borc verən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi mühüm beynəlxalq təşkilatlarda hökmranlıq edir. Onların qənaətinə görə, inkişaf etməkdə olan iqtisadiyyatların da öz mövqelərini bildirməyə imkan verəcək bu kimi bir alternativə ehtiyacı var. 2014-cü ildə BRICS infrastrukturun inkişafından ötrü Yeni İnkişaf Bankı təsis etdi və yanvarda Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistan və BƏƏ-ni üzv olmağa dəvət edib. Yenicə genişlənən BRICS+ 3.5 milyard, yəni dünyanın 45 faizi qədər əhalisi, ümumi dəyəri isə 28.5 trilyon dollar olan iqtisadiyyatları birləşdirir. Bu isə dünya iqtisadiyyatının 28 faizini təşkil edir. Səudiyyə Ərəbistanı quruma üz olarsa, BRICS dünya neftinin, az qala, 44 faizini istehsal etmiş olacaq. Dünyanın hər yerinə səpələnmiş BRICS üzləri rahat bir blok sayılmır. Bununla belə, Rusiyanın Ukraynadakı müharibəsi və ya ABŞ-Çin arasında getdikcə artan qarşıdurması kimi geosiyasi pozuntular fonunda qurum genişlənir. Karlos Solar söyləyir ki, BRICS-ə qoşulmaq marağı yalnız artmaqdadır. Bir çox inkişafda olan ölkələr bu bloku qarşıdakı illərdə geosiyasi balans axtarmaq üçün faydalı vasitə kimi görür: “Siz BRICS-də fövqəl ambisiyaları olan çoxlu ölkə görə bilərsiniz: Çin, Rusiya, Hindistan və Braziliya. Lakin qoşulmaqda olan ya bundan ötrü müraciət edən digər ölkələr üçün bu, fərqli variantlara malik olmaq və bütün yumurtaları bir zənbilə yığmamaq deməkdir”. Təhlilçi bunu Braziliya və Hindistan misallarında göstərir. BRICS-in əsas üzvləri olan bu ölkələr Qərbin başçılıq etdiyi qruplara və siyasi təşkilatlarla üzvdürlər, onlarla sıx əlaqələr saxlayırlar. Maliyyə koordinasiyası qurum üçün ən vacib məsələdir. Təşkilat liderləri ABŞ dollarının dünya ticarətində hökmranlığını kiçiltməyə can atırlar. Braziliya və Rusiya hətta BRICS-in ayrıca pul vahidini yaratmağı təklif edib. BRICS ölkələri qurumdaxili daha çox ticari əlaqələrin inkişafı, banklar arasında daha yaxın koordinasiya, vergi və gömrük prosedurlarının vahid standartlara gətirilməsinə can atır. Baxmayaraq ki, qlobal ehtiyat pul vahidinin yaradılması danışıqlarında irəliləyiş yoxdur, BRICS üzvləri milli pul vahidlərində ticarətin dəstəklənməsinə kökləniblər. Qərbin Ukrayna müharibəsi ilə bağlı sanksiyalarının təsirini azaltmağa çalışan Rusiya Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə bunun faydalı olduğunu sübut edib. Solar deyir: “BRICS yeni bazarlar axtarışında olan Rusiya iqtisadiyyatı üçün hətta daha böyük xilaskar olub və ola bilər”. Rusiya üçün sammit beynəlxalq səhnədə tam təcrid olmadığını göstərməyə bir imkandır. Bundan əlavə, Qərbin hökmranlığını zəiflədə biləcək təşəbbüsləri irəli sürməkdən ötrü bir fürsətdir. Stüart Patrik bu xüsusda bildirib: “Putinə görə, bu sammit mahiyyətcə rəmzi məna daşıyır. O, dünyaya nümayiş etdirməyə çalışır ki, Ukraynada səbəbsiz olmadan başladığı hərbi müdaxilədən dolayı Qərbin Rusiyanı təcrid etmək səyləri boşa çıxıb. Həmçinin göstərir ki, Rusiyanın dünyada hələ də çoxlu dostları var”. Kazanda Putin beynəlxalq ödəniş sisteminə alternativ və Qərbin sanksiyalarının təsir göstərə bilməyəcəyi beynəlxalq ödəniş platforması barədə danışıqları təşviq edəcək. Dünyanın ən böyük taxıl ixracatçısı olan Rusiya BRICS-in taxıl ticari birjasının yaradılmasını təklif edəcək. Bu, kənd təsərrüfatı məhsullarının beynəlxalq qiymətlərinin təyin olunduğu Qərb bazarlarına bir alternativdir. Bu səylərin uğurlu olub-olmamasını vaxt göstərəcək. Rəsmi Moskva qrupdaxili razılığa gəlməli olacaq, çünki qrupa qəbul edilən yeni üzvlərin heç də hamısı Kremlin Qərbə qarşı ambisiyalarını dəstəkləməyə bilər. Patrik deyir, BRICS üzvləri “beynəlxalq nizam və dünya iqtisadiyyatının idarəçiliyində Qərb dünyasının çəkisi haqsız böyükdür” fikri ətrafında birləşirlər. Lakin qurum üzvləri arasında hələ də fərqli düşüncələr var. Bir tərəfdən, Çin, İran, Rusiya kimi dünya düzəninə meydan oxumaq və onu devirmək istəyənlər durur. Digər tərəfdən, o düzəni islahatlar yolu ilə dəyişmək istəyən üzvlər var: “BRICS Qərbin başçılıq etdiyi nizama meydan oxuya bilər. Lakin hazırkı mərhələdə o, rəmzi baxımdan daha vacibdir, nəinki geosiyasi anlamda”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031