Türkiyə kəşfiyyatı təsdiqlədi - Fətullah Gülən ölüb...
Türkiyənin kəşfiyyat mənbələri terror təşkilatı FETÖ-nün başçısı Fətullah Gülənin ölüm xəbərini təsdiqləyib. Bu barədə açıqlama verən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, qaranlıq təşkilatın lideri ölüb.
XİN rəhbəri deyib ki, buna baxmayaraq FETÖ ilə mübarizə davam edəcək: "Bu təşkilat, millətimizin tarixində nadir rastlanan bir təhlükə mənbəyi olub. Minlərlə gəncimizi müqəddəs dəyərlər adına aldadaraq sıralarına qatmış, bu gəncləri öz vətənlərinə, millətlərinə xəyanət edən bir vasitəyə çevirmişdi. Bu insanlar indi xaricdə kəşfiyyat xidmətlərinin əllərində öz ölkələrinə, millətlərinə və dəyərlərinə qarşı bir silah kimi istifadə olunur. Bu ölümün səbəbi ilə artıq onların üzərindəki sehrin ortadan qalxmış olması lazımdır. Onları getdikləri xəyanət dolu bu yoldan çəkilməyə dəvət edirəm. Bu yol yaxşı bir yol deyil. Bu yolun sonu yaxşı bir son deyil”.
TAHİR