Anarla Baba Vəziroğluna cavab...
Son günlərin müzakirələri çərçivəsində Məmməd İsmayılın şeirləri ilə bağlı yazdığım ədəbi yazıya əks münasibət bildirənlərin içərisində mövzunun mahiyyəti üzrə, fundamental ədəbi təfəkkürə, sağlam polemikaya söykənən dolğun, adekvat bir ƏDƏBİ CAVAB, münasibət görmədim...
Ancaq səs — küy, mətləbdən kənar “çıxışlar”, kütləvilik və.s...
(Yeri gəlmişkən, deyim ki, adekvat cavabın olub — olmaması mənim üçün önəmli deyil. Amma ən azından cavab verən adam nədən, necə və hansı potensialla fikir bildirdiyinin fərqində olmalıdır... Ki, yekunda ortaya qoyduğu münasibətlə “düşüncə məğlubiyyətinə” uğramasın... Burası belə!)
İndi də özünü “tərəfsiz” hesab edən jurnalistlərdən (mətbu orqanlardan) biri gedib bu mövzuda Anarla Baba Vəziroğlunu danışdırıb... Danışdırıb deyəndə ki... sanki hərəsinin əlinə bir güllə verib ki, hərəniz bir — iki dəfə çaxmağı çəkin, qoy, bircə güllə səsi eşidilsin, siz tərəfdən də səs gəlsin, nişan almasanız da olar. Nişan almadan (yəni, mətləbdən xəbəri olmadan... və ya mətləbdən xəbəri olub da mahiyyəti üzrə danışmadan fikir bildirmək) çaxmağı çəkmək sadəcə bir çoxları kimi səs — küy etməkdir, başqa heç nə...
Beləcə, Anar ümumi şəkildə ( bir az da “publikaya işləyən” tərzdə) nələrsə deməyə cəhd edir (hiss edirsən ki, heç yazdığım məlum ədəbi yazıdan xəbəri yoxdur), Baba Vəziroğlu isə... bir az ümumi, bir az bəsit, kortəbii cümlələr qurub, necə deyərlər, “darısqal pəncərədən” eləcə boylanır...
Fikir və düşüncə azadlığına söykənən aydın və fundamental ədəbi müzakirələr, ədəbi fikir münasibətləri, mübadilələri deyə bir ANLAYIŞ mövcuddur, cənablar...
Emil Rasimoğlu