KÖHNƏ VERSİYA            

Bakı Versal modeli tətbiq edir – İrəvanın başqa variantı yoxdur...

Image

“Azərbaycan hesab edir ki, nə qədər ki geosiyasi vəziyyət imkan verir, Ermənistanı elə vəziyyətə salmaq lazımdır ki, onun heç vaxt potensial təhlükəyə çevrilmək imkanı olmasın”. Bu sözləri ABŞ-ın “Lehigh” Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib. 

O bildirib ki, Ermənistana qarşı Versal modeli tətbiq olunur: “Bu, Azərbaycanın Ermənistana tətbiq etdiyi Versal modelidir və prezident İlham Əliyev bu fürsətdən ağıllı şəkildə istifadə edir”.

Qeyd edək ki, söhbət burada Versal müqaviləsindən gedir. 1919-cu il iyunun 28-də imzalanan Versal müqaviləsi Birinci Dünya müharibəsinin nəticələrini yekunlaşdırıb. Almaniya müharibənin yeganə günahkarı elan edildi. Parisdə almanların iştirakı olmadan ilkin danışıqlar aparan Antanta ölkələri və onların müttəfiqləri razılaşdılar ki, müqavilə üç əsas aspekti müzakirə etməlidir: təcavüzkarın cəzalandırılması, təzminat məsələsi və 1914-1918-ci illərdə baş verənlərin təkrarlanmasının qarşısının alınması. Artıq hər şey həll olunanda dəvət olunan alman nümayəndə heyəti əvvəlcə sülh müqaviləsini imzalamaqdan imtina etdi. Almanların fikrincə, bu, ultimatum xarakterli idi. Almaniya sənədə bir sıra dəyişikliklərin edilməsini təklif etdi. Danışıqların getdiyi zala almanlar buraxılmadığından təkliflər yazılı şəkildə verilməli idi. Antanta ölkələri, Yuxarı Sileziyada referendumun keçirilməsi kimi yalnız bir neçə kiçik məqam istisna olmaqla, Veymar nümayəndə heyətinin təklif etdiyi bütün dəyişiklikləri rədd etdilər. Və almanların müqaviləni imzalamaqdan imtina etməsinə cavab olaraq, bütün Almaniyanı işğal etməklə hədələdilər. Almanlara bu barədə düşünmək üçün beş gün vaxt verdilər. Təhlükə real idi, xüsusən də ölkənin bir hissəsi, o cümlədən Reynland artıq Antanta qoşunları tərəfindən işğal edilmişdi. Bundan əlavə, müharibə artıq başa çatsa da, İngiltərə dəniz blokadasını davam etdirirdi və bu, Almaniyada onsuz da ağır olan ərzaq böhranının daha da pisləşməsinə səbəb olurdu. Bu vəziyyətdə Veymar Milli Assambleyası qızğın müzakirələrdən sonra ultimatumu qəbul etməli oldu. 22 iyun 1919-cu ildə parlament Versal müqaviləsinin lehinə 237, əleyhinə 138 olmaqla səs verdi. İyunun 28-də almanlar eyni vaxtda öz etirazlarını bildirərək onu imzaladılar. Versal müqaviləsi Almaniya üçün çox çətin şərtlər diqtə etdi və təsadüfi deyil ki, almanların əksəriyyəti onu alçaldıcı və əsarətə salan hesab edirdi. Almaniya müttəfiqləri ilə birlikdə yeganə təcavüzkar tərəf elan edildi. Onu da demək lazımdır ki, Almaniyanın günahı təkcə mənəvi baxımdan ölçülmürdü. Müharibənin vurduğu ziyana görə tam maddi məsuliyyət almanlara verildi. Qalib ölkələrin Veymar Respublikasından tələb etdiyi təzminatların məbləği ilkin olaraq 20 milyard marka dəyərində qızıla bərabər olmalı idi. Sonra tələblər 269 milyard markaya qədər artdı. Bundan əlavə, Almaniya ticarət donanmasının 90 faizindən imtina etmək məcburiyyətində qaldı, bu da gənc Veymar Respublikasının iqtisadiyyatına çox ağır zərbə vurdu.

Əlavə edək ki, bu hesablamalar təkcə sırf hərbi ziyana, yəni dağıdılmış evlərin, batmış gəmilərin dəyəri, müharibə əlillərinə, dul və yetimlərə verilən təqaüdlər və sairi deyil, həm də, məsələn, borclar üzündən zərər çəkmiş şəxsləri də nəzərə alırdı.  ABŞ-dan alınan avadanlıqlara görə Fransa və Böyük Britaniyanın borcu məhz almanlar tərəfindən ödənilməli idi. Bundan əlavə, Almaniya Avstriya-Macarıstan qoşunlarının Antanta ölkələrinə vurduğu ziyana görə təzminat ödəməli idi. Almaniya iqtisadiyyatı bunların öhdəsindən gələ bilmirdi. Fransız və Belçika qoşunları bu fonda “borcları” ala bilımək üçün 1923-cü ildə Almaniyanın əsas sənaye bölgəsi olan Rur bölgəsini işğal etdilər. Təzminatların ödənilməsi 1931-ci ilə qədər davam etdi. Almaniya böyük əraziləri itirdi və onlarla birlikdə - dəmir filizi ehtiyatlarının 80 faizi, kömür ehtiyatlarının demək olar ki, üçdə biri, bütün domna sobalarının 40 faizi, kənd təsərrüfatı torpaqlarının 15 faizindən çoxu əldən çıxdı. Elzas və Lotaringiya Fransaya getdi. Polşa, Danimarka, o vaxtkı Çexoslovakiya da alman torpaqlarının bir hissəni ələ keçirdilər. Ölkə ərazisinin bir hissəsi, xüsusən də kömürlə zəngin Saarland Millətlər Cəmiyyətinin nəzarəti altına alındı. Versal müqaviləsinin təşəbbüskarlarının istəyinə müvafiq olaraq alman  ordusunun   sayı kəskin azaldıldı,  hərbi aviasiya qadağan edildi, dəniz qüvvələri müqavilə ilə orta və kiçik tonajlı 36 döyüş gəmisi ilə məhdudlaşdırıldı, Almaniyaya kreyserlər, sualtı qayıqlar, tanklar və gəmilər tikmək qadağan edildi. İndi Ermənistanda hesab olunur ki, Azərbaycan da eyni yanaşmalaran istifadə etməyə çalışır.  Ermənistanın müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Artak Zakaryan bu fonda qeyd edir: “Çoxları hesab edir ki, yeni dünya nizamının prinsipləri ilə bağlı Kazanda keçirilən BRİKS sammiti xüsusilə Qərb dünyasına aydın istiqamət verəcək. Bəs kiçik ölkələr, xüsusən də məğlub və siyasi cəhətdən ruhdan düşmüş Ermənistan nə edir? Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa kimi Cənubi Qafqaz da şübhəsiz ki, yeni dünya düzəninin memarlarının strateji maraqlarının toqquşmalarının diqqət mərkəzinə düşüb. Türkiyə və Nikol sayəsində Azərbaycan regional siyasətin əsas benefisiarı statusunu alıb. Gürcüstan davamlı və təhlükəsiz inkişaf yolunu tapıb və oktyabrın 26-da keçiriləcək seçkilərdə növbəti illər üçün suveren inkişaf aktivlərini təmin etməyə çalışacaq. Ermənistan isə öz yadlaşmış və zəifləmiş hakimiyyəti sayəsində hələ də geosiyasi çəkiclə dəmir arasındadır”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031